“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya monitorinq mərkəzi Ağdamda yerləşəcək”.
APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 TV-yə müsahibəsində deyib.
O qeyd edib ki, müşahidə nöqtələri Dağlıq Qarabağa çox yaxın yerlərdə olacaq.
“Bizim Rusiya ilə imzaladığımız memorandumda açıq şəkildə göstərilib ki, müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq. Ev sahibi haranı göstərirsə, müşahidə nöqtələri orada olmalıdır”, - deyə Türkiyə XİN başçısı qeyd edib.


Şərhlər
Türkiyə olmasa anası və digər əqrəbası erməni olanlar əraziləri yenidən ermənilərin ixtiyarına buraxar.Putin də Azərbaycandakı qanı və canı erməni olanlara istinad edir.Fəqət,bizdə hələ də vətənə xəyanət etməyə hazır olan erməniqanlılar vəzifələrdə əyləşiblər..