Menu

Rəsul Quliyevin partiyası dövlət qeydiyyatına alınıb

15.12.2020, 20:09
Rəsul Quliyevin partiyası dövlət qeydiyyatına alınıb

Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib və qeydiyyat məsələlərinə də baxılıb.

Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Gələcək Azərbaycan Partiyasının (GAP) müraciəti əsasında təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu nazirlikdə öyrənilərək Kollegiyada partiyanın, habelə bir sıra qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması barədə qərar qəbul olunub.

"AzPolitika" xatırladır ki, sədri Ağasif Şakiroğlu olan GAP eks-spiker Rəsul Quliyevin partiyası kimi tanınır. 

Şərhlər

İ.Mustafaoğlu 2020-12-16 10:10:41

Ölkəmizdə yenidən partiya yaradılmasına ehtiyac yoxdur, kimin nəyinə lazımdır Partiya ...Hamısı özü üçün çalışır.... Dövlətimizi və xalqımızı qəlbən sevən məmur cənab Prezidentimizin ətrafında sıx brləşib, dövlətimizə sədaqətlə xidmət etməyi bacarmalıdır, vəssalam.

Ədalət 2020-12-15 21:46:36

YAŞASİN RƏSUL QULİYEV !!! MƏRD ADAMDIR !

Sahib Qarayev 2020-12-15 21:13:11

Azərbaycn vətəndaşı olmayan adam necə Azərbaycanda partiya aşır.Axı 30 ikdir bu adam ABŞu-da yaşayır.

Vasif 2020-12-15 21:10:30

Bəs S.Cəlaloğlunun partiyası Rəsul quliyevin deyildi? Bu nə partiyabazlıq hoqqaıarıdır?Ölkəyə lazım olmayan.lazımsız ara qarışdıran partiyalardan hamı bezib.Hərə bir yalan .fəaliyyətsiz partiya qeyd etdirib müxtəlif yollarla deputat olub çətrənçiliklə məşğuldurlar.f

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol