Rusiya KİV-nin yazdığına görə, bircə gündə (dekabrın 7-si) rusiyalı sülhməкamlılar 770 nəfər erməninin Xankəndinə «geri dönüşünün» təhlükəsizliyini təmin ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verib.
«Rusiyalı sülhməramlılar Ermənistandan Dağlıq Qarabağa «qaçqın» daşıyan avtobusları müşayiət edirlər. Yerevandan Xankəndinə avtobuslarla bu gün 778 nəfər gətirilib. Avtobusların hərəkəti rusiyalı sülhməramlı kontingentin patrullarının müşayiəti altında həyata keçirilib» - xəbərdə belə deyilir.
Qeyd olunur ki, Rusiya sülhməramlıları ərazidə gün ərzində vəziyyətin monitorinqi və atəşkəs reiminə əməl olunmasına 23 müşahidə məntəqəsində nəzarəti həyata keçirirlər.
«Rusiya sülhməramlı kontingentinin hərbçiləri vətəndaşların (haranın vətəndaşı? - Red.) daimi yaşayış yerlərinə təhlükəsiz qayıdışını təmin edirlər, onlara humanitar yardım göstərirlər və mülki infastruktur obyektlərini bərpa edirlər» - əlavə olunur.
Rusiya tərəfin məlumatına görə, indiyə qədər Dağlıq Qarabağa 34,5 mindən artıq erməni qayıdıb.
Maraqlıdır, həmin ermənilərin məhz Qarabağ sakinləri olmasını kim yoxlayır? Xəbərdən belə nəticə çıxarmaq olar ki, Rusiya sülhməramlıları Azərbaycan ərazisində erməni separatçıların (oxu : terrorçuların! - Red.) nazı ilə oynayırlar.
Bəs, atəşkəs razılaşmasının imzalanmasından sonra Qarabağ bölgəsinə nə qədər Azərbaycan köçkünü qaytarılıb?...
AzPolitika.info


Şərhlər
Rusiya erməniləri Xankəndinə və daha doğrusu Qarabağa əvvəlkindən də çox sayda qaytaracaq və onlara çox yaxşı yaşam şəraiti yaradacaq. Bütün bəlaların başı Rusiyadır...
bu kor-kor, gör-gör erməni separatçılarını üstümüzə qaldırmaq cəhdidir. Yəqin rus "sülhməramlıları" putin-paşinyan cütlüyündən növbəti tapşırıq alıblar. Amma mən ruslara deyirəm ki, sizin bu fırıldağınızı biz oxumuşuq. Sizə cavab veriləcək!
Siz bu qaytarılanların geyiminə, fizianomiyasına, əşyalarına və s. baxın, çox firavan yaşam tərzindən xəbər verir. Mən əminəm ki, Qarabağa ermənilərin qayıtması və onlaraqayğı Moskvalıqdır...
Rusiya-Putin açıq ermənilik eləyir.Bir azdan bütün ermənistanı Xankəndinə köçürəcək.