Menu

Rusiya Böyük Britaniya ilə hava əlaqəsini kəsdi

21.12.2020, 16:10
Rusiya Böyük Britaniya ilə hava əlaqəsini kəsdi

Rusiya koronavirusun mutasiyaya uğramış yeni variantının yayılmaısna görə Böyük Britaniya ilə hava əlaqələrini kəsib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bildirilib ki, qərar dekabrın 22-i gecəyarı qüvvəyə minəcək.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni variantını sentyabrda Britaniyada aşkarlandığını açıqlayıb. Daha sonra bu Danimarka, Niderland, Avstraliyada, CAR və İtaliyada qeydə alınıb. Mutasiyanın Böyük Britaniyada yarandığı və ya ora sonradan gətirildiyi barədə məlumat yoxdur. Həmçinin hazırlanmış yeni vaksinlərin bu cür mutasiyaya qarşı effektiv olub-olmayacağı da məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol