Menu

Azərbaycan Ermənistana xəbərdarlıq etdi - "Ərazidə qalmış erməni silahlı dəstələri..."

13.12.2020, 13:42
Azərbaycan  Ermənistana xəbərdarlıq etdi  - "Ərazidə qalmış erməni silahlı dəstələri..."

Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməzdir.

Bu barədə Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında bildirilir.

"Ermənistan tərəfi üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini təmin etməli, atəşkəs rejiminin qorunmasına və sülhün təmin olunmasına dəstək verməli, ərazidə qalmış erməni silahlı dəstələri və ya Ermənistan silahlı qüvvələrinin qalıqları vasitəsilə təxribatların törədilməsi, vəziyyətin qəsdən gərginləşdirilməsi və bu kimi halların ölkədaxili siyasi məqsədlər üçün istifadə edilməsi cəhdlərindən çəkinməlidir.

Azərbaycan Respublikası üçtərəfli bəyanatın müddəalarına sadiq olaraq, Rusiya Federasiyası sülhməramlı qüvvələri ilə sıx əlaqələndirmə və əməkdaşlıq şəraitində regionda sülhün təmin olunması üçün səylərini davam etdirir", - deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı bəyanata əsasən atəşkəsin elan olunmasından sonra Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə bəzi erməni silahlı birləşmələri qalıb. 

Azərbaycanın xəbərdarlıqlatrına baxmayaraq ermənilər həmin ərazilərdən hələ də çıxmayıblar. 

Şərhlər

Xalq 2020-12-13 19:56:52

noyabrın 10-dan indiyə kimi meşələrdə qalan ermənini görəsən niyə çıxarmırlar? Onları pusquya salıb təslim olmağa vadar etmək olardı, təslim olmayanlar müharibə qanunlarına əsasən güllələnməlidir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol