28 ERMƏNİNİ MƏHV EDƏN ŞƏHİDİN ATASI: “Oğlumun ölümünə inanmadım, elə bilirəm, işdədir” - VİDEOREPORTAJ

“Mən Laçına getsəm, heç olmasa bilərəm ki, istədiyimin birini itirib, birini tapdım”. Bunu İkinci Qarabağ Müharibəsində iştirak edən, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Fərid İlyasovun anası Bəsirə İlyasova deyib.

Şuşa uğrunda gedən döyüşlərdə bir saat ərzində 28 ermənini öldürən F.İlyasov ailəsinə vətəni onlardan çox istədiyini deyib: 

Anası Bəsirə İlyasova deyir ki, hər gecə Fərid üçün dua edir: “Həmişə deyirdi ki, ana inciməyin, mən vətəni sizdən çox istəyirəm. Birinci vətən, sonra ata ilə səni sevirəm. Mən Laçına, o torpaqlara getsəm, heç olmasa bilərəm ki, istədiyimin birini itirib, birini tapdım. Hər gecə dua edirəm ki, Fərid yuxuma gəlsin, amma gəlmir”.

Şəhidin atası İbad İlyasov deyir ki, ürəyimə dammışdı ki, oğlum şəhid olub: “Axşam evdə oturmuşduq. Fəridin babası ilə icra nümayəndəsi gəlib dedi ki, oğlun yaralanıb. Yenə inanmadım... Bu gün də inanmıram ki, oğlum şəhid olub, elə bilirəm ki, Naxçıvanda işdədir”.


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar