Azərbaycanda restoranlarda bir neçə toy məclisi keçirilib.
“Report” xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a açıqlamasında bildirib ki, hazırda videogörüntülərlə bağlı araşdırma aparılır:
“Məsələ nazirliyin diqqətindədir və bununla bağlı ictimaiyyətə açıqlama veriləcək”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili qadağandır.


Şərhlər
Bu nə özbaşınalıq, nə məsxərədir?!! Bu hayasızlığa və qanuntanımamazlığa ciddi bir cəza verin!!! Pandemiya, xəstəlik var. bir yana şəhidlərimizin bir hissəsinim qırxı çıxmayıb. Abır həya deyilən bir şey var ay həyasızlar!!!