MOSKVA PAŞİNYANI QƏBUL ETMƏDİ - Putin onunla görüşdən imtina edib

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri baş tutmayıb.

“AzPolitika.info” xəbər verir ki, Ermənistan mətbuatında yayılan bu məlumatda rəsmi Moskvanın onunla görüşdən imtina etdiyi bildirilir. Hansı ki, bu görüşlə bağlı bir neçə gündür rəsmi mətbu orqanlarda məlumat verilirdi. “News.am”-ın məlumatında deyilir: “Nikol Paşinyanın Moskvaya səfəri təxirə salınıb. Ona görə ki, onun Rusiyanın yüksək rəhbərliyilə görüşünə dair razılıq əldə edilməsi mümkün olmayıb. İkitərəfli Putin-Paşinyan görüşünün təşkili üçün bütün səylər uğursuzluqla nəticələnib. Baş nazirin protokol xidmətinin rəhbəri İrəvana geri çağırılıb.”

Göründüyü kimi, rəsmi Moskva Ermənistan rəhbərliyini və dövlətini sözün əsl mənasında alçaldaraq, ona layiq olduğu yeri göstərmiş olub. Əgər bu xəbər rəsmi təsdiqini taparsa, sözügedən hadisə Ermənistan siyasi tarixinin növbəti biabırçı səhifəsi olacaq.

“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2020-12-01 11:11:24

Bizə paşolyan sərfəlidir ki, Rusiya ilə çilingağac oynayaraq, onu qıcıqlandırsın. Bizim indiki Qələbəmizdə az da olsa bu faktorun rolu var...

Alim. 2020-11-30 22:20:56

Putin neynir bu iti.

Mehdi 2020-11-30 19:07:08

Əvvala Moskva neynir bu iti.Sonrasi Moskva gözləyirki bu it redd olsun,ayri bir donuz gelsin onu qəbul eləsin.

t.ədalət 2020-11-30 17:13:45

Moskva istəsə,istəməsə də Amerika Paşinyanın yanındadır.Paşinyan ermənistanı Rusiyanın işğalından qurtaracaq.

Son yazılar