Menu

Deputatlar çıxış müddətinin azaldılmasını istədi - Spiker razılaşmadı

24.12.2020, 13:18
Deputatlar çıxış müddətinin azaldılmasını istədi - Spiker razılaşmadı

Milli Məclisin bu gün keçirilən plenar iclasında zalda əyləşən deputatların bəziləri büdcə ilə bağlı çıxışların reqlamentinin 10 dəqiqədən 5 dəqiqəyə endirilməsini təklif ediblər.

“Report” xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova deputatların bu təklifi ilə razı olmadığını deyib.

“Xeyr, bu sıradan bir sənəd deyil. Biz 10 dəqiqə çıxış edəcəyik. Əgər pandemiyaya görə narahat olursunuzsa, dünən deputatların hər biri koronavirus testindən keçiblər”, - spiker bildirib.

Şərhlər

Fərq 2020-12-24 16:07:08

"Sözsüz". Başqa nə deyəsən? MM ən əsas işlərindən olan Büdcə və 5 (hətta 10) dəqiqə?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol