“PUTİNLƏ ƏRDOĞAN ƏLİYEVİ SONADƏK QORUYACAQ” – “Bayden dönəmində hər üç prezident Qərbin hədəfində olacaq”

Rusiya prezidenti Vladimir Putinin keçirdiyi ənənəvi illik mətbuat konfransında Dağlıq Qarabağın statusunun dəyişməz qaldığı və bunu gələcək nəsillərin həll etməli olduğu haqda açıqlaması, eləcə də rus sülhməramlılarının fəaliyyəti ilə bağlı yayılan məlumatlar Azərbaycanda yenidən hakimiyyət əleyhdarlarının hökuməti sərt tənqidinə səbəb olub. 44 günlük savaş müddətində hakimiyyəti dəstəkləyən bəzi partiya rəhbərləri belə, açıq şəkildə Azərbaycan iqtidarını Rusiyaya güzəştə getməkdə və Putinin açıqlamalarına münasibət bildirməkdən yayınmaqda qınayırlar. Hətta 44 günlük savaşın uğurunu heçə sayaraq, bunu Rusiyaya məğlubolma kimi qiymətləndirənlər də var.

Bəs onların bu arqumentləri nə dərəcədə əsaslıdır? Hakimiyyətin Rusiyaya güzəşti müxalif düşərgəni yenidən fəallaşdıra bilərmi? Biz, doğrudanmı, Rusiyaya məğlub olduq?

Bu mövzuda “AzPolitika”nın suallarına Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini, “Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü cavab verib.

- Elxan bəy, həm Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı davranışlarına, həm də prezident Putinin məlum açıqlamalarına istinad edən bəzi müxalifət partiyaları hakimiyyəti sərt tənqidə başlayıblar. Ancaq Ədalət Partiyasının bu məsələdə hər hansı rəsmi mövqeyini müşahidə etmirik. Bu, nədən qaynaqlanır?

- Biz, bir çoxlarından fərqli olaraq, partiya qərarlarını, rəsmi mövqeni situasiyalara ani reaksiyalar üzərində qurmuruq: hadisələri ətraflı təhlil süzgəcindən keçirdikdən sonra, ölçüb-biçib, kollegial şəkildə qərarımızı veririk. Ədalət Partiyası 44 günlük savaş başlayan anda hakimiyyətlə eyni səngərdə olduğunu ilk bəyan edən müxalif siyasi təşkilat olub, son 3 aydakı fəaliyyətini də həmin bəyanata uyğun qurub. Yəni, bu gün də istənilən xarici düşmənə qarşı hakimiyyətlə eyni səngərdəyik. Unutmayaq ki, müharibənin hələ ilk - odlu silahların tətbiq olunduğu birinci mərhələsi yekunlaşıb, daha çətin və mürəkkəb – iti ağıl və çevik siyasət tətbiqinin tələb olunduğu ikinci mərhələ isə bundan sonra başlayır.

Hesab edirik ki, Ordumuzun cəbhədəki hərbi qələbələrini gələcək sülh danışıqlarında uğurlu siyasi nəticələrə çevirmək üçün ölkənin içində milli və siyasi birliyə bundan sonra daha çox ehtiyacımız olacaq. Ona görə də həm hakimiyyəti, həm də müxalifəti eyforiyaya qapılmamağa, yerli-yersiz bir-birini ittihamlardan çəkinməyə, 44 gün ərzində yaranmış milli həmrəyliyimizi daha sağlam təməllər üzərində möhkəmləndirməyə çağırırıq.

Hesab edirik ki, həm hakimiyyətin içərisində, həm də elə müxalif düşərgədə bu birlikdən ciddi şəkildə narahat olanlar var və belələri kritik situasiyada daha çox məğlubiyyətimizi istəyən xarici güclərin yanında yer alacaqlar. Ədalət Partiyası isə belələrinin dəyirmanına su tökmək niyyətində deyil və səbrlə hadisələrin axarını izləməkdədir...

- Məgər rus sülhməramlıların gəlişinə, Rusiyanın özünü işğalçı kimi aparmasına etiraz etmək “düşmən dəyirmanına su tökmək”dirmi? Müxalifətin etirazı buna – Rusiyanın Dağlıq Qarabağda özünə yeni dövlət qurma siyasətinə qarşıdır və məncə, tam da haqlıdır. Çünki Putinin son açıqlamaları da, rus hərbçilərinin Qarabağdakı separatçıları himayəyə alması, onlarla görüşüb-öpüşmə səhnələri də sübut edir ki, onlar Azərbaycanın suverenliyinə qətiyyən hörmət etmirlər. Müxalifət də tələb edir ki, Azərbaycan hakimiyyəti ruslara qarşı daha qətiyyətli olsun. Müxalifət haqlı deyilmi?!

- 10 noyabr razılaşması imzalanan ərəfədə məlumatsızlıqdan Rusiya ilə bağlı, həqiqətən, cəmiyyətdə ciddi narahatçılıqlar var idi. Ancaq tədricən bu narahatçlıqlar keçir.

Hazırda Rusiya ilə, rus sülməramlıları ilə bağlı problemləri xüsusi qabardan, diqqətdə saxlayan və hətta bir çox hallarda şişirdilmiş şəkildə təqdim edən 3 təbəqə var – biri Rusiyanın ənənəvi işğalçılıq siyasətinə, digər münaqişə ölkələrindəki “sülhməramlı” təcrübəsinə əsaslanan səmimi millətçi və vətənpərvər kəsimdir, biri rus sülhməramlıları mövzusunu hakimiyyət əleyhinə çıxmaq üçün bəhanəyə çevirənlərdir və biri də Qərbin ölkəmizdə uzun illərdir formalaşdırdığı agentura şəbəkəsidir.

Bax, siyasi məharət ondadır ki, bunları bir-birindən seçə, ayıra biləsən. Şəxsən bizim üçün bu xətlər, maraqlar aydındır: kimin çığırtısının nəyə hesablandığını görə bilirik.

Hazırda sosial şəbəkələr vasitəsi ilə körüklənən anti-rus mövzusu hər üç təbəqəni birləşdirmiş kimi görünsə də, bir müddətdən sonra nələrin baş verdiyini doğru-dürüst anlayan o millətçi-vətənpərvər kəsim digər iki təbəqədən ayrılacaq. Çünki onlara bu məsələdə ancaq milli maraqların qorunması gərəkdir və hakimiyyətin onu qoruduğunu gördükdən sonra sakitləşəcəklər...

Ənənəvi hakimiyyət əleyhdarları ilə Qərbin agenturası isə, təxminlərimə görə, gələn ilin mart-aprel aylarından etibarən, birləşməyə və aktivləşməyə üstünlük verəcəklər...

– Nəyə əsaslanıb bunu deyirsiniz? 

- Bilirsiniz, açıq demək gərəkdir: 44 günlük Qarabağ savaşı təkcə bizim erməni işğalına və separatizminə qarşı azadlıq savaşımız deyildi. Bu, həm də Putin Rusiyası ilə Ərdoğan Türkiyəsinin Əliyev Azərbaycanı ilə razılaşdırılmış şəkildə həyata keçirdikləri uğurlu bir geopolitik əməliyyat, savaş idi. Və bu savaşın da hələlik görünən 3 qalibi var: Azərbaycan, Rusiya və Türkiyə...

Azərbaycanın uduşu ortadadır - İlham Əliyev özündən əvvəlki 3 prezidentin istəyib edə bilmədiklərini etməyə müvəffəq olub: Ermənistan Ordusu məğlub olub və torpaqlarımızdan çıxıb, 7 rayon və üstəlik Şuşa artıq Ordumuzun nəzarəti altındadır, gələcək sülh danışıqlarına üstün şərtlərlə gedirik. Daha çox şeyə nail olmağı arzulasaq da, mövcud reallıqlar çərçivəsində yanaşsaq, bu gün üçün bundan artığını əldə etmək mümkün deyildi...

Rusiyanın uduşuna gəldikdə, o, sülhməramlı adıyla Cənubi Qafqazın üçüncü ölkəsinə də hərbi baxımdan yerləşib və həm Ermənistanı, həm də Azərbaycanı azı 5 il müddətində özüylə hesablaşmaq məcburiyyətində qoyaraq onların Qərbin təsiri altına keçmələrinin qarşısını alıb. Türkiyə isə, ilk dəfə olaraq, Cənubi Qafqazda hərbi iştirakını təmin etmək və Azərbaycanda tam möhkəmlənmək hüququ qazanıb, Naxçıvan dəhlizi üzərindən Mərkəzi Asiyaya rahat çıxış imkanı əldə edib, Ermənistanla sərhədləri açacaq və s.

Bu savaşın məğlub tərəfi isə təkcə Paşinyan Ermənistanı deyil, həm də Ermənistanı Paşinyanın əliylə Rusiyadan qoparıb Avropa Birliyinə, NATO-ya yönəltmək istəyən ABŞ-dır. Axı Paşinyan ona görə hakimiyyətə gətirlimişdi ki, rus sülhməramlıları Qarabağa buraxılmasın... Rusiya isə artıq oradadır.

- Yəni, hesab edirsiniz ki, yaxın gələcəkdə Cənubi Qafqazda, xüsusən də Azərbaycanda Qərb-Rusiya savaşı daha açıq xarakter alacaq?

– Bəli. Mən bayaq elə-belə demədim ki, savaşın növbəti və çox çətin, mürəkkəb – siyasət mərhələsi başlayır. Gözləntim odur ki, xristian klubu olan Avropa Birliyi, eləcə də Ermənistanda hərbi baxımdan möhkəmlənməyə çalışan ABŞ, yeni prezident Co Bayden dönəmində bu məğlubiyyəti uduşa çevirməyə, belə demək mümkünsə, bölgədə həyata keçmiş “rus planı”nı durdurmağa və hətta pozmağa çalışacaq. Bunun üçünsə Putinin vasitəçiliyi ilə baş tutmuş 10 noyabr atəşkəs razılaşmasını pozmaq və ya Qərbi də qane edən situasiya yaratmaq məqsədiylə Rusiya, Türkiyə və Azərbaycan hakimiyyətlərinə içəridən, müxalifətin və ənənəvi agentura şəbəkələrinin əliylə təzyiqə başlayacaq.

Onsuz da Baydenin Putin və Ərdoğana qarşı münasibəti sərt və soyuqdur, hər iksinə də zərbə vurmağa çalışacaq. Putin və Ərdoğanı bir-biriylə toqquşdurmaq üçünsə əsas bağ olan Azərbaycan hədəf seçiləcək. Ümumiyyətlə, 20 yanvarda fəaliyyətə başlayacaq Bayden administrasiyasının 4 illik fəaliyyəti dövründə hər üç prezidentin – Putin, Ərdoğan və Əliyevin üzərinə ABŞ-ın böyük basqısı olacaq.

Bunun bizə faydası isə o olacaq ki, Putin və Ərdoğan bu bağı, bu körpünü quran, eləcə də razılaşmaya imza atmaqla sülhməramlıların gəlişinə razılıq verən və bölgədə rus-türk hərbi əməkdaşlığına nail olan Prezident İlham Əliyevi daha çox qorumağa çalışacaqlar və beləliklə, Ermənistan üzərindən bizə qarşı Qərbdən başlanacaq təzyiq dalğasına tab gətirməyimizdə əlimizi gücləndirəcəklər.

- 10 noyabr razılaşmasına Nikol Paşinyan da imza atıb. Ancaq Siz savaş başlayandan deyir və yazırsınız ki, o, hakimiyyətdən uzaqlaşdırılacaq. Ermənistanda Rusiyayönümlü müxalifətin zəif və gözdəndüşmüş olduğunu, Paşinyanı devirməyə güclərinin çatmadığını nəzərə alsaq, Rusiyanın elə Nikolla işləməyə davam etmək ehtimalını nə qədər mümkün sayırsınız?

– Paşinyan bu savaşın geopolitik əməliyyat olduğunu və hədəf taxtasında vurulacaq əsas fiqurun da elə özü olduğunu ən yaxşı görənlərdən biridir. Fikir verdinizsə, 44 günlük əməliyyatlar boyu, elə ondan sonrakı vaxtda da bütün addımlarını ABŞ-dakı seçkilərin gedişinə uyğun atmağa çalışdı. O, 3 noyabra - ABŞ-dakı seçkilər başa çatana və qalib müəyyənləşənədək, Azərbaycanla atəşkəs razılaşması imzalamaqdan yayındı. Prezident İlham Əliyevdən fərqli olaraq, onun Putinlə kameralar altında atəşkəs razılaşmasına qol çəkməməsi də Qərbə və gələcəyə hesablanmış addım idi. İndi də Ermənistandakı bütün siyasi qüvvələrin istefa tələbinə baxmayaraq, vaxtı uzadır və 20 yanvara – Bayden prezidentliyə başlayanadək vəzifəsini qoruyub saxlamağa çalışır. Paşinyan anlayır ki, 20 yanvaradək vəzifəsini qoruyub saxlaya bilsə, ondan sonra ABŞ-ın yeni administrasiyasının açıq dəstəyini alacaq.

Rusiyaya isə Bayden dönəmində ABŞ-la isti əlaqələri olacaq fiqur gərək deyil. Əksinə, Ermənistanda Rusiya, Türkiyə və Azərbaycanla əməkdaşlığa hazır fiqurun hakimiyyətə gəlməsi lazımdır ki, atəşkəs razılaşmasına qarşıdakı 4 ildə təhlükə yaranmasın və rus sülhməramlılarının bölgədə qalıcılığı təmin olunsun, nəqliyyat-kommunikasiya xətləri işlək vəziyyətə gətirilsin... Qısası, Paşinyanı istefaya göndərə bilməsə, Rusiya Ermənistandakı işini tamamlamamış sayılacaq. Məncə, qarşıdakı 3 həftə Paşinyan üçün ən kritik günlər, ölüm-qalım dövrü olacaq...

- Yəni, hesab edirsiniz ki, istefa verməsə, hətta Paşinyanı öldürə də bilərlər?

- Xatırlayın, 1999-cu ilin İstanul samimitindən öncə Ermənistanda yaşananları. Həmin ilin 17-18 noyabrında İstanbulda ABŞ prezidenti Bill Klintonun da iştirakıyla keçiriləcək sammitdə Ermənistan və Azərbaycan arasında hansısa çərçivə sazişinin imzalanması üçün gizli danışıqlar aparılırdı. Bu razılaşmanı pozmaq üçün oktyabrın 27-də Ermənistan parlamentinə hücum oldu və o vaxtkı parlament sədri Karen Dəmirçiyan, baş nazir Sarkisyan və daha bir neçə nəfər nümayişkaranə şəkildə güllələnərək öldürüldü...

Hazırda Ermənistandakı aksiyalarda kütləvilik olmazsa və effekt verməzsə, mümkündür ki, bu dəfə də hansısa qüvvələr Paşinyana qarşı silahlı qiyam təşkil etsinlər. Bilirsiniz, sülh sazişləri, razılaşmaları həmişə onu imzalayanların həyatını təhlükəyə atır və bu baxımdan, mümkündür ki, hətta razılaşmanı pozmaq istəyən ağlımıza gəlməyən istənilən bir xarici güc Paşinyana sui-qəsd etsin və bunun da izi elə Rusiyanın üstündə qalsın... Əgər Paşinyan onu hakimiyyətə gətirən ABŞ və Avropa Birliyini Rusiyaya satıbsa, ABŞ-ın razılığı olmadan rus sülhməramlılarının bölgəyə gəlişinə imkan verən atəşkəs razılaşmasını imzalayıbsa, mümkündür ki, elə Qərb özü də Paşinyanı aradan götürsün və gələcəkdə bunu Ermənistanda növəti anti-rus hərəkatına çevirsin...

- Ancaq biz görürük ki, Paşinyan özü Türkiyə və Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı kimi çıxış edir. Hətta Putin belə, Paşinyanın böyük məsuliyyət üzərinə götürdüyünü xüsusi vurğulayaraq, müdafiə edib. Elə Azərbaycanda da əksəriyyət bu qənaətdədir ki, Paşinyanın qalması bizə daha sərfəlidir, onu Rusiyanın başqa adamı əvəzləsə, Qarabağda vəziyyət yenidən gərginləşəcək və rus sülhməramlıları da yeni adamlarının mövqelərinin güclü olması üçün Qarabağda onlara dəstək verəcək...

- Paşinyanın bütün bu cəhdləri vaxt udmağa və təhlükəsizliyini təminat altına almağa hesablanıb. O, yaxşı başa düşür ki, məğlub adam hakimiyyətdə çox qala bilməz, tez-gec, yıxılacaq. Bu səbəbdən elə variant seçir ki, həm vaxt udsun, həm də hakimiyyətin dinc və özünəmünasib siyasi qüvvələrə, fiqura ötürülməsinə nail olsun. Ona görə də 5-6 aylıq vaxt istəyir və sonra növbədənkənar seçki keçirilməsini təklif edir.

Bu təklif Rusiya və Ermənistandakı Rusiyayönümlü qüvvələrin koalisiyasına sərfəli deyil. Çünki bilirlər ki, Paşinyanın nəzarətiylə keçirilən seçkilərdə onlar parlament çoxluğunu əldə etməyə və yeni parlament vasitəsi ilə məqsədlərinə çatmaya da bilərlər. Bu səbəbdən riskə getmir, Paşinyanın istefa verməsini, Manukyanın başçılığı ilə Müvəqqəti Hökumətin qurulmasını və bu hökumətin də yeni parlament seçkiləri keçirməsini istəyirlər. Yalnız bu halda Rusiyayönümlü qüvvələr paralamentdə əksəriyyəti əldə edə və gələcək Baş naziri də rahatca seçə, istədikləri sənədi qəbul etdirə bilərlər.

Azərbaycana da Paşinyanın qalması yox, getməsi və Rusiya ilə əldə edilən razılaşmanı həyata keçirəcək bir qüvvənin Ermənistanda hakimiyyətə gətirilməsi daha çox sərfəlidir. 10 noyabr razılaşmasına görə, Ermənistandan keçəcək bütün nəqliyyat-kommunikasiya xətlərinin təhlükəsizliyinə Rusiya FTX-sı cavabdeh olacaq. Təxminlərimə görə, Rusiya elə Ermənistanda da FTX məzunu, “Vətən” partiyasının sədri və vaxtilə Paşinyanla eyni komandada çalışmış Artur Vanetsyanın Baş nazir olmasına çalışacaq.

Rus sülhməramlılarının gələcəkdə Qarabağda erməniləri silahlandıracağı və yeni münaqişə yaradacağı haqda fikirləri isə bölüşmürəm. Çünki sülhməramlı missiyanın yerinə yetirilməsinə qardaş Türkiyə nəzarət edəcək. Digər tərəfdən, Rusiya kömək etmək istəsəydi, bunu elə erməni silahlıları Kəlbəcər, Ağdam və Laçından çıxmamış edərdilər də...

Rusiyanın məqsədi bölgəyə yerləşmək idi, ona da Azərbaycan razılıq verib. Diqqət yetirirsinizsə, Azərbaycan Prezidenti həm həmsdərlərlə görüşündə, həm də MDB dövlət başçılarının videokonfransında açıq şəkildə və xüsusi minnətdarlıq hissiylə bildirdi ki, münaqişənin həllində Rusiya prezidenti Putinin rolu çox böyük olub. Bu o deməkdir ki, Azərbaycan tərəfinin Rusiyadan hər hansı narazılığı yoxdur və şərtlər də onu tam şəkildə qane edir...

– Azərbaycan hakimiyyəti Türkiyə hərbi bazalarının ölkəmizdə yerləşdirilməsinə də, sanki, soyuq yanaşır. Bir çox müxalif partiyalar isə hesab edir ki, Rusiya sülhməramlıları ilə bağlı gələcəkdə hər hansı narahatçılıq yaşamamaq üçün Türkiyə hərbi bazalarının ölkəmizdə yerləşməsini təmin etməlidir. Sizin partiyanın bu məsələyə baxışı necədir? 

– Biz hamıdan çox istəyirik ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər daha möhkəm, qırılmaz və qalıcı təməllər üzərində qurulsun. Bunun üçün də digər bir neçə partiya ilə birgə ölkələrimiz arasında ikitərəfli hərbi ittifaq sazişinin imzalanmasını zəruri sayırıq. Çünki buna təkcə Rusiya amilinə görə deyil, həm də gələcəkdə Türkiyə ilə Azərbaycanın ortaq maraqlarının qorunması və həyata keçirilməsi baxımından əhəmiyyətli hesab edirik. Bilirsiniz, Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlıq məsələləri daha çox 2010-cu ilin 16 avqustunda imzalanmış və həmin ilin 21 dekabrında da Milli Məclis tərəfindən təsdiqlənən “Türkiyə və Azərbaycan arasında Strateji Əməkdaşlıq Sazişi” ilə tənzimlənir. Türkiyə Böyük Millət Məclisində isə bu Saziş 2 fevral 2011-ci ildə təsdiqlənib. Müqavilədə göstərilir ki, bu Saziş 10 il müddətinə qüvvədədir. Bu müddət artıq başa çatır. Məncə, Türkiyə bazları ilə bağlı məsələyə də fevral ayından sonra aydınlıq gətiriləcək.

Söhbətləşdi: Elçin RÜSTƏMLİ

AzPolitika.info

635x100

Şərhlər

Eli 2020-12-25 16:34:04

E.Şükürlü çıx savadlı mentiqli derrakeli meqsedsiz Vetenpervwr bir insadır.Bezileri kimi adını yazmağa qorxub xalqın adından isıi istifade edenlerden texribatçılardsn ferqli bir Vetendaşdır .Uğurlar Size ve sizi rehberliye.

Rəhman 2020-12-25 07:19:28

düz deyirsən hakimiyyəti kreslonu putin ərdoğanla qoruyacaq. Torpaqımızı Xalqımızı qorumasalar da olar.

Eli 2020-12-24 17:53:26

E.Şükürliye cavab tazıb adını qorxuda yaza bilmeyen ve 6-cı Teker mğellime.Müellim afam kişi olar Kişimi bir sifeti

OQTAY 2020-12-24 12:02:10

Elxan bey,eger putinin cinayetkar rejimi gelerse,sene ve partiyanizin baxti acilar,"evde qalmis qiz kimi"sende bir yaxsi pullu,rusvetli bir vezifeye yukselersen!!!Hemise putine duva et,qoy seni ve partiyani qorusun!!!

Məhfum Məğzi 2020-12-24 04:33:36

Hələki, daşnaqçı Fransa və Belçikadan qeyri heç bir qərb dövləti Qarabağın 30 illik işğaldan azad edilməsinə heç bir irad bildirməyib!

Vüqar Məmmədov 2020-12-24 02:45:59

Çox gözəl təhlildir. Elxan müəllimə təşəkkür edirəm.

OQTAY 2020-12-24 00:30:39

t.edalet-le tam raziyam! 1783-cu il mayin 19-da Q.A.Potyomkin 2-ci Yekaterinaya mektub yazmisdi"Furset tapan kimi Qarabaqi derhal ermenlerin nezaretine vermek ve belece Asiyada bir xristian dovleti qurmaq ucun lazim olani edeceyik".Indi Putin ozunu tarixe salmaq isteyir,bele ki,hec vaxt Qarabaq dovlet statusu olmadiqi halda,bu geri zakali dovlet ne bilim ne?qurmaq isteyir.Atalar sozu"Ac toyuq,yuxuda dari goren kimi"!Elxan bey,Il

Eli 2020-12-24 00:25:54

Elçin be y Siz sabadlı jurmalistsiniz.Ancaq siyaset nöqteyi nezerinden çox savadsuz suallar berirsinşz .Bizim müxalifet siyasetlr bele öeşğul olub ki, 1il hakimiyyetde duguş getird bilmedi o da rehmetlik ve Hçrmetli Elçibeyin nüfüxü hesabına .Bele susllarla calqı çsşdırmayın indi müxslifet ve iqtidar bunu deyır onu deyır yox kim haqlı ve dövleti qorumaq meselesini duzgun bsşa düşürse ve fikir deyirse o qebul olunmaljdor Nu gun biz bir olmalıyıq iqtidar müxalüfet söhbetıni sonra edersiniz

Xalq 2020-12-24 00:17:42

rusu buradan necə çıxaracayıq? Bu suala kim cavab verər? Əvvəl rus yox idi, amma indi var.

Amon 2020-12-23 23:58:02

Bizi qoruyan yalniz turkiyedi her zamanda turkiye olacaq.rusiya bizim ezeli ve ebedi dusmenimizdi rusiya pasinyani devirennen sonra manukyan yaxud da rusun basqa bir adami bas nazir secilse onda goreceksiniz rusun qarabagda bize qarsi texribatlarini. genceni de berdeni de rusiyanin emri ile vurdular bunu her kes bilir

E. Şükürlü - yə 2020-12-23 23:54:27

Cenab E. Şükürlü , sizin partiyanizin movqeyi , Azerbaycan cemiyyetini 3 hisseye bolerek, SIYASI QARSHIDURMA - MUBARIZE CEBHELERININ FEALIYYETI BAREDE , ANALITIK MULAHIZELERINIZ , XALQIN hokumet ile BIRLIYINE , AQIR ZERBE VURUR , Olkede SABITLIK uchun ve hokumetin XALQ ile BIRLIK MUHITI YARATMASI UCHUN, HOKMEN, MUNTEZEM, DAIMA, XALQIN REYI, XALQIN SESI ESHIDILMELIDIR hokumet terefinden ve Azerbaycan KONSTITUSIYASININ TELEBLERINE CIDDI RIAYET OLUNMALIDIR, HOKMEN . Amma, 10 noyabr gece saat 02 - 03 vaxtinda bash veren FAKT, indi oz NETICESINI, XALQIMIZA GOSTERIR......., yeqin ki, anlayirsiniz, Azerbaycan hal - hazirda chox chetin veziyyete SALINIB..........cenab E. Şükürlü , siz bilmelisiniz ki, BUTUN CHOX PIS, SIFIRDAN ASHAQI SEVIYYEDE, CHOX MENFI KRITERIYALARI ile TANINMISH Putin, TECILI YERLESHDIRDI Azerbaycanin Daqliq Qarabaq ERAZISINDE , CHOX SAYLI DESANT QOSHUNLARINI ve bu ERAZIDE OZBASHINALIQ, OZFEALIYYET ile MESHQULDUR, ISHQAL EDIB LACHIN DEHLIZINI - KORIDORUNU 5 km. ENI ve XANKENDINE olan MESAFENI, BU NE HOQQABAZLIQDIR ???? BU NE DEREBEYLIKDIR ??? Meger, Azerbaycan XALQI OZ TORPAQLARINI HEDIYYE VERIB bandit Putine ?????? E. Şükürlü , XALQIMIZA mollaliq ETME ve MALALAMAQ taktikasi ile ZOMBI - MANQURTLASHMA TEBLIQATI APARMA, chunki, Azerbaycan XALQI AVAM DEYIL !!!

Oxucu 2020-12-23 23:50:07

Vətən müharibəsi başlayan kimi bütün rus politoloqları Xankəndində rus hərbi bazasının yaradılmasının vacibliyini vurgulayırdılar. Bu baş vermək üzrədir. Rusu oradan çıxartmaq çox çətin olacaq. Gəlin özümüzü aldatmayaq. Eni 5 kilometr olan koridor olmaz! Sülhməramlının BMT Təhlükəsizlik Şurasının verdiyi mandatı olmalıdır. Bu işğalçı ordudur .... İndiyə kimi vertolyotun vurulmasına kimin əmr verdiyi və kimin icra etdiyi açıqlanmır? Niyə?

ELSAD 2020-12-23 23:17:03

Elxan bey deyesen Siz gelenden sonra Edalet Partyasi rusofil azarina tutulub...

Molla Nəsrəddin 2020-12-23 23:02:56

KoronaRusa qarşı vaksina ancaq Türkiyənin Azərbaycandak hərbi bazasının yaradılması olacaq

t.ədalət 2020-12-23 23:01:44

Mənə elə gəlir ki, "Putin İlham Əliyevi qoruyacaq" fikri tam yanlışdır.Azərbaycan prezidenti özü özünün qoruyucusudur və beynəlxalq aləmdə İlham Əliyev Putindən nüfuzludur.Böyük dövlət başçısı olmaq prezidenti nüfuzlu etmir.Nüfuz bəşəri dəyərlərlə ölçülür.İşğalçı olmayan,insanların qətlinə fərman verməyən,dini ayrı-seçkiliyi yasaqlayan bir ölkə başçısı kimi prezident İlham Əliyev Putindən çox üstündür.Azərbaycan Prezidentinin üstünlüyü,təkcə torpaqlarımızın azad edilməsi ilə məhdudlaşmır.O, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz qalasını qurdu!

Eli 2020-12-23 22:37:06

Adil müellim destekleyirdm Sizi.Elçin bey Siz ise qorxmayın rus bize heç ne ddr bilmez ve dövtcdeyişib be niz tek deyilik Mücaşifete de deyin qorxması Vaxtında Allah qoysa İnşaallah Tütkiyye ile birlikde ne lazımdırsa efilecrk Sem heç qorxma be qorxaq suallarla milleti çaşdırma.

Adil 2020-12-23 22:07:02

Elxan bəy, mən sizin feysbukdakı yazılarınızı, çıxışlarınızı həmişə diqqətlə izləyirəm. Dərs dediyim universitetin müəllimləriylə müzakirələrdə sizin obyektiv və milli mövqeyinizi həmişə təqdir etmişəm. Çünki sizin kimi analitik düşüncəli siyasətçilərimiz demək olar ki yoxdur. Hazırki durumu da məncə ən yaxşı analiz etmisiniz. Bir daha sağ olun.

OQTAY 2020-12-23 21:39:12

Putini 2021-ci ilde Niderlandyanin Haaqa seherinde,Beynelxalq Edalet Mehkemesinde yarqilanacaq!!!Bize hec vaxt,Putin kimi problemli,cinayatkar rejim lazim deyil!!!

OQTAY 2020-12-23 21:34:12

Putinin oz problemidi,AB ve ABS-la,o qeder zibilleri var ki,onu ne Erdoqan,ne Bayden,ne de Merkelin temizlemeyi mumkun deyil.Qaldi ki,Bas Komandanimizin,arxasinda Reisimiz R.T.Erdoqan durur ve duracaq,Boyuk Imanli Turk Ordusu ile birlikde!!!

Vətəndaş 2020-12-23 21:00:44

Rusiyanın imkanı olsa bizi öz torpağımızda qanımızla yuyub yox edər. Allah onlar bir daha imkan verməsin. Çox təhlükəli bir dövr yaşayırıq. Putin rus kimlərə sərf edir etsin. Ancaq ona inanmaq nadanlıqdır. 200 ildə bizim millət əcdadlarımız necə dəhşətlər yaşayıb yaddan çıxmayıb,hamı xəbərdardır. Rus bizə öz malı mülkiyyəti kimi baxır və əldən buraxmaq istəmir

Son yazılar