Menu

“DAĞLIQ QARABAĞ AZƏRBAYCANIN AYRILMAZ HİSSƏSİDİR” - Putindən ziddiyətli açıqlamalar +VİDEO (Yenilənib)

17.12.2020, 18:46
“DAĞLIQ QARABAĞ AZƏRBAYCANIN AYRILMAZ HİSSƏSİDİR” - Putindən ziddiyətli açıqlamalar +VİDEO (Yenilənib)

Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi ənənəvi illik mətbuat konfransında Dağlıq Qarabağ məsələsindən də danışıb. Bildirib ki, sebtyabrın 27-də münaqişənin kənardan müdaxilə ilə alovlanması barədə deyilənləri düzgün saymır. Çünki gərginlik illərdir davam edirdi.

“Situasiya nəzarətdən çıxdı. Bu gərginlik bir çox illər ərzində davam edirdi. Hesab etmirəm ki, müharibə kənardan hansısa müdaxilə ilə başladı. Dəfələrlə atışmalar, xırda toqquşmalar olmuşdu. Sonda bütün bunlar münaqişəyə gətirib çıxardı. Rusiyanın mövqeyi həmişə bundan ibarət idi ki, hər hansı qan axıdılmasına yol vermədən tərəflər razılaşmaya gəlməlidir”,-o deyib.

Virtualaz.org-ın məlumatına görə, Putin əlavə edib ki, Rusiya həmişə Dağlıq Qarabağ ətrafındakı yeddi rayonunun Azərbaycana qaytarılmalı olduğunu bildirib. Bundan əlavə, regionda status-kvo qeydə alınmalıydı. “Türkiyənin mövqeyi isə Azərbaycanın haqq işinin müdafiəsinə əsaslanır. Ankara ərazilərin Bakıya qaytarılmasında israr edirdi. Ermənistan Qarabağı tanımadı. Beynəlxalq hüquq nöqteyi-nəzərindən bu Azərbaycan ərazisidir”,-  Rusiya prezidenti bildirib.

Putin qeyd edib ki, münaqişə tərəfləri üçtərəfli razılaşma əldə olunan andakı mövqelərində qalmalıdır. O habelə qeyd edib ki, Qarabağın statusu dəyişməz qalmalıdır və gələcəkdə həll olunacaq.

Rusiya prezidenti üçtərəfli razılaşmanın əldə olunmasından sonra Qarabağda atəşkəsin pozulması hallarının çox az olduğunu bildirib. Ümid edib ki, bundan sonra da belə olacaq. Habelə o, beynəlxalq vasitəçiləri də “sözdən işə keçməyə” çağırıb.

“Biz ümid edirik ki, beynəlxalq müşahidəçilər də işə qoşulacaqlar, çünki təkcə Rusiya bunu etməli və humanitar yardımları göndərməli deyil”,-o bildirib.

Prezident bildirib ki, bölgədə hərbi əməliyyatların tamamilə dayandırılması barədə 9 noyabr tarixində imzalanan birgə bəyanatın qüvvəyə minməsindən sonra Dağlıq Qarabağda atəşkəs bir dəfə pozulması baş verib. 

Putin ümid edir ki, daha belə hallar olmayacaq: “Atəşkəs pozuntularının baş verməsi - bu, yalnız bir dəfə baş verdi. Ümid edirəm ki, bir də təkrar olunmayacaq. Bütün razılaşan tərəflər bizim və Minsk qrupunun (ATƏT) vasitəçiliyi ilə danışıqlar masasına otura biləcəklər. Əsas odur ki, proses başlanmalı və müsbət nəticə ilə başa çatmalıdır”.

Qeyd edək ki, Putin Dağlıq Qarabağın beynəlxalq hüquqa görə Azərbaycanın tərkib hissəsi olduğunu desə də, bölgənin statusunun dəyişməz qalmalı olduğuna və gələcəkdə həll ediləcəyinə dair narahat doğurucu fikirlər söyləyib. Eyni zamanda Qarabağ münaqişəsinin guya Sumqayıtdan başladığına dair həqiqəti təhrif edən və ermənilərin maraqlarına xidmət edən bəzi açıqlamalar verib. 

 

Şərhlər

UMUMXALQ REFERENDUMU 2020-12-18 16:03:19

CHOX TEZLIKLE Azerbaycanda MUTLEQ UMUMXALQ REFERENDUMU KECHIRILMELIDIR ve Milli Meclis, bu REFERENDUMDA XALQIN REYINE ISTINAD EDEREK QANUN QEBUL ETMELIDIR ki, DERHAL, MUTLEQ ve VAXT UZATMADAN, CHOX TEZLIKLE, Putinin " TEXRIBATMERAMLI, DIVERSIYAMERAMLI, ISHQALCHILIQMERAMLI " DESANT QOSHUNLARI CHIXMALIDIR Azerbaycan ERAZISINDEN. ...

Cəmşid Dərələyəzli 2020-12-18 10:42:55

Putin deyir ki, “münaqişə tərəfləri üçtərəfli razılaşma əldə olunan andakı mövqelərində qalmalıdır,” arxasınca da qeyd edir ki,” Qarabağın statusu dəyişməz qalmalıdır və gələcəkdə həll olunacaq”.Yüz illərdir erməniləri başımıza müsallah edib, indi də Qarabağ üzərindən öz oyunlarını davam eetdirən Rusiyanın Putini deyir bunu. Statusa gələcəkdə baxıla bilərmiş. Hansı statusa cənab Putin. İlin əvvəlində ermənilər Soçinin hər tərəfinə yazmışdılar bura ermənistandır. Ver də niyə vermirsən. Əslində cənab Putin bu deyimlərində sadəcə onu unudur ki, zaman artıq Rusiyanın zamanı deyil. Həm də o zamandır ki, bu status dediyi bəla, belə gedərsə Rusiyanın içərilərinə də sıçrayacaq. Sakin bunu unutma cəna Putin.

Musa 2020-12-18 05:36:45

88-90 illərdə Qorbaçov da deyirdi Qarabağ Azərbaycanındın,ancaq axırı necə oldu?

Asif 2020-12-18 05:33:56

Bir sözlə bu bic bala nala mıxa vurur

Kamil 2020-12-17 22:17:55

O yenə Sumqayıt hadisəsini dilə gətirdi. Yaxşı adam deyil o

Türk 2020-12-17 22:07:47

Putin əsas suala cavab vermədi ki erməni sillahlı qüvvələri erməni yaşayan ərazimizi də tərk efməlidir ya yox. Belə vəziyyət pis deyil,ancaq putinin içi-dalı yanır. Rusdan yaxşı heç nə gözləmək olmaz. 200 il-də bu dəfələrlə sübu olunub

Xalq 2020-12-17 21:48:48

cənab Putin! Qarabağın statusunu Prezidentimiz ləğv edib birdəfəlik. Ona görə siz heç narahat olmayın. Ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəklərsə Qarabağda yaşayacaqlar, yoxsa yox!

Türk 2020-12-17 19:46:55

putin indi deyib,yoxsa əvvəl dediyidir. Görəsən daldada nə deyi?

RR 2020-12-17 18:47:23

Ermənilərlə göndərdiyi humanitar yardımı deyir erməni quldurların dəstək axtarır. Dağlıq Qarabağın da statusu haqqında gələcəkdə nə qərar verməkdən danışır bu. Qarabağ sadəcə Azərbaycan torpağıdır vəssalam Putinə hörmətli tarixçilərimiz izah edin ki gələcək nəsillər bir də bu olanları yaşamasın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol