"QARDAŞIM ƏLİYEVİN FRANSIZLARA VERDİYİ TÖVSİYƏYƏ MƏN DƏ QATILIRAM" - "Fransa artıq vasitəçilik rolunu itirib" + VİDEO

“Makron Fransanın başına bəladır. Makronla Fransa əslində çox təhlükəli dövr yaşayır. Ümid edirəm, Fransa Makron bəlasından qurtulacaq”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Əziz qardaşım İlham Əliyevin fransızlara bir tövsiyəsi oldu. Nə dedi? “Erməniləri bu qədər sevirlərsə, Marseli ermənilərə versinlər” dedi. Eyni tövsiyəni mən də verirəm”.

R.T.Ərdoğan, həmçinin, Minsk Qrupunun Qarabağ məsələsində vasitəçilik roluna toxunub və qeyd edib ki, Fransa artıq vasitəçilik rolunu itirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Fransa Senatının Dağlıq Qarabağın “müstəqilliyini tanıması” ilə əlaqədar hökumətə çağırışına münasibət bildirərkən, Parisə “çox istəyirsə, Marseli ermənilərə vermələrini” təklif etmişdi.

635x100

Şərhlər

Vətəndaş 2020-12-05 00:09:43

YAŞASIN TÜRKİYƏ, YAŞASIN ƏRDOĞAN!!!!!!!!!!!!

Vetendash 2020-12-04 22:23:57

Turkiye bizim canimiz, qanimizdir. Yalniz Turk gardashlarimiz bize komek ede biler.

Son yazılar