Rusiya ordusu əvəzinə KTMT sülhməramlıları? – Təşkilat BMT əməliyyatlına qoşulmaq istəyir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlı potensialını inkişaf etdirmək niyyətindədir.

“AzPolitika.info” xəbər veri ki, bu barədə çərşənbə günü KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasından sonra təşkilatın baş katibi Stanislav Zas jurnalistlərə açıqlamasında bildirib.

“Bu gün müxtəlif sahələrdə fəaliyyətimiz üçün vacib olan bir sıra sənədlər təsdiq edildi. Bunlar sülhməramlı potensialımızın inkişafı və BMT-nin sülhməramlı fəaliyyətinə qoşulmaq üçün gələcək addımlar barədə bir neçə sənəddir” - deyə o vurğulayıb.

Təşkilatın baş katibi liderlərin KTMT-nin sülhməramlı qüvvələrinin BMT-nin himayəsi altında əməliyyatlara qoşulacaqları barədə razılığa gəlbilər.

“Bundan əlavə, BMT-nin standartlarını və xüsusiyyətlərini nəzərə alaraq sülhməramlı kadrların hazırlanması üçün KTMT-nin əsas təşkilatı müəyyənləşdirilib. Xüsusilə, BMT əməliyyatlarında iştirak məqsədi ilə sülhməramlı qüvvələrin tərkibini dəqiqləşdirdilər. BMT əməliyyatlarında sülhməramlı bölmələrə böyük tələbat var. Biz sülhməramlı kontingentimizə xəstəxana əsasında yaradılacaq bir tibbi dəstə daxil edirik”-deyə Zas vurğulayıb.

Toplantıda KTMT sülhməramlılarının formalaşdırılması üçün maddi, texniki və tibbi dəstəklə bağlı müqavilə təsdiqlənib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar