Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında Qarabağ münaqişəsi barədə danışarkən, yenə “Sumqayıt hadisələrini” yada salaraq, Qarabağ münaqişəsinin məhz 1988-ci ilin fevralında baş verən həmin olaylardan start götürdüyünə eyham vurub.
Bu, ilk belə hal deyil və Putin demək olar hər dəfə münaqişə barədə danışanda Sumqayıtı yada salır. Bununla da bir növ tarixə özünəməxsus formada “ekskurs” edən Rusiya prezidenti münaqişəni məhz milli zəmində yaranmış etnik mübahisə kimi qələmə verərək, onun çətinliyini və dərinliyini sübut etməyə çalışır.
Hətta ona verilən sualın Qarabağ münaqişəsinin tarixinə heç bir aidiyyatı olmasa da, Putin hər dəfə Sumqayıtı yada salmaqla, bir növ “birinci kim başlayıb” sualına Rusiyaya və onun Ermənistandakı qulbeçələrinə sərf edən formada cavab vermiş olur. Əslində, ümumiyyətlə “birinci kim başlayıb” sualını ortaya atmağın və subyektiv yanaşma ilə günahkar axtarmağın özü Rusiyanın sülhməramlı statusu ilə qətiyyən uyğun gəlmir.
Məlum məsələdir ki, reallıqda bu münaqişə etnik qarşıdurmadan daha çox ermənilərin Azərbaycan torpaqlarını zəbt etmək istəyi səbəbindən ortaya çıxan və Dağlıq Qarabağ başda olmaqla, ərazilərimizi özününküləşdirmək məqsədi güdən təcavüzün nəticəsidir.
Lakin göründüyü kimi, Rusiyanı bu variant qane etmir və problemi məhz həlledilməz etnik münaqişə kimi təqdim etməyə çalışır. Putin əslində, konkret olaraq deyir ki, bu, etnik konfliktdir, ermənilərlə azərbaycanlılar əzəli və əbədi düşməndirlər, ona görə də Rusiya olmasa, onlar bir-birilərini sonsuzadək qıracaqlar. Və bununla da münaqişənin həm mahiyyətini, həm də tarixini təhrif edərək, özünə uyğun şəklə salır.

Putin iddia edir ki, ilk olaraq, məhz ermənilər Sumqayıtda və Dağlıq Qarabağda qırğına məruz qalıblar. Hansı ki, bunun yalan olduğunu və münaqişənin nədən qaynaqlandığını həm Qafqazda, həm də Rusiyanın özündə bilənlər az deyil.
Kiçik xatırlatma olaraq qeyd edək ki, həmin dövrdə SSRİ Baş Prokurorunun müavini Aleksandr Katusev özü 1988-ci il fevralın 27-də, yəni Sumqayıt hadisələrindən bir gün əvvəl mərkəzi televiziya ilə çıxışında Dağlıq Qarabağda - Əsgəran rayonunda fevralın 22-də ilk olaraq azərbaycanlılar Bəxtiyar Quliyev və Əli Hacıyevin ermənilər tərəfindən öldürüldüyünü demişdi.

Digər tərəfdən, hər kəsə, o cümlədən Putinin özünə də yaxşı məlumdur ki, ilk olaraq məhz azərbaycanlılar 1987-ci ildə Ermənistandan qovulmağa başlamışdı və 1988-ci ilin yanvar - fevral aylarında bu proses nəzarətdən çıxaraq, vəhşiliklərlə, qətllərlə müşayiət olunmağa başlamışdı.
Sumqayıt hadisələrinin istintaqını aparan Moskvadan gələn qrup isə belə qənaətə gəlmişdi ki, əhali məhz Ermənistandan qovulub Sumqayıta gələn azərbaycanlılara qarşı olan haqsızlıqlara hiddətləndiyindən həmin hadisələr baş vermişdi. Nəhayət, istintaq bu hadisələrin sırf təxribat xarakterli olduğunu və onun SSRİ DTK-sı, Ermənistan rəhbərliyi, eləcə də qərb dövlətlərindəki erməni diasporunun təhriki və təşkilatçılığı ilə törədildiyini üzə çıxarmışdı.
Belə görünür ki, bütün bunları bir daha Putinə və onun auditoriyasına xatırlatmaq gərəkdir. Özü də rəsmi formada. Lakin təəssüf ki, artıq neçənci dəfədir Rusiya prezidenti Sumaqayıt hadisələrini arqument kimi ortaya qoymağa çalışsa da, Azərbaycanın rəsmi dairələri susur. Ancaq biz susduqca, bu “arqument” təkrarlanaraq beynəlxalq müstəvidə, təsəvvürlərdə orturuşa bilər. Bu isə bir növ ermənilərə özünü qoruma haqqının tanınmasına yol açmaq deməkdir.
Əslində, Putinin Sumqayıt hadisələrinin əsas götürüldüyü bu yanaşması növbəti dəfə sübut edir ki, Rusiya Azərbaycanla Ermənistan arasında gerçək, real sülhdən, barışıqdan yana deyil. Çünki bu iki xalq, toplum arasındakı düşmənçilik Rusiyanın Qafqazdakı əsas dayaqlarını təşkil edir. Əgər bu dayaqların bir hissəsi gürcülərlə osetinlər, abxazlar arasındakı münaqişədirsə, digər əhəmiyyətli hissəsi də erməni-azərbaycanlı qarşıdurmasıdır. Bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili də öz çıxışlarında dəfələrlə deyib.

Odur ki, Putin hər dəfə Sumqayıtı yada salmaqla, həm azərbaycanlılara, həm də ermənilərə xatırlatmağa və onların beyinlərinə yeritməyə çalışır ki, siz düşmənsiniz, düşmən olmusunuz və olacaqsınız. Rusiya isə hər zaman bu qarşıdurmada hakim olub, olur və olacaq. Çünki onun Qafqazda varlığı məhz buna bağlıdır. Özü də bunu Ermənistanda da anlayanlar, dərk edənlər az deyil...
Bəs çıxış yolu nədir, Qafqaz nə zaman bu “boyunduruqdan” canını qurtara biləcək? Təəssüf ki, bu sualın cavabı təkcə Azərbaycandan və azərbaycanlılardan asılı deyil.
Nə qədər ki, ermənilərin bir gözü və bir qulağı Moskvada və Qərbdəki varlı ermənilərin ağzında olacaq, nə qədər ki, öz qonşularıyla deyil, uzaq ölkələrdəki məlum dairələrlə dostluq edəcək, onlara yaltaqlanacaqlar, nə özləri bir ağ günə çıxacaqlar, nə də qonşularının normal yaşayışına imkan verəcəklər.
Və onlar Moskvanın, Parisin, Afinanın və s. paytaxtların “çaldığı zurnalara” oynadıqca, Rusiyanın imperiya iştahası da öz itiliyini qoruyacaq.
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Алексей Навальный позвонил своему убийце. Он признался https://www.youtube.com/watch?v=ibqiet6Bg38
Xankəndinə erməilər qayıdırlarsa o zaman oradan qaçqın düşən azərbaycanlılar niyə oraya qaytarılmırlar?Biz nəyi gözləyirik? Axı sülh məramlı qoşunlar belə halda işsiz qalırlar.Çünki onların borcu hər iki millətin oraya qayıtdıqları zamanı sülh şəraiti yaratmaqdır.İndi onlar kimi kimdəən qoruyurlar? Deməli məqsəd aydın deyil.
Bu serefsiz kqb generali guya bilmirki sumqayit hadiseleri 1988 ci ilde bas verib ancaq 1987 ci ilden 300min azerbaycanli ermenistandan silah gucune cixarilmaga baslandi.bu exlaqsiz rusiyanin elinnen hara getsin bu millet ki rahat yasasin
Rəsmi münasib qurumlar Puinin bu çıxışının mahiyyətini və real olmadığını rəsmi sənədlərlə ona çatdırmalı və ona real vəziyyəti aydın bildirməyə borcludurlar.Yoxsa biz həmişə təhlükəli şəraitdə yaşamağa məcbir qaıacağıq..Ayıq olma ehtiyacı duyulduğu halda gözləmə mövqei tutmaq xərərlidir.ut
roma ezizim putin rusiyanin carlarindan ,impretorlarindan,kommunist rehberlerinden daha yaxindir ,lakin putin hemde en tehlukelisidir. bunu bilin.
Türkiyəsiz rusiya ilə akta qol çəkmək lazım deyildir. Rusiya oradan heç vaxt çıxmayacaq. Bizim üçün bu böyük faciədir
Ermenistanda ele kendler rayonlar var idi ki umumiyyetle orda hamisi azerbaycanlilardan ibaret idi.nece olur ki bu haqda heckim mesele qaldirmir amma uc bes qotur ermeniye gore xankendini onlara veririk ustelik sevine sevine deyirik ki azerbaycan esgeri xankendinde gorundu xankendi bizimdi butun televiziyalarimiz xarici olkedeki sefirliklerimiz bunun tebligati ile mesgul olmalidi xankendind artiq 40 min ermeni var amma 1 denede olsun azerbaycanli yoxdu
putini tərifləmək milli maraqlarımıza uyqun deyil.
Putin mafiyasi,Rusyanin axirina cixib,2021-ci ilin mart ainin axirina,rusyanin axri olacaq!Butun vilayetlerde mitinq olacaq,onunlada putin rejimi daqilacaq!!! Perviz qardasim duz
dövlət rəsmlərimiz onu başa salmalıdırlar ki,belə fırladım erməniyə haqq qazandırmasın
Ən rahat yalan Sumqayıt məsələsidir. Bu Putin bizim xalqa Qorbaçovdan da betər olmasa yaxşıdır. Nə isə Putinin siyasətindən heç şeytan da baş açmaz...
Eşq olsun Cəlal Məmmədova və onun kimi vətənpərvər jurnalistlərə. Əvvəl ondan başlayaq ki, Putin postsovet məkanında xüsusi çəkiyə malik ən tanınmış lider, dövlət rəhbərlərindən, Rusiyanı güc dövlətinə çevirən və buna can atan Prezidentlərdən biridir. Əgər ötən əsrin 90-cı illərini xatırlayırsınızsa, xaos, özbaşınalıq, cinayət qruplaşmaları və s. Rusiya dünyada ən geri qalmış dövlətlərdən biri idi. Bu gün Rusiya doğrudan da supergüc dövlətə çevrilmişdir. Hamı Putini vaxtı ilə xüsusi xidmət orqanlarının əməkdaşı kimi xatırlayır. Hərdən bir bu cənab elə quş buraxır ki, adama elə gəlir ki, bu insan Rusiya kimi dövlətin rəhbəri deyil, hansısa kolxozun manqa başçısıdır, sıravi işçisidir, dağdan indi düşüb. Sumqayıt hadisələri bir çoxlarımızın xatirindədir. Mən özüm bu hadisələrin canlı şahidiyəm. Qərbi Azərbaycandan, Göyçədən qovulan soydaşlarımız ayaqyalın, bəziləri soyuqdan bacı-qardaşlarımız Azərbaycana pənah gətirəndə hansı hisslərlə yaşamalı idilər. O zamanlar mobil telefonlar yox idi ki, Ermənistan ərazisində baş verən hadisələrlə tanış olmaq imkanın olsun. Ermənistandan olan soydaşlarımız ermənilər qırmaq həsrəti ilə gəlməmişdilər. Onlar özləri üçün sığınacaq, başlarının üstündə dam axtarışında idilər. Sadəcə olaraq biz həmişə olduğu kimi çox gec oyanırıq, biclik bizim qanımızda, canımızda deyil. Bunu çox böyük bacarıqla ermənilər və onların havadarları, başbilənləri həyata keçirdilər. Xatırlayırsınızsa, ötən əsrin 80-ci illərinə Dağlıq Qarabağda “Krunk” Təşkilatı yaranmışdı. Sumqayıtda yaşayan demək olar ki, bütün ermənilərin siyahısı və yaşadıqları ünvanlar Sumqayıt qırğınlarının təşkilatçılarının əlinə keçmişdir. Görünür ki, bu siyahını əldə etməkdə öz ermənilərimiz (arvadı, qaynı erməni olanlar) kömək göstərmişdir. ...Artıq istintaq materialları ilə müəyyən edilmişdir ki, bütün bu işlərə iki dəfə məhkumluq həyatı yaşamış Eduard Qriqoryan soyadlı bir erməni rəhbərlik edirmiş. Bu Qriqoryanı mən özüm gözümlə görmüşdüm. Adamın inanmağı gəlmir ki, erməni olasan və azərbaycan dilində bir çox indiki nazirlərdən səlis danışasan. Sülh küçəsi ilə Dostluq küçəsinin (indiki Heydər Əliyev küçəsi) kəsişməsində gənc azərbaycanlıları “ermənilərə ölüm” şüarı ilə ermənilərin dəqiq ünvanlarını göstərməklə onları arxasınca aparırdı. Bizim binada da ermənilər yaşayırdı. Qonşular onları öz evlərində gizlədib bir çoxlarını ölümün pəncəsindən qopardılar. Qriqoryan gil mənzilləri qapı-qapı axtarıb erməni ovuna çıxmışdılar. ... Qayıdaq Sumqayıt hadisələrinə. Cənab Putinə məsləhət görərdim ki, Rusiyalıların yaxşı tanıdıqları Yevgeniy Primakovun və Yulian Semyonovun tələbə yoldaşı dünya şöhrətli alim, akademik, Sovet İttifaqı qəhrəmanı (ona ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adı verilmişdir, nədənsə keçmiş Sovet İttifaqı rəhbərliyi ikinci qızıl medalı verməmişdir) Ziya Bünyadovun “Почему Сумгаит?» yazısını oxusun. Ən azından bu hadisələrin mahiyyətini bilmədən bütün dünyaya mesaj verir ki, bu hadisələrin əsl səbəbkarı azərbaycanlılardır. Erməniləri isə zülmkar, əzabkeş, soyqırıma məruz qalan xalq kimi göstərir.
Kreml, bizim kimi ABŞ dövlətinin də Qarabağ həllini gözlədiyi mərkəzdir! İllərdir Kreml liderinə, xarici siyasət MÜƏLLİMİNƏ müntəzir qulaq asmışıq!? Lakin, 32 ildir hələ də anlaşmamışıq ki, daşnaqlar DQMVni Ermənistana verməyə və buna razılaşmayan yerli azəzrbaycanlı ailələrini qovmağa başlayıblar? Hələ bu aznmış kimi Ermənistan Milisi öz asayişi üçün milyonluq öz azərbaycanlı vətəndaşlarını deportasiya ediblər? Bu hər iki respublikada milyonlarla azərbaycanlıların qanuni nəslən əldə edilmiş ilkin İNSAN Hüquqlarının cinayətkarcasına pozulmasıdır?
Putin DUSUNURKİ SULHMERAMLİLARİN MANDATİ ARTİRİLACAQ ARTİRİLACAQ VE ONLAR İSTEDİKLERİNE NAİL OLACAQLAR AMMA BU ONLARİN SON GORUB GORECEKLERİ OLACAQ ELİYEV LAZİM OLAN BUTUN TEDBİRLERİ ALACAQ!FORS-MAJOR HADİSELER BAS VERMEZSE!
Xocalı, Sumqayıt hadiseleri, Ermenistandan azerbaycsnlıların çıxarılması, 20 yanvar hadiseleri, Axerbaycanda 200 ilde baş veren bütün hadiseler rus şovinistleri terefinden töredilib. Ermenileri İrevana köçürüb Ermenistan dövleti yaradan Putinin babalarıdı. Ara qarışdırıb miletimizin inkişafını saxlamaq miletimizde soyqırım etmek onların öhdeliyidir
Putine resmi wekilde catdirmaq lazimdirki Sumqayitdan qabaq Qafan hadiseleri olub.250 min azerbaycanli ermenistandan qovulub.1987 ci ilin noyabr ayindan azerbaycanlilari ermenistandan qovmaqa bawladilar.Nedense biz bu faktora cox az istinad edirik.Genclerimizde ele bil bu hadiselerden xebersizdir.Sosial webekelerde de buna istinad eden cox azdir.Ermeniler werhlerinde Sumqayitin adin ceken kimi Qafan hadiselerin onlara xatirlatmaq lazimdir
Bu yazını rus mətbuatında vermək əhəmiyyət kəsb edərdi.Onsuz da Azərbaycanda bu hamıya məlumdur.
RUSİYA ÇOX GÖZƏL BİLİR Kİ.MÜNAQİŞƏ ERMƏNİSTANIN AZƏRBAYCANA ƏRAZİ İDDİALARI NƏTİCƏSİNDƏ MEYDANA GƏLMİŞDİR.RUSİYA ÖZ ƏTRAFINDA ARTIQ BİR DƏNƏ DƏ OLSUN DOST DÖVLƏT QALMASINA İMKAN VERMİR,HAMISINI ÖZÜNƏ DÜŞMƏN EDİB.ÇÜNKİ.HAMINI ÖZLƏRİNƏ BORCLU HESAB EDİRLƏR.RUSLARIN QARABAĞDA OLMALARI VƏZİYYƏTİ ƏVVƏLKİNDƏN DƏ ÇƏTİN VƏZİYYƏTƏ SALA BİLƏR.
Putin müellim Qarabağ müharibəsində tərəfləri razı salan və öz payınıda əldə edən "AĞ ATLI OĞLAN" qisminde özünü təqdim edir.
Bes quqark qetliami
Əslində isə həm Xocalı qətliamını,həm də Sumqayıt hadisələrini törədən Rusiyanın kəşfiyyat idarəsi olmuşdur.Xalqlar arasında ədavət yaratmaqla onların inkişafını və azadlığını boğmaq rus təfəkkürünün təzahürü olub,olaraq qalır.
B.B. Putinə bildirilməlidir ki, Sovet dönəmində də və ondan əvvəl də xalqları öz dövlətmaraqları üçün biri-biri ilə düşmən edən elə Rusiya hakimiyyətidir.
Biz hələ də ermənistandan qovulanların və Qarabaqda sumqayita qədər olan hadisələri dunta və rus ioxucularına çatdira bilməmışık.ona görə bu aagədə boyuj işlər görulməlıdir