Menu

ABŞ-ın ən zəngin ailələrinin reytinqi açıqlandı

17.12.2020, 18:50
ABŞ-ın ən zəngin ailələrinin reytinqi açıqlandı

ABŞ-ın 50 ən zəngin ailəsinin ümumi varidatı 2015-ci ildən bu yana 30 % artaraq 1,2 trilyon ABŞ dollarına çatıb.

“Report” xəbər verir ki, reytinqi “Forbes” jurnalı tərtib edib.

Reytinqə daxil edilmiş ailələrin varidatı 7,3 milyard ABŞ dolları və daha artıqdır olduğu bildirilib.

Həmin reytinqə “Walmart” onlayn alış-veriş portalında 50 % pay sahibi, 247 milyard ABŞ dolları varidatı olan Uoltonlar ailəsi başçılıq edir. İkinci yerdə “Koch Industries” şirkətində 84 % paya malik, 100 milyard ABŞ dolları ilə Kox ailəsi, üçüncü yerdə “Mars Inc.” şirkətinin sahibi, 94 milyard ABŞ dolları varidata sahib Marslar ailəsi qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol