“RUSDAN SÜLHMƏRAMLI OLMAZ” DEYƏNLƏR HAQLI ÇIXIR... – Sülhməramlıların “xəritə hoqqası” nəyə xidmət edir?

Deyəsən ruslar Azərbaycan torpaqlarında olduqlarını unudublar, yadlarına salmaq lazımdır!

Deyəsən, “Rusdan sülhməramlı olmaz” deyənlərin sözü düz çıxır. Ancaq Azərbaycandan da nə Moldova, nə Gürcüstan, nə də heç Ukrayna olmaz. Yəqin bunu da Moskvada oturan “imperiyabaş” yönəticilər azdan-çoxdan başa düşürlər. 

Ən azından 44 günlük Vətən Müharibəsi Rusiyanı idarə edənlərin və şovinist mövqelərini gizlətməyən avantüristlərin gözlərini xeyli açıb. Və onlar da anlayırlar ki, Azərbaycan xalqını, dövlətini, ən əsası isə Ordusunu başqaları ilə səhv salmaq qətiyyən doğru deyil. Həmçinin, Azərbaycan-Türkiyə qardaşlığının gözlərinə ox kimi batmasına rəğmən, bu gerçəkliyi və onun yaratdığı real gücü də görməzdən gələ bilməzlər...

Məlum olduğu kimi, Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı sülhməramlılarının nəzarət zonasına dair 30 noyabrda dərc olunan xəritənin 13 dekabrda “appendiksi” peyda olub.

Rusiya sülhməramlılarının bu gecə yaydıqları yeni xəritə - bunun əsl adı özbaşınalıq!

 10 noyabrda razılaşdırılmış xəritə

Həmin xəritədə faktiki olaraq belə göstərilir ki, Azərbaycan ordusunun Şəhidləri bahasına azad etdiyi Hadrut ərazisindəki iki kənd və yüksəkliklər də rusların nəzarətinə verilməlidir.... Bu isə onsuz da rus sülhməramlılarına etibar etməyən əhalinin böyük hissəsində haqlı olaraq, daha böyük narahatçılq və narazılıq yaradır. İnsanlar düşünürlər ki, deyəsən ermənilərin edə bilmədiklərini ruslar etməyə çalışırlar...

Əslində, Rusiya prezident səviyyəsində etiraf etdi ki, müharibənin gedişində Ermənistana hər cür hərbi dəstək göstərib. Azərbaycan Prezidenti də bu barədə dəfələrlə danışdı, Rusiyadan ermənilərə silah-sursat daşındığını dedi.

Lakin Putinin Qarabağın Azərbaycan ərazisi olduğuna və rəsmi Bakının icazəsi olmadan buraya müdaxilə edə bilməyəcəklərinə dair dedikləri Rusiyaya qarşı münasibəti bir qədər stabilləşdirmiş oldu. Ancaq noyabrın 10-dan sonra baş verənlər, bölgədəki sülhməramlıların davranışları, nəhayət Rusiyanın məlum xəritəni sanki özünün hansısa Taqanroq vilayətinin xəritəsi kimi ürəyi, kefi istədiyi formada dəyişməsi az qala açıq təcavüz aktı təəssüratı bağışlayır.

Sanki bunlar bölgəyə məhz Azərbaycanın razılığı ilə və Azərbaycanın ərazisinə gəldiklərini unudublar, özü də ilk gündən. Və burada hansı şərtlər çərçivəsində fəaliyyət göstərməli olduqlarını da bir tərəfə qoyaraq, özlərinə bu torpaqların sahibi haqqını tanımağa başlayıblar.

Azərbaycanın dekabrın 10-da keçirdiyi hərbi parad və orada ermənilərin Rusiyadan yarı-havayı aldığı və ordumuz tərəfindən darmadağın edilmiş hərbi texnikasının nümayişi, eləcə də Rəcəb Tayyib Ərdoğanın bu paradda iştirakı təbii ki, təkcə Ermənistana növbəti tərs sillə yox, həm də onun havadarları üçün qıcıq, narazılıq mənbəyi oldu. Baxmayaraq ki, bu paradın keçirilməsi Azərbaycanın halal haqqı idi.

Ancaq əsrlərdir halal haqqımıza kor baxan və onu hər addım başı əlimizdən almağa öyrəşənlər üçün bunu qəbul etmək asan deyil. Elə ölkəmizdən Rusiyaya tərəvəz və meyvə idxalına qadağa qoyulması, ardınca “sülhməramlıların” xəritə hoqqası da bunun bariz nümunəsidir. Belə çıxır ki, bu günə qədər ermənilər gündə bir saxta xəritə icad edirdilər, indi də ordumuz onların başını əzəndən sonra estafeti rus "sülhməramlıları" qəbul ediblər...

Əslində, Qarabağda Rusiya ordusunun "sülhməramlı qüvvələr" qismində yerləşdirilməsinə dair plan yeni deyildi. Bunu “Lavrov planı” da adlandırırlar. Moskva əvvəllər də bu məsələni gündəmə gətirməyə və rəsmi Bakının həmin təklifi qəbul etməsinə çalışmışdı. Ancaq ilk dəfə bu təklifi quldurbaşı Robert Köçəryan irəli sürmüşdü. İndi məlum səbəblərdən belə çıxır ki, Köçəryanın və onun havadarlarının arzusu gerçəkləşir. Sadəcə, Azərbaycan burada əvvəl düşünüləndən daha üstün və nisbətən uduşlu mövqedədir. Ona görə də hər hansı yolla olursa-olsun bu üstünlüyü də əlimizdən almağa çalışırlar.

Unutmayaq ki Rusiya sülhməramlılarının yerləşdirilməsinə dair Moskvanın planına ilk inanan Gürcüstan oldu və bu, Abxaziya və Cənubi Osetiyanın itirilməsi ilə nəticələndi. Belə görünür ki, Cənubi Qafqazda, Ukraynada, Moldovada, hətta Qazaxıstanda da özünün geosiyasi maraqlarının təmin edilməsi üçün separatçı hərəkat və qurumlardan təzyiq vasitəsi kimi istifadə edən Moskvanın növbəti hədəfi Qarabağ bölgəsidir.

İstisna etmək olmaz ki, ruslar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əvvəlki hüdudlarını bərpa etməyə və təbii ki, Ermənistanla, eləcə də onun digər havadarları ilə birgə “status məsələsi”ni gündəmə gətirməyə çalışacaqlar. Bunun siyasi zəmini artıq indidən yaradılır. Putinin münaqişənin bitdiyinə dair məlum açıqlamasına rəğmən, Rusiyanın məlum dairələri, Ermənistan, Fransa, Minsk Qrupu və s. hər yolla sübut etməyə çalışırlar ki, münaqişə həll olunmayıb. Bu, rəsmi Bakının mövqeyini açıq şəkildə inkar etmək cəhdidir və bu cəhd “status məsələsi”nə dair planlara xidmət edir.

Bəli, Ermənistan uduzub, ancaq bununla yanaşı, rus "sülhməramlıları"na xilas həlqəsi kimi baxır. Rusiya isə, deyəsən Gürcüstanda, Moldovada və Ukraynada etdiklərini təkrarlamaq istəyir. Baxmayaraq ki, elə həmin ölkələrdə də Rusiya əslində özünə qarşı nifrət və inamsızlıqdan başqa heç nəyə nail ola bilmədi.

Belə görünür ki, eyni “nailiyyəti” Azərbaycanda da qazanmaq istəyir. Ancaq Moskvada hələ də anlamırlar ki, Rusiya Azərbaycana daha səmimi və etibarlı strateji tərəfdaş kimi baxsaydı, bundan yalnız qazana bilərdi. Lakin nədənsə yüzillərdən bəri xəyanətləri və xəbisliklərilə ad çıxaran ermənilər “Rusiya, rədd ol” şüarları ilə az qala rusların üzünə tüpürsə də, Rusiyanın seçimi dəyişmir – ermənidən bərk-bərk yapışır və deməli özünü buna layiq bilir...

Hazırda çıxara biləcəyimiz nəticə budur ki, Hadrutda baş verən olay hələ başlanğıcdır. Oxşar durumun Zəngilan, Laçın və Qubadlı ərazilərində də yaşanmasının mümkünlüyünə dair iddialar var. Görünür, hələ bu cür provakasiyalar çox olacaq.

Keşmiş təcrübələri nəzərə alsaq, belə çıxır ki, dövlətimizi, ordumuzu indi də öz torpaqlarımızda Rusiyanın özbaşınalıqları ilə uzun mübarizə gözləyir. Lakin bu, bizi durdura bilməz və durdurmamalıdir. Çünki tarixin də göstərdiyi kimi, nə çar, nə də sovet bolşevik qoşunları burada daimi qala bilməyiblər. Elə Putin Rusiyasının ordusunu da gec-tez eyni aqibət gözləyir.

Moskvadakı imperialist dairələr bilməlidirlər ki, Azərbaycan dövləti və xalqı minlərlə Şəhid vərərək azad etdiyi ərazilərində Rusiyanın özünə yeni "forpost" qurmasına imkan verməyəcək.

Bir daha xatırladaq ki, Rusiya sülhməramlılarının vəzifəsi Dağlıq Qarabağ ərazisində təhlükəsizliyi təmin etməkdir. Bu məqsədlə onlar Qarabağın hələ də ermənilər yaşayan ərazilərindən Ermənistana məxsus silahlıların çıxmasını, erməni yaraqlılarının tərkisilah olunmasını təmin etməlidirlər. 

Ancaq son hadisələr göstərir ki, sülhməramlılar işlərinin öhdəsindən gələ bilmirlər. Və ya bunu istəmirlər. Əvəzində üzərlərinə vəzifə olmayan işlərlə məşğul olur, Ermənistandan Qarabağa əhali köçürməyə çalışırlar.

Buna görə, Rusiya sülhməramlılarının üzərinə düşən vəzifəni də Azərbaycan Ordusu və hüquq-mühafizə orqanları yerinə yetirməli olur. Xocavənddə və Hadrutda meşələrdə gizlənib Azərbaycan əsgərlərinə və mülki şəxslərə hücum edən terrorçu ermənilərin Şanlı Ordumuz tərəfindən zərərsizləşdirməsi də bunu əyani göstərir.

Belədə haqlı olaraq sual ortaya çıxır: Üzərinə düşən vəzifələri yerinə yetirməyən, açıq-aşkar ermənilərin tərəfini tutan, hətta təxribatçı fəaliyyətlə məşğul olan Rusiya sülhməramlılarına nə ehtiyac var?

Hələ 1968-ci ildə Rusiya Çexoslavakiyanı işğal edəndə çexlər onlara ”Иван, иди домой!” (”İvan, evə get!”) deyərək, etiraz edirdilər. Həmin vaxtdan bu şüara rusların girdiyi bütün ərazilərdə tez-tez rast gəlinir. Əgər Rusiya bu cür davam etsə, deyəsən bu şüar bizdə də aktual olacaq....

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

vətənindaşı 2020-12-16 21:47:11

kecdi daha vətndaş,

Roma 2020-12-16 20:17:54

Bu Rüstəm Muradovdan Bakı imtina etməlidir, araik oğraşı bağrına basıb duz kimi yalayır, bu ancaq erməniyə işləyir...

Roma 2020-12-16 16:10:41

Rusiya məkrli hiyləgər siyasət yürüdən dövlətdir...

Veteran 2020-12-15 16:36:19

Əgər rusiya ipə- sapa yatmasa XALQ-ORDU birliyi onları Azərbaycandan çəxarıb rədd etmək lazımdır .Özüdə təcili.Ölkədəki satqınlarla birlikdə.

Məzahir Şahmarov 2020-12-15 09:03:55

Rus hərbi qüvvələri Qarabağ zonası ərazilərindən tam çıxarılmalıdır.Hadisələr ciddi nəticələrə doğru təhlükəli istiqamətdə genişlənir,dərinləşir.Türkiyə-Azərbaycan Hərbi İttifaqı təcili yaradılmalı və Türkiyə Hərbi bazası həmin ərazilərdə qurulmalıdır.Bu Azərbaycanın haqqıdır.Azərbaycan xalqının elə istəyi də bu olmuşdur.

Vətəndaş 2020-12-15 01:03:46

İndi vəziyyətimiz 44 günlük müharibən əvvəlki vəziyyətdən daha təhlükəlidir. Allah bizə-millətimizə köməy olsun

Habil 2020-12-15 00:30:25

Hökumət çıxıb izahat versin görək nə baş verir. Özünü reklam vaxtı deyil indi.

Terlan 2020-12-14 23:04:49

Muqavilede olan şertleri pozduğuna göre rücu olkeden qovmaq olar

Amon 2020-12-14 22:16:26

Yalniz bir cixis yolu var.turkiyenin bazasi azerbaycanda bir yox bir nece yerde qurulmalidi ve erazi butovluyumuze her hansi tehluke olarsa turkiye derhal mudaxile etmelidi muqavilesini baglamaliyiq.vesselam bununla da rahat nefes ala bilerik her hansi texribatla da rastasmariq.yoxsa bu rus imkan vermiyecek bu bolgede sabitlik olsun.sulhmeramlilarinin daha uzun muddet qalmasi ucun tez tez texribatlar toredecek bu serefsizler

Kaku 2020-12-14 22:09:35

Gorulesi cox is var hele.xain rovsen ekberovdan milli qehreman statusu alinmalidi ramiz mehdiyev ve rasim musabeyov vezifeden getmelidi polad bulbuloglu geri cagrilmalidi ve elxan memmedov AFFA dan qovulmalidi

Kipcak 2020-12-14 21:25:12

Ivan bura gəlməyə idi , çünki bədnam saziş bizim üçün çox təhlükələr gözləyir

lala metin 2020-12-14 21:11:54

İvanı pəh pəhlə özümüz cağırmışıq kim olduğunu bilə bilə hər gün də baş İvanın şəninə təriflər deyilir özü yıxılan ağlamaz

musa kinq 2020-12-14 20:30:43

ə bəs nə oldu qələbəyə

t.ədalət 2020-12-14 20:05:29

"Rusiya Qarabağda erməniləri qoruyur"-fikri doğru deyil.Rusiya Qarabağda 300 il öncə Azərbaycana qarşı işğal planlarını qoruyur.Biz ilk gündən düşmənin erməni yox,əsasən rus olduğunu görürdük.Xocalı soyqırımını törətməklə iki millət arasında ədavət yaradıb işinə düzən verən Rusiya ilə əlaqələrə son verməliyik.Rus dili və təhsil sahələri,başda Az.TV olmaqla bütün televiziyalarda rus dilində xəbərlər verilməsinə bəs eləməliyik.Allah rus sevdalılarına lənət eləsin!

boris 2020-12-14 19:59:18

sərt təpki gecikdikcə,vəziyyət düzəlməz hala gələcək,təcili onların funksiyalarından kənara çıxmasının qarşısı alınmalıdır

Millət 2020-12-14 19:51:02

C.Məmmədovun yazdığı məqaləni əslində bütün xalqımız dəstəkləyir. İndi əsas məsələnin yəni ivanın xoruzunu qoltuğuna verib yola salmağın vaxtıdır

t.ədalət 2020-12-14 19:25:42

Rusiya tarixən ərazilərimizi işğal edib,əhalimizi qətlə yetirib.İndi ona etibar etməklə biz çox çətin bir durumla üz-üzə dayanmışıq.Allah köməyimiz olsun!

MRP 2020-12-14 19:07:44

Rus hara sülh hara Allah göstərməsin.Rus olan yerdə sülh ola bilməz sülh olan yerdə rus ola bilməz.Ruslarda sülhə allergiya var.Onlar sülhə nifrət edirlər.

Vətəndaş 2020-12-14 17:29:18

Bütün dünya rusdan uzaq gəzir,bilirlər ki,onlardan ancaq pislik gələ bilər. Biz isə bunu 200 ildir başa düşə bilmirik..... Qəti addımlar atmaq lazımdır,ziyanın yarsından qayıtmaq da xeyirdir

Son yazılar