Menu

“Vətən uğrunda” medalı ilə təltif olunan qəhrəman şəhidimiz - VİDEO

19.12.2020, 00:37
“Vətən uğrunda” medalı ilə təltif olunan qəhrəman şəhidimiz - VİDEO

Vüqar Məmmədov 26 illik ömrünə şərəfli qəhrəmanlıq hekayəsi sığışdıra bilən qəhrəmanlarımızdandır. Baku TV xəbər verir ki, Sumqayıtdan olan igidimiz İkinci Qarabağ müharibəsində 12 gün düşmənə aman vermədən vuruşub.

Kəşfiyyatçı şəhid V.Məmmədovun qəhrəmanlığı bu gün dillərə dastan olub.

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini bitirən qəhrəmanımız hələ diplomunu ala bilməsə də, ən yüksək məqama - şəhidlik zirvəsinə ucalıb.

Kəşfiyyatçı V.Məmmədov Füzuli rayonunda gedən döyüşlərdə düşmənin açdığı snayper atəşi ilə başından yaralanıb. O, qəhrəmancasına döyüşərək şəhid olub. İndi qəhrəmanımız Sumqayıt şəhər Şəhidlər Xiyabanında uyuyur.

V.Məmmədov Prezident İlham Əliyevin sərəncamı ilə, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol