DÜŞMƏNİN 17 POSTUNU ƏLƏ KEÇİRƏN ŞƏHİDİMİZ - “Ana, bayrağa bükülüb gəlmək bilirsən necə şərəflidir...”

Vətən müharibəsində qəhrəmancasına şəhid olanlar arasında Azərbaycan bayrağını beynəlxalq yarışlarda dalğalandıran idmançı igidlərimiz də olub.

Onlardan biri Cəlilov Xaləddin Asəf oğludur.


Oxu.Az-ın əməkdaşı şəhidin əmisi oğlu Ələkbər Cəlilov ilə həmsöhbət olub.  Ə.Cəlilov deyir ki, şəhid Xaləddin Cəlilov Rusiya Federasiyasın Sankt-Peterburq şəhərində anadan olub:

“18 yaşı var idi Xələddinin. 2003-cü ilin noyabr ayında ailəsi ilə birlikdə Azərbaycana, Ağstafa rayonuna köçmüşdülər. 2008-ci ildə E.Mustafayev adına Yenigün kənd tam orta məktəbin rus bölməsinin 1-ci sinifinə gedib. 2019- cu ildə isə məzun olub.

Xaləddin evin tək oğlu idi. Kiçik yaşlarından idmana böyük marağı var olub, ailəsi də bunu görürdü. Hər birimiz ona bu sahədə dəstək olduq. Xaləddin qısa vaxt ərzində idman sahəsində həmyaşıdları ilə müqayisədə kifayət qədər uğurlar qazandı. Onun nailiyyətləri ölkə sərhədlərini də aşdı”.

Ələkbər Cəlilov deyir ki, şəhidimiz 2019-cu ildə Cəlilabad rayonunda keçirilən Mübariz İbrahimovun timsalında bütün şəhidlərin anım gününə həsr olunmuş yarışın qalibi olub:

“O, Mübariz İbrahimov kimi qəhrəman olacağını deyirdi. Çox vətənpərvər oğlan idi. Elə həmin ilin iyul ayında Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında iştirak etdi. Öz çəkisi üzrə bütün rəqiblərinə qalib gələrək, çempion adını qazandı. 2019-cu ilin oktyabr ayının 18-də Ağstafa rayon icra başçısı tərəfindən ilin idmançısı adına layiq görüldü, fəxri fərmanla təltif olundu”.

“Düşmənin 17 postunu alaraq, ona qan uddurub”.

Mayın 7-də həqiqi hərbi xidmətə çağrılan X.Cəlilov hərbi xidmətini Cəlilabad rayon N saylı hərbi hissədə çəkib:

“Xidmət etdiyi müddətdə nümunəvi əsgər olaraq özünü tanıtmış və kəşfiyyat qrupuna seçilib.
bu il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Xaləddin kəşfiyyat qrupu ilə birlikdə 17 post alaraq, yüzlərlə erməni əsgərini məhv edib.

Murovdağ istiqamətində gedən döyüşlər zamanı ağır yaralanır. Elə həmin istiqamətdə də şəhid olub”.

“Ana, bayrağa bükülüb gəlmək bilirsən necə şərəflidir...”.

Tez-tez telefon etməyi sevməyən şəhid ölümündən əvvəl ailəsi ilə əlaqə saxlayıb: “Çox zəng etməyi sevməzdi. Zəng edəndə isə salamatam, narahat olmayındeyərdi. Sonuncu dəfə anası ilə danışmışdı. Anasına deyib ki, sən bilirsən bayrağa bükülüb gəlmək necə şərəflidir? Heç bir ana bu sözlərə dayana bilməz. Amma fəxr edirik ki, Xaləddin kimi neçə-neçə igidlər böyüdən analarımız var”.

Xatırladaq ki, Xaləddin Cəlilov İkinci Qarabağ müharibəsində Ağstafa rayonunun ilk şəhidi olub.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Xaləddin Cəlilov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

Mehdi 2020-12-19 11:42:16

Allah rehmet elesin , yeri behiştlik olsun.Amma bu sərəfdən nazirlerin ,nazir muavinlerinin,bas idare reislerinin,icra bascilarinin ,polis reislerinin,prokurorlarin ve ilaxir,adamlarin usaqlari oqlanlari qohumlarida qazanmaq istemediler.Butun bunlara goresen bunlarin icinde biri cixib cavab vere biler ?

Xalq 2020-12-18 21:26:00

Allah rəhmət eləsin! Qəbri nurla dolsun! Amma evin tək öladını aparıb ailənin çırağını söndürdünüz. Allahdan qorxmursunuz?

Son yazılar