“Onlar hakimiyyətə qanla gəlmək istəyirlər...” - Paşinyan müxalifəti hədələdi

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan televiziya vasitəsilə ermənilərə müraciət edərək, yenə də hakimiyyəti təhvil verməyə hazırlaşmadığını bildirib.

“AzPolitika.info” xəbər verir ki, Paşinyan telemüraciətində müxalifətin qan üzərindən hakimiyyətə gəlmək istədiyini deyib: “Onlar hər zaman etdikləri kimi, qan üzərindən hakimiyyəti qaytarmaq istəyirlər. Əminliklə deyirəm ki, buna imkan verməyəcəyik. Ona görə yox ki, hakimiyyətdən yapışmışıq, ona görə ki, erməni xalqı bunu istəmir”.

Onun sözlərinə görə, müxalifət ölkədə xaos və hakimiyyətin olmaması görüntüsü yaratmağa çalışır. Müxalifət deyərkən özündən əvvəlki hakimiyyəti nəzərdə tutan Paşinyan əlavə edib ki, onlar xalqı hökumətə qarşı qaldıra bilməyəcəklər.

Xatırladaq ki, noyabrın 10-dan etibarən İrəvanda 17 partiyanın təşkilatçılığı ilə Paşinyan hökumətinin istefası tələbilə mitinqlər keçirilir.

Cəlal

“AzPolitika.info” 

635x100

Şərhlər

B.Qarabağlı 2020-11-27 17:06:27

Ermənistanın Paşinyanı iki-üç iradı ola bilərdi: 1 Sən, İşğal zonas(Artsax)ının deyil, Ermənistanın Baş Nazirisən? 2 Şuşanın paytaxt edilməsinə niyə razılaşdın? 3 DQın coğrafidən Ermənistanla çoxdan birləşdiyini niyə qabartdın? O, acı da olsa, demokratca real halı açıqladı! Bununla da Ermənistanı özündən böyük işğal hərisliyindən bütün dünyanın etimadına qaytarmış oldu! Bu baxımdan o, bəlkə özü də bilmədən zalım-qaranlıq siyasətə üstün gəlib!

Son yazılar