Menu

“HDP-nin qapadılmasını istəyirik” - Dövlət Baxçalı

24.12.2020, 17:55
“HDP-nin qapadılmasını istəyirik” - Dövlət Baxçalı

“Biz Xalqların Demokratik Partiyasının (HDP) qapadılmasını istəyirik. Bu qərarımızın arxasındayıq. Maliyyə yardımlarının terror təşkilatlarına getməsini, PKK-çıların Türkiyə parlamentində olmasını istəmirik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Miliyyətçi Hərəkat Partiyasının (MHP) iclasında partiyanın sədri Dövlət Baxçalı deyib.

MHP sədri bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) HDP-nin sabiq sədri Səlahəddin Demirtaşın həbsdən azad edilməsi ilə bağlı qərarını Türkiyə tanımır.

“Avropa İnsan Haqları Məhkəməsinin qərarı haqsızdır. Türkiyə məhkəmələrinə həqarəti rədd edirik. AİHM bu məsələyə ikili standartlarla yanaşıb”, - deyə o vurğulayıb.

Şərhlər

Eli 2020-12-24 20:45:40

Avropa İnsan haqqları mehkemesi bir aeyric

Xalq 2020-12-24 20:08:13

HDP-nin qapadılmasını biz də istəyirik!

Eli 2020-12-24 18:26:48

Avropa İnsan haqqları mehkemesi bir aeyri

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol