Menu

"Qarabağın kimə məxsus olduğu BMT qətnamələrində öz əksini tapıb" - Peskov

04.12.2020, 14:45
"Qarabağın kimə məxsus olduğu BMT qətnamələrində öz əksini tapıb" - Peskov

“Dağlıq Qarabağın kimə məxsus olduğu BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapıb”.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O vurğulayıb ki, Rusiya bununla bağlı mövqeyini dəyişməyib: “Ümumiyyətlə, heç bir ölkə mövqeyini dəyişməyib".

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib.

Həmin qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü tanınıb və işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol