“Zod yatağının fəaliyyəti tam dayandırılıb” - “Azərbaycan generalı deyib ki...”

Ermənistanda işğal dövrü istismar etdikləri Söyüdlü – Zod qızıl yatağının geri qaytarıması ilə razılaşmaq istəmirlər.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatının bugünkü əsas gündəm mövzularından biri məhz bu yatağın Azərbaycanın nəzarətinə keçməsilə bağlı xəbərlər olub.

Xatırladaq ki, sözügedən yatağın böyük hissəsi Azərbaycan ərazisinə aiddir və buradakı mədənlər Kəlbəcərin işğalı dönəmində Rusiya sərmayəli “GeoProMining Gold Company” şirkəti tərəfindən istismar olunub.

Ermənistanın “News.am” saytı yazır ki, artıq yataqda işlər tam dayandırılıb: ““GeoProMining Gold Company” şirkəti işini tam dayandırmağa məcbur olub. 

Çünki Azərbaycan yatağa gedən yolu tam bağlayıb, oraya getmək mümkün deyil. Şirkətin nümayəndələri Azərbaycan generalı ilə görüşmək istəyiblər. Həmin general isə “istəsəniz də, istəməsəniz də vəziyyət budur” deyib”.

Cəlal

“AzPolitika.info”

635x100

Şərhlər

Agasef Qedirov 2020-11-28 00:01:12

Guzeste getmek olmaz

Son yazılar