NİSGİLİ VÜSALA ÇEVİRƏN ŞƏHİDİMİZ – VİDEOREPORTAJ

Səni babamın məzarına ziyarət etməyə aparacam” - anasına verdiyi sözü canı, qanı bahasına yerinə yetirən Orxan Salehov Vətən müharibəsinin qəhrəmanlarından birinə çevrildi.

Baku TV xəbər verir ki, Şamaxı sakini Orxan Salehovun ən böyük arzusu anasının doğulub boya-başa çatdığı Ağdamı düşmən tapdağından xilas etmək idi.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan şəhidimizin atası Fikrət Salehov qəlbində daşıdığı oğul acısını dilə gətirməkdə çətinlik çəksə də, başı ucadır. Çünki, böyütdüyü övlad könüllü olaraq cəbhədə düşmənə qan udduran igidlərimizdəndir.

Şəhidimzin əmiləri Orxanın vətən, millət sevgisindən fəxarətlə danışıb. Bu acını əvəz edəcək yeganə təsəlli isə şəhidlərimizin qanının yerdə qalmamasıdır.

Şəhidimzin nənəsinin bir tək arzusu var, o da Orxanin təhsil aldığı 10 saylı məktəbin onun adı ilə əbədiləşdirilməsidir.

635x100

Şərhlər

Xalq 2020-12-23 01:26:05

Yenə də ailənin tək evladı! Axı niyə ailənin tək evladını müharibəyə aparırsız? ... Allah şəhidimizə rəhmət eləsin. Yatdığı məkan cənnət olsun!

Son yazılar