Menu

Belarusda “Sputnik V” peyvəndinin klinik sınaqları 95% effektiv olub

28.11.2020, 07:34
Belarusda “Sputnik V” peyvəndinin klinik sınaqları 95% effektiv olub

Koronavirusa qarşı Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin Belarusda aparılan klinik sınaqları 95 % effektiv olub.

APA-nın məlumatına görə, bunu Rusiyanın Minskdəki səfiri Dmitri Mezentsev “Rossiya 24” kanalına müsahibəsində deyib.

Səfir bildirib ki, sınaqlar 100 Belarus vətəndaşı arasında aparılıb: “Rusiya istehsalı olan vaksininin yüksək effektivliyi özünü göstərib - təxminən 95%. Bu, çox əhəmiyyətli nəticədir”.

Mezentsev qeyd edib ki, bundan sonra vaksinin Belarusa tədarükünü müzakirə etmək mümkün olacaq. Onun sözlərinə görə, “Sputnik V” peyvəndinin iki ölkənin birlikdə istehsal etməsi istiqamətində danışıqlar davam edir.

Şərhlər

VƏTƏNDAŞ 2020-11-28 22:32:43

HƏMİN VAKSİNƏ SERTİFİKAT VERİLİB? YƏQİN BELARUSİYA SERTİFİKAT VERİB.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol