Azərbaycanda devalvasiyanın olacağı barədə səsələnən fikirlərin heç bir əsası yoxdur. Nə indi, nə də 2021-ci ildə bunu gözləmirik.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
E.Rüstəmovun sözlərinə görə, belə söhbətlər cəfəngiyyatdır. Qonşu ölkələrdən, ticarət tərəfdaşımız olan ölkələrdən fərqli olaraq, pandemiyanın təsiri nəticəsində Azərbaycanda ciddi heç nə baş vermədi: “Hamı qələbəyə köklənib. Devalvasiyanın olması xəbərləri boş söhbətlərdir. Bu gün təqdim olunan büdcəmiz məhz stabil məzənnə, çox aşağı inflyasiya üzərində qurulub"
Elman Rüstəmov deyib ki, biz indi büdcənin yığcamlaşdırılmasına getsək, ciddi makroiqtisadi risklər yaradarıq.
Sədr bildirib ki, ölkənin maliyyə buferinin dəstəklənməsi üçün Azərbaycan hökuməti çox ciddi və düşünülmüş iqtisadi manevrlər edir: “Mövcud ehtiyatlardan istifadə edilir, makroiqtisadi sabitlik təmin olunur. İqtisadi subyektlərə, əhaliyə genişmasştablı yardım göstərilir. Bu siyasətdən çıxış strategiyası da olmalıdır. Amma ilk olaraq bunun üçün şərtlər yetişməlidir. Əgər pandemiya ilə bağlı vəziyyət aradan qaldırılsa, biz 2022-ci ilin büdcəsində vəziyyətdən çıxış strategiyası hazırlayacağıq”.
Maliyyə naziri Samir Şərifov deyib ki, devalvasiya təhlükəsi yoxdur: "Manatın məzənnəsi ilə bağlı hər hansı dəyişiklik yoxdur".
Nazir bildirib ki, məzənnə hazırda 1,70 manat kimi götürülür və bütün hesablamalar da bu məzənnə üzərində qurulub: "COVID-19 pandemiyası fonunda manatın dollara qarşı sərt bağlılığı daha yumşaq bağlılıqla əvəz olunması müzakirə mövzusu deyil".

Şərhlər
Qara ikra ve gizil balig yemekden uzui wiwib , bizim kimi broyler yemir axi )))
Əgər Elman Rüstəmov bu söhbətə qarışdısa deməli 100 faizdir, əvvəlki illərdən bilirik ki, onun dediyinin tam tərsi olur