Menu

“Azərbaycan peyvəndlərlə bağlı danışıqlar aparır” - Prezidentin köməkçisi

08.12.2020, 16:33
“Azərbaycan peyvəndlərlə bağlı danışıqlar aparır” - Prezidentin köməkçisi

“Biz dünyada vaksinlə, peyvəndlə bağlı prosesləri izləyirik və danışıqlar aparırıq”.

“Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

“Ənənəvi peyvəndlərin hazırlanmasına kifayət qədər vaxt lazımdır və onların böyük həcmdə qısa müddətdə hazırlanması hələ ki, mümkünsüzdür. Ümid edirik ki, ən təhlükəsiz vaksinlərdən alıb Azərbaycanda peyvəndləşməyə başlayacağıq”, - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol