Cənub bölgəsində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi cənub bölgəsində də bir dəqiqəlik sükutla anılıb.. “Report”un Cənub Mərkəzinin məlumatına görə, saat 12:00-da ölkənin bütün ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Yollarda olan nəqliyyat vasitələri siqnal veriblər.

Lənkərandakı “Böyük Bazar” məscidində Vətən müharibəsində canları və qanları ilə tarix yazanların ruhuna dualar oxunub, yaralı hərbçilərimizə şəfa dilənib.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar