"BU MƏSƏLƏNİ AZƏRBAYCANLA MÜZAKİRƏ EDƏCƏYİK..." - Hulusi Akardan qalmaqallı iddia ilə bağlı açıqlama

“Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Mərkəzin tikintisi davam edir. Generalımız və digər əməkdaşlarımız ora getməyə hazırdır”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

“Bundan başqa, ora minatəmizləyən mütəxəssislərimizi də göndərmişik. Həm təlim keçirlər, həm də ərazini yoxlayacaqlar. Türkiyə Silahlı Qüvvələrinin mina axtarma və təmizləmə üzrə iki heyətini Azərbaycana göndərmişik. Atəşkəsə ümumilikdə riayət edilir. Ruslar bu mövzuda diqqətlidirlər. Hadisələri izləyirik”, - o vurğulayıb.

“Naxçıvan və Laçın dəhlizi ilə bağlı işlər bərabər aparılır. Məsələni rəsmi Bakı ilə müzakirəyə çıxarıb həll edəcəyik. Azərbaycan, Rusiya və Ermənistan arasında danışıqlar gedir. Məsələ qarşıdakı günlərdə reallaşacaq”, - nazir bildirib.

“Qarabağın bir hissəsində ermənilər var. Ruslar sülhü qorumaq çərçivəsində oradadırlar” - deyə Akar əlavə edib.

O qeyd edib ki, Türkiyə hərbçilərinin varlığı Türkiyə-Azərbaycan arasındakı məsələdir: “Ruslar iddia edirlər ki, Türkiyə hərbçiləri ermənilərin olduğu yerdə olsa, problem yaranar. Biz bu məsələni Azerbaycanla müzakirə edəcəyik”.  /"Report", "APA"

635x100

Şərhlər

Xalq 2020-12-19 01:25:43

biz neynəyək ki, rus-erməni bizdən əl çəksin? hər ikisinin əlindən bezmişik!

RR 2020-12-18 21:05:02

Ruslar da bize problemdir

Islah 2020-12-18 11:23:27

Bız.ermənılərın nazi.ılə.oynamaliyiq.bəyəm?

Son yazılar