"AZAD ŞUŞA..." - Türkiyənin tanınmış repçisi Şuşaya rep həsr etdi + VİDEO

Türkiyənin tanınmış repçisi Mehmet Borukcu bu dəfə Şuşaya rep həsr edib. Sənətçi "Azad Şuşa" adlı repə çəkdirdiyi klipini “YouTube” kanalında yerləşdirərək, dinləyicilərin ixtiyarına verib. Repin sözləri Mehmet Borucuya və Tuğşad Ata Türkmənə, aranjemanı isə Ahmet Çengizə aiddir.

Mehmet Borukcunun “YouTube” kanalında yazdığı qeydə görə, bundan sonrakı repini Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edəcək.

Xatırladaq ki, Mehmet Borukcu daha öncə Qarabağ haqqında "İlle de Karabağ" adlı rep ifa etmişdi.

635x100

Şərhlər

Məhəmməd Əli 2020-12-14 03:10:12

Qardaşlarım and ola Allahın İzzəti Celaline ki TÜRKLƏRİ doğma qardaşımdan seçib ayırmadan fərq qoymadan bütün qəlbimlə sevirəm VAR OLUN OĞUZUN ƏR İGİDLƏRİ...!

Xalq 2020-12-13 20:28:21

Sağ ol!

Vətəndaş 2020-12-13 19:04:05

Bu qardaşlarımız Qarabağa aid çox təsirli kliplər hazırlayıb:Vur, hadi Azərbaycan, İlle de Qarabağ və s.,amma çox təəssüf ki, baxış sayı çox azdı. Biz baxış sayını artırmalıyıq, çünki onlar o kliplərdə bizim ürək sözlərimizi deyirlər.

Son yazılar