“Erməni xalqı onu heç vaxt bağışlamayacaq” - Ter-Petrosyandan Paşinyana ağır sözlər

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Baş nazir Nikol Paşinyanın canlı yayımda dediklərinə münasibət bildirib.

Xatırladaq ki, Paşinyan onun haqqında bir sıra ittihamlar irəli sürüb: "Paşinyan belə bir variant irəli sürüb ki, Ter-Petrosyanla Koçaryanın, keçmiş prezidentlər kimi, Moskvaya təcili protokol səfəri təşkil olunsun, orada onlar Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin qonağı olsunlar, Rusiya prezidenti, xarici işlər naziri, digər yüksək vəzifəlilərlə görüşsünlər. Bundan sonra Qukasyan və Saakyan bu variantı Ter-Petrosyan və Koçaryanla müzakirə etməyə gediblər və təklif olunan variant onlara maraqlı gəlməyib. Saakyan Paşinyana deyib ki, Ter-Petrosyan və Koçaryanın Sergey Lavrovla görüşlə bağlı razılaşması var. “Bu halda məndən nə istəyirlər? Danışıblarsa, qoy Moskvaya getsinlər və görüşsünlər. Problemin Koçaryanın pasportunda olduğu üzə çıxdı, axı, onun işi məhkəmədədir. Mən də dedim ki, qoy məhkəmə iddiası qaldırsın, mən prokurorluqdan xahiş edərəm ki, pasportun qaytarılmasına etiraz etməsin. Belə də oldu. Məhkəmə Koçaryanın pasportunu qaytardı, ancaq Ter-Petrosyan və Koçaryan yenə də Moskvaya getmədilər”.

Levon Ter-Petrosyan isə mətbuat katibi Arman Musinyan vasitəsi ilə baş nazirin dediklərinə münasibət bildirib:

"Levon Ter-Petrosyan millət üçün ölümcül olan bədbəxtliyin zehni sarsıntılarına münasibət bildirməyi mənasız hesab edir. İstədiyini daşısın. Hər halda, bəhanə yeri yoxdur. Erməni xalqı onu heç vaxt bağışlamayacaq".

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar