“Yelo Bank” ASC inzibati binası üçün sinxron prinsiplə işləyən elektrik generatorların alınması məqsədilə açıq tender elan edir.
Generatorlar üzrə tələblər aşağıdakı kimidir:
Generator sayı – 3 ədəd
Generatorun iş prinsipi – sinxron
Generator gücü – 410 kVa
Sinxron panel – 1 ədəd
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:
- -Təqdim ediləcək məhsulun keyfiyyəti
- -Təklif ediləcək məhsulun qiyməti
- -İştirakçı şirkətin bu sahədə təcrübəsi
- -Təqdim edilmiş məhsullara verilən zəmanət müddəti
- -Müqavilənin icra müddəti
- -Avadanlıqlara texniki servis xidmətinin müddəti
- 1.Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
- -Qiymət təklifi
- -İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
- -Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
- -Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)
Tender təklifi
- 2.Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
- -Tender təklifləri 24 Dekabr 2020-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
- -Zərflərin hər küncü möhürlənməlidir.
- -Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
- 3.Müqavilənin icra müddəti
- -Satınalma müqaviləsi tenderin qalibi elan edildikdən ən geci 60 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.
- -Satınalma müqaviləsinin qeyd olunmuş müddətdən daha qısa vaxt ərzində icra edilməsini bildirən iştirakçılar tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynacaqdır.
- 4.Ödəniş və digər şərtlər
- -Təqdim ediləcək məhsullara minimum 1 il zəmanət verilməlidir.
- -Zəmanət müddətinin 1 ildən artıq olması tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynayacaqdır
- -Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% - ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
- -Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5-10%-i həcmində Bank zəmanəti təqdim etməlidir.
- -Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
- -Təklif avadanlıqların çatdırılma və quraşdırma qiymətlərini özündə əks etdirməlidir.
- -Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
- -Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
- -Müqavilə imzalanana qədər Bank satın alınacaq avadanlıqların sayınının artırılması və ya azaldılması hüququna malikdir.
- 5.Satınalan təşkilatın ünvanı
- -Bakı ş. Puşkin küçəsi 30, AZ1010
- -Əlaqələndirici şəxslər:
- Elşad F. Rəhimov
- İnzibati və Təchizat departamentinin
- Baş mütəxəssisi
- +99412 981 daxili 1974
- +99455 2140087
- erahimov@yelo.az
- 6.Tenderin nəticəsi haqqında məlumat
- -Tenderin nəticəsi haqqında məlumat tenderin hər bir iştirakçısına təqdim ediləcəkdir.


Şərhlər