Cəbhədən qayıdan hərbçi belə qarşılandı - VİDEO

Bu gün cəbhə bölgəsindən qayıdan hər bir zabit, əsgər böyük coşqu ilə qarşılanır.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, Lənkəran rayonunun Boladi kənd sakinləri də cəbhədən qayıdan həmkəndlilərinin hər birinə eyni ehtiramı göstərirlər.

Bu hörmət, bu sevgi Vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirən, bayrağımızı qürurla dalğalandıran, xalqımıza baş ucalığı gətirən Azərbaycan Ordusuna aiddir.

Bu gün Boladi kəndindən olan zabitimiz kapitan Şamxal Əsədovun kəndə gəlişi bir başqadır. Onun bu dönüşü əvvəlkilərindən bir də ona görə fərqlənir ki, ikinci oğul övladı dünyaya gəlib. Artıq övladlarının üzünə daha qürurla baxacaq.

“Qələbəyə susamışdıq. Sağ olsun cənab Ali Baş Komandan. Qarşılarında baş əyirik. Bundan sonra Azərbaycan Ordusunun başı daim dik olacaq. Bir daha bütün xalqımızı təbrik edirəm. Çox sevincli gündür. Bu günümüzü şəhidlərimizə borcluyuq!”, - deyən zabitimiz Şamxal Əsədov bundan sonra üçrəngli bayrağımızın şəhid tabutlarını deyil, səmalarımızı bəzəməsini, başımızın üstündə qürurla dalğalanmasını arzu edir.

635x100

Şərhlər

Shamil mellim 2020-11-28 14:55:21

Azerpoctun inkassatoru olan Reshad Rehimov gardashimiz da shehid olub. Lakin Azerpoct rehberi Emin Efendiyev shehid gardashimiza 1 manat da pul vermeyib yas merasimine de gelmeyib. Bu cur ermeni rehberler Azerpoctun rehberi ishlememelidirler

t.ədalət 2020-11-27 21:01:00

Bizim əsgərlər həm də ona görə qüdrətlidirlər ki,onlar təkcə erməni hərbiçiləri deyil,ermənilərlə birlikdə rus hərbiçiləri üzərində qələbə çalıblar.Azərbaycan əsgərinin rəşadəti Rusiyanı da güzəştə getməyə məcbur etdi!

Son yazılar