PAŞİNYAN LƏLƏTƏPƏNİ GERİ ALMAQ İSTƏYİRMİŞ - “Bu, ağır nəticələr verdi...”

Ermənistan siaysi elitasında Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətin səbəblərilə bağlı müzakirələr və qarşılıqlı itihamlar davam edir.

“AzPolitika.info” xəbər verir ki, Qarabağda döyüşən erməni könüllü dəstələrindən birinin başçısı Aşot Minasyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib ki, məğlubiyyətin əsas səbəbi Nikol Paşinyanın Ermənistanı və xüsusilə onun ordusunu zəiflətməsidir.

O, bildirib ki, müharibənin gedişində hamıdan əvvəl elə Paşinyanın özü panikaya düşüb: “Hər şey ondan başladı ki, ali baş komandanın özü panikaya düşdü. Nikol Paşinyan işinin öhdəsindən gələ bilməyən şəxsləri hərbi, siyasi iqtisadi və digər sahələrdə vəzifələrə təyin etməklə Ermənistanı zəiflətdi.”

Minasyan deyib ki, Paşinyanın “ağlasığmaz qərarları” nəticəsində Ermənistan hərbi birləşmələri Hadrut və Horadiz istiqamətində böyük zərbələr alıblar.

Onun sözlərindən belə aydın olub ki, Paşinyan Azərbaycan Ordusunun 2016-cı ildə azad etdiyi Lələtəpə yüksəkliyini geri almağı əmr edib: “Məhz Paşinyan 2016-cı ildə itirilən Lələtəpə yüksəkliyinin geri alınması əmrini verdi. Bu isə ağır nəticələrə səbəb oldu”.

Minasyan həmçinin əlavə edib ki, müharibə dövründə fəxri adlar verilən ermənilərin çoxu heç bu adlara layiq deyillər.

Cəlal

“AzPolitika.info”     

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar