Menu

Rusiya televiziyasının Azərbaycana qarşı növbəti qarayaxması - VİDEO

14.12.2020, 19:33
Rusiya televiziyasının Azərbaycana qarşı növbəti qarayaxması - VİDEO

Rusiyada ermənipərəst dairələr Azərbaycana qarşı öz mövqelərini nümayiş etdirmək üçün bəzi kütləvi informasiya vasitələrindən istifadə edirlər.

Rusiyanın “Pervıy” kanalının aparıcısı xəbərlərin təqdimatında bildirib ki, Azərbaycan tərəfi Qarabağda atəşkəsi pozub.

Halbuki aparıcı heç bir əsası olmadan bu fikri səsləndirib. Çünki efirə təqdim olunan süjetdə Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradov açıqlamasında Qarabağda atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu bildirmir. Həmçinin, süjetdə danışan ermənilər də Azərbaycana qarşı belə bir ittiham səsləndirməyiblər.

Görünən odur ki, Rusiyanın televiziya kanalı Azərbaycan qarşı növbəti qarayaxma kampaniyasını həyata keçirib. 

Şərhlər

Xalq 2020-12-14 21:30:42

1988-ci ildən rus TV-ləri bizim əleyhimizədirlər. Nə qazandılar ki? Azərbaycan müstəqillik qazandı. Əvvəllər də əleyhimizə danışdılar Qarabağın böyük hissəsini qazanmışıq. ermənini Qarabağdan Allah qoysa təmizləyəcəyik. Birdə it hürər karvan keçər!

Habil 2020-12-14 19:51:17

əclaflar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol