“Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” - Ukrayna XİN

“Ukrayna Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. Bunu Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba “Anadolu” agentliyinə verdiyi müsahibəsində deyib.

“Ukrayna Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini davamlı olaraq dəstəkləyib və Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquq nöqteyi-nəzərindən yanaşır.

Hesab edirəm, razılaşmaya gətirib çıxaran son gərginləşmənin əsas dərsi ondan ibarətdir ki, dünyada dondurulmuş və ya uzanan münaqişə yoxdur.

Hər münaqişə ilk baxışdan nə qədər sakit və ya unudulmuş kimi görünsə də, istənilən saniyədə kəskin bir qarşıdurmaya çevrilərək, dünya mediasının manşetlərinə düşə bilər”, - Kuleba qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar