"RUSİYA HƏMİŞƏ BELƏ BAŞLAYIR, PASPORT PAYLAYIR VƏ..." - "ABŞ müdaxilə etməlidir"

"National Review" rəsmi Moskvanın Gürcüstan və Ukraynadakı pasport fırıldağından yazdı

Bu yaxınlarda "The New York Times" qəzetində Stepanakertdən (Xankəndi) hazırlanmış geniş reportaj verilmişdi. Məqalədə vurğulanırdı ki, yerli ermənilər arasında belə bir şayiə gəzir ki, tezliklə onlara Rusiya pasportu təqdim olunacaq. Bu haqda mətbuatda məlumat verilib.

Amerika mətbuatı bu məsələ ilə bağlı yeni nüanslar açıqlayıb. Belə ki, "National Review" saytında İvan Sascha Sheehan "Russia's New Territory" (Rusiyanın yeni ərazisi) adlı məqalə ilə çıxış edib. Müəllif yazır ki, Rusiya əsgəri sülhməramlı adı altında öz çəkmələrini yeni ərazidə yerə vurdu. ABŞ isə bu ətalət içində bu prosesi izlədi.

Ermənilərin müharibəni udmaq şansı yox idi. Onların iki seçimi vardı: Ya Azərbaycanın idarəçiliyi altına keçirdilər, ya da Rusiyanın himayəsinə sığınırdılar. Onlar sonuncunu seçdilər.

Müəllif bildirir ki, son illərdə Azərbaycan ABŞ və Avropa Birliyinin ilıq dəstəyinə sahib olmuşdu. Ancaq Azərbaycanın da Rusiyadan başqa elə bir variantı yox idi. Çünki adıçəkilən tərəfləri özləri bölgədən xeyli uzaqlaşmışdı. Azərbaycanın əsas hissəsi ilə anklav Naxçıvan arasında dəhlizin açılması da Bakı üçün önəmli idi: "Şübhəsiz ki, Qərb hadisələrin bu istiqamətdə gedişini hesablaya bilərdi. Rusiya həmişə belə başlayır: Dayaq nöqtəsi sonda ayaq izinə çevrilir. Krım, Şərqi Ukrayna, Cənubi Osetiya, Abxaziya - nümunələrin siyahısını davam etdirmək də olar. Rusiyanın varlığı sonda Rusiyanın nəzarətinə çevrilir: Putinin neo-çarist ambisiyalarının məntiqi belədir".

Rusiya sülhməramlıları dislokasiya olunmalı ərazini özbaşına şəkildə genişləndiriblər və bunu yaydıqları xəritədə göstəriblər. Yalnız Azərbaycanın diplomatik kanallarla təzyiqindən sonra xəritə əvvəlki halına qayıdıb. Məqalədə belə deyilir.


Yazıda vurğulanır ki, ermənilərə Rusiya pasportlarının verilməsi haqqında şayiələr dolaşır. Rusiya bu üsuldan bir çox keçmiş Sovet respublikasında istifadə edib. Rusiya qanunlarına görə, əgər Rusiya vətəndaşlarına qarşı təhlükə yaranırsa, dövlət həmin əraziyə hərbi müdaxilə edə bilər: "Repertuarda olan Krım bu baxımdan klassik nümunə sayıla bilər. Gürcüstanın iki bölgəsində-Cənubi Osetiya və Abxaziyada da belə oldu. Orada müharibə başlamamışdan Rusiya pasportları paylandı. Müharibədən də Rusiya qalib çıxdı. Bu yaxınlarda Rusiya Ukraynanın şərqində də eyni metoddan yararlandı. Moskvanın hesablamasına görə bu ilin sonuna qədər orada 1 milyon insanın Rusiya pasportu olacaq".

Müəllif yazır ki, Rusiya Dağlıq Qarabağ probleminin həllinə imkan verməyəcək. Rusiya vətəndaşı arqumentindən istifadə edərək istənilən vaxtı əraziyə hərbi müdaxilə edəcək. Rəsmi Moskva hesab edir ki, pasport məsələsi onlara hüquqi baxımdan belə bir haqq tanıyır. "Rusiya vətəndaşı" üçün hər hansı təhlükə yaranarsa, rəsmi Moskva bölgəyə müdaxilə edə bilər.

Məqalənin sonda qeyd olunur ki, ABŞ bu işə müdaxilə etməlidir. Dağlıq Qarabağda Rusiyanın pasport paylamasına kəskin şəkildə imkan verməməlidir. Amerika şirkətləri infrastruktur və enerji layihələrinə sərmayə qoymalıdır. Bu, Rusiyanın bölgədə manevr imkanlarını azalda bilər. ABŞ-ın Ermənistan və Azərbaycana birgə şəkildə qoyduğu sərmayə isə hər iki ölkənin Rusiyadan asılılığını azaldar: "Amerikanın diplomatik və iqtisadi səylərini artırması və bu prosesdə yenidən yer alması zamanı gəldi. Əks təqdirdə, Rusiya imperiyasının nəzarətsiz genişlənməsi davam edəcək".

Aydın görünür ki, ABŞ-in yeni prezidenti Co Bayden və onun administrasiyası tezliklə hərəkətə keçəcək. Rusiya o vaxta kimi Dağlıq Qarabağda möhkəmlənməyə çalışacaq. Məqalədə də qeyd olunduğu kimi, Amerika bu prosesdən xeyli kənarda qalıb. 

Ancaq ortada Türkiyə amili var. Xırda-para narazılıqlara baxmayaraq ABŞ-la Türkiyə müttəfiqdir. Və ABŞ Türkiyənin bölgədəki mövcudluğuna ciddi dəstək verməklə Rusiyanı xeyli kənara sıxışdıra bilər. O da aydındır ki, ABŞ Cənubi Qafqazda aktivləşsə, Avropa Birliyinin də regiona marağı artacaq. Bu isə Azərbaycanın xeyrinə olardı.("Yeni Müsavat")

635x100

Şərhlər

Eli 2020-12-25 02:25:36

Sen ne gündesen ay müxalifet ay “Azpolitika”Bu ne eqide bu ne mövqedir neden qorxursunuz.Gülmeli gündesiniz.Ayıb olsun Sizin mentiqinşze mövqeyinize

Eli 2020-12-25 02:12:11

Müxalifet bu seviyyede olduğuna göre de bir il hakimiyyetde qala bildi.Ay qardsş ay millet Türkiyye bizimledir haqq dz bizimledir.Biz bu qeder Şehid bermemişik ki kimse bşze meydan sulasın.Bu xına o xınalardan degil millet k millet deyil .Besdirin boş boş müzakireleri qurtarın

RR 2020-12-24 16:47:17

30 ildən sonra rus ordusunu torpağımıza soxmağın heç bir mənası yox idi. biz onların Ukraynada, Gürcüstanda, Moldavada (yəni gözü çıxmış qardaşı) etdiklərini görürdük.

Özgür 2020-12-24 13:06:22

Türkiyəni gərək çağırsınlar ki, o da qoşun ilə Qarabağa girsin. Türkiyə elə-belə ora girə bilməz ki?

Xalq 2020-12-24 13:02:27

Türkiyə ancaq Amerikanın istəyi ilə Qarabağa girsə rusiya geri çəkiləcək.

OQTAY 2020-12-24 12:15:39

Allah Boyuk Turk Milletinin ve Dunya Islam Birliyinin Lideri Erdoqana can saqliqi versin,putin cinayatkar rejimini Erdoqan temizleyecek RF-da olan 18 respublika azadliqa qovsacaq elede Orta Asiyada olan Turk devletleri,Turkustanda daxil olmaqla!!!Dunyani idare eden ingiliz devleti,Erdoqanla tam razlasib!!!2023-e kimi TURAN,qurlacaq!!!Zaman Erdoqanin xeyrinedir,ona gore Boyuk Liderleri,Allahda qoruyur ve komek edir!!! Insaallah tezlikle gorecik!!!!

Müfəttiş 2020-12-24 11:11:25

O necə olur ki Amerika politoloqlarının proqnozlaşdirdığı məsələləri buradakılar hələ dərk etmirlər. QA

t.ədalət 2020-12-24 10:59:38

Rəhmətlik Hüseyn Cavidin dili ilə desək,Rusiya "bütün xəyanətlərə bais olan iblisdir".Kimsə ... kimi Rusiyanın azarına tutulubsa,deməli,onu Rusiya yetişdirib və xəyanət tərbiyə almışdır.Sadəcə olaraq,xəyanətkar Rusiyanın bütün təxribatlarına baxmayaraq,prezident İlham Əliyev böyük bir cəhd göstərib torpaqlarımızın 80 faizini rusun cəngindən qopardı.Xankəndi və digər iki rayonda möhkəmlənən işğalçı rus ordusu,nəhayətdə özünün ifrazatı içərisində boğulacaq.Qoca dünya çoxlu Putrinlər yola salkıb..

miri 2020-12-24 10:24:53

Rusiyanın imperialist xisləti həmişə eynidir. Siyasi elita öz toplumunun inkişafına töhvə verə bilm qabiliyyətinin olmadığı və özləri haqqında maksimalist fikirləri olduğu halda , belə də olmalıdı

Cəmşid Dərələyəzli 2020-12-24 10:05:11

Ancaq ortada Türkiyə amili var.Bəli ortada Türküyə amili var. və bu amil Rusiyanın həddini aşmasına imkan verməyəcək.

Son yazılar