"Bakı Telefon Rabitəsi" 9 milyon manatlıq 2 tenderə yekun vurub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC yük avtomobillərinin satın alınması (1), eləcə də paytaxtın Yasamal rayonunda, Tbilisi prospekti, 107 ünvanında yerləşən inzibati binasının dam örtüyünün yenidən qurulması (2) bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Azərmaş Group" MMC və "BakıEnerjiTikinti" ASC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 4,8 milyon manat və 4,128 milyon manat, ümumilikdə 8,928 milyon manat ödəniləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar