RUSİYA SÜLHMƏRAMLILARI QARABAĞA YENİ ERMƏNİ SİLAHLILARI YERLƏŞDİRİR! - Moskva və İrəvandan Atəşkəs Bəyanatını pozan addımlar

Sülhməramlılar Qarabağa ermənilərlə yanaşı, hərbi texnika və humanitar yardım adı altında yük daşıyırlar - Rusiya Qarabağda hərbi baza yaradır?

Azərbaycan əsgəri işğalçı Ermənistan ordusunu Qarabağın bir hissəsindən və ətraf rayonlardan çıxartdı. Ancaq bölgədə erməni silahlıları hələ də qalır. Bundan başqa, Qarabağa Rusiyanın sülhməramlı hərbi qüvvələri də yeridilib. Deməli, Azərbaycan ərazisində iki ölkənin silahlıları var. Eyni zamanda separatçılar da orada qanunsuz silahlı dəstə saxlayırlar.

Erməniləri Cənubi Qafqaza, daha doğrusu, Azərbaycan torpaqlarına Rusiya yerləşdirib, Ermənistanı SSRİ və ya Rusiya yaradıb, ermənilərin ən böyük himayəçisi Rusiyadır, Ermənistan və Qarabağ ermənilərdən çox Rusiyaya lazımdır və bu istiqamətdə olan başqa həqiqətləri deyəndə bəziləri özlərini obyektiv göstərmək üçün tarix-mənbə oyunu oynayır, miladdan öncədən də ilkin mənbə kimi istifadə edirlər. Ancaq azından son 200 ildə baş verənlər erməni-Rusiya münasibətlərinin mahiyyətini görüb anlamaq üçün ən yaxşı güzgüdür.

Qarabağın sovet və Rusiya hərbçilərinin iştirakı ilə işğal olunduğunu da əsaslandırmağa ehtiyac yoxdur. Yuxarıda qeyd etdiyimiz birliyin keçmiş fəaliyyəti də bunu təsdiqləyir. 1990-cı ildə azərbaycanlılar Qarabağda öz evlərini ov tüfəngi ilə qoruyurdu. Həmin illərdə ermənilər onların yurdlarının üstünə sovet tankları, əli avtomatlı əsgərləri ilə gedirdi. Yaxud 1991-ci il noyabrın 20-də baş vermiş Qarakənd faciəsini də bu yerdə xatırladaq. 

Onda Rusiyanın İTAR-TASS agentliyi helikopterin dumanlı havada qayalara çarpıldığını bildirmişdi. Ancaq istintaq zamanı onda raket partlayışına uyğun gövdə deşikləri aşkar olunmuşdu. Həmin tarixdə Ermənistan və Azərbaycan müstəqilliyini yenicə bərpa etmişdi. Ermənilərə helikopteri vurmaqda Rusiya hərbçilərinin yardım etdiyi də təsdiqləndi.

Başqa bir misal. 1992-ci il fevralın 26-da erməni silahlıları və Rusiya sülhməramlılarının birgə fəaliyyəti nəticəsində Xocalı soyqırımı törədilib. 6 həftəlik döyüşlər zamanı Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında tikdiyi sığınacaq, səngərlər, başqa mühəndis-istehkam obyektləri aşkarlandı, dağıdıldı. Bu tikililəri ermənilərin təkbaşına etdikləri şübhə doğurur. Ona görə ehtimal edilir ki, bu işlərdə Rusiya, Fransa və ABŞ mühəndisləri də ermənilərə sxemlərlə yardım ediblər.

Ermənistan ianələr hesabına mövcud olan siyasi-inzibati obyektdir. Döyüşlər zaman onun hərbi texnikasının zəif olmadığı da məlum oldu. Onları ermənilərə “ianə” olaraq Rusiyanın verdiyi də istisna edilmir. Elə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başlamazdan bir neçə gün qabaq Rusiyanın İran ərazisindən keçərək Ermənistana ötürdüyü hərbi texnika barədə xəbəri xatırlamaq yetərlidir. Deməli, Azərbaycanın Qarabağdakı torpaqlarının işğal altında saxlanılmasında ermənilərə yardım edilməsi istisna deyil. Çünki ianələr hesabına yaşayan bir ölkə və xalq nə qüdrətli ordu yarada, nə də müharibə edə bilər. 

44 günlük döyüşlərdə erməni gənclərinin ölümünün məsuliyyətini ermənilik ideologiyasının daşıyıcıları ilə yanaşı, Ermənistanı quran, erməniləri Azərbaycan torpaqlarına gətirənlər və onları himayə edənlər də daşıyır.

Əslində, döyüşlər nəticəsində Qarabağ məsələsi öz həllini birdəfəlik tapa bilərdi. Separatçılar bölgədən qaçmış, silahlıları mövqeləri tərk etmişdilər. Ancaq onların yardımına yenə də Rusiya çatdı. Noyabrın 10-da imzalanan məlum bəyanatla atəşkəs oldu. Bundan sonra ermənilər yenə əvvəlki kimi Azərbaycana qarşı qanunsuz əməllər törətməyə davam edirlər. Xankəndində hələ də Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanmır. Orada Rusiya və Ermənistanın bayraqları ilə yanaşı, separatçıların rəmzi asılıb. Bu isə öz-özlüyündə çox mətləblərdən xəbər verir... 

Odur ki, təbii olaraq sual yaranır: qərargahı Xankəndində yerləşən Rusiya sülhməramlıları kimi kimdən qoruyur?

Məlum atəşkəs bəyanatı imzalanan gecənin səhəri, yəni noyabrın 10-u gündüz saatlarında Rusiya sülhməramlıları Azərbaycan ərazisinə daxil oldu. Bundan sonra sülhməramlılar Qarabağdan getdiyi iddia olunan erməniləri bölgəyə daşımağa başladı. İndi onların sayı 50 minə çatır. Ancaq məsələ yalnız sayda deyil. Döyüşlər zamanı məlum oldu ki, ermənilər heç vaxt yaşamadıqları Azərbaycan ərazilərində məskunlaşdırlıblar. 

Onlar həmin rayonlardan çıxarılanda öz evlərini tərk edirlərmiş kimi təəssüflənir və tikililəri yandırır, meşələrin ağaclarını az qala kökündən çıxarıb aparmaq istəyirdilər. Bu baxımdan Rusiya sülhməramlılarının Qarabağa daşıdıqları ermənilərin Azərbaycan vətəndaşı olduqlarını təsdiqləyən sənəd varmı? Yaxud onların 1988-ci ildən əvvəl Qarabağda yaşadıqlarını kim yoxlayır? Rusiyanın Qarabağa gətirdiyi “qaçqın ermənilərin” perspektivdə Azərbaycan dövlətinə qarşı əli silahlı terrorçu olmayacağına hansı dövlət təminat verir?

Ermənilər az qala 200 il əvvəl olduğu kimi Qarabağa Rusiyanın yanaşması ilə məskunlaşdırılır. Sülhməramlı sayılan həmin qüvvələrin fəaliyyətinə Azərbaycan tərəfdən hələ də ictimai nəzarət təşkil edilməyib. Bu isə rusiyalı hərbçilərin fəaliyyətinin şəffaflığını şübhə altına alır. 

Separatçıların başçısı Araik Arutyunyan sülhməramlılarla birlikdə “işləyir”. Deməli, separatçıların nəzarəti altında olan silahlıların tərk-silah olunmasında heç bir problem yaşanmaz. Bundan başqa, Qarabağda ermənilərin silahlanmasında ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən Rusiya da məsuliyyət daşıyır. İndiyədək danışıqlarda heç vaxt separatçıların tərk-silah olunması məsələsi gündəlikdə olmayıb.

Başqa sözlə, vasitəçilər onları görməzdən gəlib, rəsmi saymayıb, əsasən Qarabağdakı Ermənistan silahlılarından bəhs edilib. Bu şəraitdə isə separatçıların silahlı dəstələri formalaşıb. Onlar hazırda da fəaliyyət göstərirlər. 

Deməli, Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsində Ermənistan hərbçiləri ilə yanaşı, separatçıların silahlıları da qalır. Bu isə Bəyanatın 4-cü maddəsinin Rusiya və Ermənistan tərəfindən pozulmasıdır: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir...” Hər halda bölgədə erməni silahlıları olmazsa, atəşkəs daha tez təmin olunar.

Yeri gəlmişkən, Ermənistandakı erməni valideynlər övladlarını Qarabağa hərbi xidmətə göndərməkdən imtina edirlər: “Bizim hərbi xidmətə göndərəcək uşağımız yoxdur. Bizim uşaqlarımızın gedib qayıtmasının məsuliyyətini kim daşıyacaq: hərbi komissar, yoxsa mer?”

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Qarabağda hərbi xidmət keçmək üçün ölkə vətəndaşlarına çağırış göndərir. Sakinlər bu çağırışı etirazla qarşılayır. Məlumata görə, bu günlərdə Ermənistanın Kotayk vilayətinin Çarensavan rayonunda çağırış paylayanlarla sakinlər arasında toqquşma da olub. Belə çıxır, Ermənistan hərbçiləri Qarabağı tərk etməkdənsə, Rusiya sülhməramlıları yeni qüvvələrin yerləşdirilməsini təşkil edirlər. Bu isə perspektivdə nə Rusiya, nə də Ermənistan üçün yaxşı heç nə vəd etmir.

Sülhməramlılar Qarabağa ermənilərlə yanaşı, hərbi texnika və humanitar yardım adı altında yük daşıyırlar. İndiyədək dekabrın 11-dən 23-dək Rusiya Azərbaycanın bu bölgəsinə 54 vaqon yük daşındığını bildirib. Bunların 1 200 tonluq humanitar yük olduğu iddia olunur. Davranışından belə görünür ki, Rusiya Qarabağa yeni hərbi qüvvə yerləşdirməyi planlaşdırır. 

Bunun üçün hazırlıq işləri də artıq görülür. Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinlə görüşü zamanı Qarabağda 330 yerlik blok-modul hərbi şəhərciyin işə salındığını bildirib. Nazir qeyd edib ki, 2021-ci il aprelin 1-dək daha 32 modul şəhərciyin salınmasını nəzərdə tutublar. Bu isə rusiyalı hərbçilərin sayının 5 dəfə artırılacağı deməkdir. 

Xatırladaq ki, bəyanata əsasən, Rusiya kontingenti 1960 hərbi qulluqçudan, 90 BTR və 380 ədəd avtomobil və digər xüsusi texnikadan ibarət olmalıdır. Ancaq Rusiyanın bölgəyə pilotsuz uçuş aparatı belə yerləşdirdiyinə dair məlumatlar da yayılıb.

O zaman yeni bir sual yaranır: Rusiya Qarabağda hərbi baza yaradır? Qarabağdakı erməni silahlıları isə perspektivdə həmin hərbi bazada xidmət edə bilər. Rusiya bazasında xidmət edən erməni hərbçilər isə Azərbaycan üçün problem yarada bilər. Çünki keçmiş sovet ordusunda xidmət edən erməni hərbçilər Qarabağda azərbaycanlı dinc əhaliyə qarşı vəhşiliklər törədiblər. Bunu təsdiqləmək üçün Xocalı soyqırımının törədilməsində birbaşa iştirak etmiş Rusiyanın 366-cı motoatıcı alayının Qarabağdakı fəaliyyətin örnək göstərmək yetərlidir. 

Xocalı hadisəsindən sonra Rusiyanın Zaqafqaziya hərbi dairəsi komandanlığı alayı itkilərdən qorumaq üçün münaqişə zonasından Gürcüstandakı Vaziani aerodromuna təxliyə etmək qərarına gəldi. Təxliyə əməliyyatı 1992-ci il martın 4-də həyata keçirilməyə başlandı. Hərbi texnika isə Qarabağdakı erməni separatçılarına verildi, alayın şəxsi heyəti Qarabağı tərk etdi. Erməni separatçılarına verilən ümumilikdə 96 ədəd zirehli texnika bunlardan ibarət idi: 9 ədəd T-72 tankı, 5 ədəd BTR-70 döyüş maşını, 49 ədəd BMP-1 piyada döyüş maşını, 28 ədəd BMP-2 piyada döyüş maşını, 5 ədəd BRM-1k döyüş texnikası. Bu hərbi texnikalar ilk dəfə 1992-ci il martın 6-da Azərbaycan Ordusunun Əsgərana hücumunun qarşısını almaq üçün istifadə olundu. Alayın tərkibində xidmət edən Rusiyanın 22 zabiti də daxil olmaqla 180 əsgər erməni separatçıların tərəfində döyüşmək üçün Qarabağda qaldı. Onların arasında ermənilər, o cümlədən Ermənistanın gələcək müdafiə naziri Seyran Ohanyan da var idi.

Rusiyanın 366-cı motoatıcı alayı 1992-ci il martın 10-da təxliyədən sonra buraxılıb. Əslində onda alayda buraxmaq üçün heç nə qalmamışdı. Sadəcə adı Rusiya silahlı qüvvələrinin siyahısından çıxarıldı. Bu baxımdan Rusiya sülhməramlılarının aqibətinin perspektivdə 336-cı alaya oxşayacağı ehtimalı az deyil. Əks halda Rusiya tərəfi erməni silahlılarının bölgədə qalmasına niyə maraq göstərir?!

Rusiya bölgəyə daşıdığı ermənilərlə Azərbaycan arasında körpü rolunu oynamaq istəyirsə, o zaman ilk növbədə Azərbaycanın ərazi bütövlüyünə diqqət ayrılmalıdır. Ölkənin suveren hüquqları bölgədə təmin edilməlidir. 

Etimad mühitinin yaranması üçün Azərbaycan hakimiyyəti ilə gətirilən ermənilərin görüşünün təşkil olunması daha məqsədəuyğun olardı. Belə görüşlərin təşkili ermənilərin xofunu azaldar. Vəziyyət indiki kimi davam edərsə, Rusiya sülhməramlıları erməniləri Azərbaycan hakimiyyəti və azərbaycanlılardan təcrid şəraitində saxlayarsa, inteqrasiya baş tutmayacaq. Bu həm də Azərbaycanın öz erməni vətəndaşları ilə ünsiyyətinə, habelə Rusiyanın Qarabağdakı missiyasının mandatına da yardım olar. 

Yoxsa, erməniləri təcriddə saxlayıb, onları Rusiyadan asılı vəziyyətə salmaq, hansısa status barədə vədlər vermək münaqişənin yenidən yarana biləcəyinə əsas verir.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının başçısı Valentina Matvienko dekabrın 24-də jurnalistlərə açıqlamasında bildirib: “Dağlıq Qarabağın statusuna əlavə danışıqlar tələb olunur...” 

Bu sayaq çıxışlar və vədlər ermənilərin Azərbaycan ictimaiyyətinə inteqrasiyasının qarşısını alan hallardır.

Nəhayət onu da vurğulamaq lazımdır ki, sülhməramlıların humanitar missiyadan çox siyasi maraqlara xidmət etdiyini tarix çoxdan təsdiqləyib. Bir neçə nümunə göstərək: 1974-cü ildən Suriya ilə İsrail arasındakı Holan təpələrində, 1991-ci ildən Qərbi Saxarada, 2013-cü ildən Malidə, 1964-cü ildən Kipr adasında və s. münaqişəli bölgələrdə BMT-nin sülhməramlıları yerləşdirilib.

SSRİ dağılandan sonra onun maraqlarını Rusiya daşımağa başladı. Rusiya sülhməramlıları daha çox MDB ərazisində fəaliyyət göstərir. 2020-ci ildən isə RF hərbçiləri Yaxın Şərq, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası, Qərbi Saxara, Konqo Demokratik Respublikası, Sudan, Kosovo və Kipr adasında yerləşdirilib. İndiyədək sülhməramlıların yerləşdirildiyi ərazilərdə heç bir münaqişə həll edilməyib.

Belə görünür ki, həmin missiya münaqişəni həll etmək üçün deyil, onu dondurmaq üçün əraziyə gətirilir. Hər halda sülhməramlılar reallıqda adlarına uyğun olmayıb. Bu baxımdan Rusiya sülhməramlılarının Azərbaycanda, Qarabağda missiyasını adına uyğun yerinə yetirməsi ilk olacaq.(report.az)

635x100

Şərhlər

Veteran 2020-12-28 23:57:07

İNŞALLAH bu yaxınlarda Rusiyanın içində elə fəlakətlər baş verəcək ki,oha nə Putin,nə də FƏLƏK kömək edə biləcək.Amma bizim hamımız ayıq-sayıq olmalı,hər bir neqativ fakta qarşı cıxmalıyıq.

Eli 2020-12-28 03:44:16

Müellim prezident müharibeni az itkikerle başa vurmaq isteyirdi.Gücünü gösterib öeseleni siyasi yolla hell etmek isteyirdi Evvel alınmadı Şuşa alınandan sonra ermeni ağ bayraq qaldırdı ve üç rayon bir gülle atmadan bir şehid vermeden geri qaytarıldı Qalan öeselelerde pille pille öz hellini tapacaq Rus heç ne rdr bilmez artı Türkiyyede Qarabağdadı

OXUCU 2020-12-28 01:48:09

AY millət bir şeyi bilin ki Putin Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir deməklə sadəcə bizi məsxərəyə qoyur. Bu da yeni taktikadır yəqin.

Vetene xeyanet edenlere....... 2020-12-27 17:44:00

Hormetli oxucular, bu videoya baxin ve taniyin XALQIMIZIN DUSHMENI Abutalib Semedovu ( Alyans partiyasinin sedri ) : https://www.youtube.com/watch?v=ZkmhlIVmf_k

Eli-yə 2020-12-27 14:55:41

Eli,bu baş verdi.44-cü gün ordumuzun Xankəndinə yaxınlaşdığı zaman bunu etdilər və indi Xankəndi həm Rus.həm etrməni ordusu ilə,rus silahları ilə doldurulur.Bir soran varmı ki, bu silahlar və ermnistan ədgərləri Xankəndində Rus sülhməramlıları olduğu halda hansı məqsədlə gətirilir? ..

Cavad 2020-12-27 14:48:28

Bəs bunu Xarici işlər nazirliyi,Prezident aparatı bilmir? Niyə reaksiyalar eşidilmir?

vətənindaşı 2020-12-27 12:43:19

ay yay yay-

Faiq 2020-12-27 12:32:30

Nesimi kinosunu yadiniza salin ve ozunuzu incitmeyin.Fezhullah Neiminin xilasi mumkun olmadiqi kimi,RUS qosunlarinin da Azerbaycandan cixalimasi mumkunsuzdur.Ves salam.

boris 2020-12-26 19:39:56

Rusların Qarabagda ömürlük qalma planları üçün əməlli-başlı iş gürürlər,bizimkilərin razılıgına indi heç saya salan da yoxdur.Azərbaycan Türkiyə qüvvələrinin burada yerləşməsinə təcili kömək

Vuqar 2020-12-26 16:25:02

KIM--ISTEDI--SERH YAZDI--1-- PREZIDE.T-- QALDI! -ODA--SUSURSA--DEMELI--ELE-- LAZIMDI!-- TELESME-- QARDAS--HER--SEY--DUZELER!

Vuqar 2020-12-26 16:17:14

HER--SEYI.--OZ-- ZAMA.I--VAR!--

Ferhad 2020-12-26 13:16:24

Men hemise demisem rus hec vaxt sulhmeramli olmayib o bir qesbkar dovletdu.nr qeder gec deyil onlari cixartmaq lazimdi...

Davud Rəhimov 2020-12-26 13:10:38

Sülhməramlıların yalnız birölkədən,özü də daim erməniləri üdafiə edən,onları silahlandıran ölkədən olması təhlükəlidir.Burada hökmən ikinci ölkə nümayəndələri birlikdə,eyni missa ilə iştirak etməlidirlər.yoxsa bizi yenə fəlakət gözləyir.

Vahid 2020-12-26 13:07:21

Qarabağda Ermənilərin qayıdışı xüsusi nəzarət altında olmalı və Azərbaycan tərəfi bunda fəal iştirak etməlidir.Əks halda Qarabağa AZərbaycan vətəndaşı olmayan,əvvəllər Qarabağda yaşamayan,əcnəbi və ya məqsəli ermənilərin toplaşması baş verər.Bunu ciddo nəzarətə almamaq AZərbaycanda yaxın gələcəkdə yeni qaynar ərazi yaranmasına səbəb olacağı tbiidir.Bu məsələni boş buraxmaq olmaz . Niyə iz bu məsələni nəzarətsiz buraxmışıq?

Moshu 2020-12-26 06:29:51

Bildiyim odur ki, istənilən yazıdan ağılla, başla yararlanmalıyıq. Yazıda göstərilir ki, “Qarabağda ermənilərin silahlanmasında ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən Rusiya da məsuliyyət daşıyır”. Əksinə olaraq deyərdim ki, Rusiya bu müharibədə qələbəmizin dadını dadmaqda maraqlı oldu. Düzdür, bəzi analitiklərimiz də, politoloqlarımız da, millətimizin vəkilləri də, türlü-türlü yazanlarımız da bütün bunlara öz bucaq prizmalarından qiymət verməyə çalışdılar. Əvvəla Prezidentimiz bütün çıxışlarında qeyd etir ki, BMT-nin məlum qərarlafrını faktiki olaraq onların əvəzinə biz icra etdik, bir növ icra məmuru rolunu oynadıq. İcra məmuru isə icra etdiyi işin müqabilində onun dəyərini rəsmi qaydada alır. Bəli, BMT bu məsələyə diqqət çəkməlidir. Rolu olmayan qurum kimə və kimin nəyinə lazımdır? Ali Baş Komandan ATƏT-in Minsk qrupunun həmsədrlərinin son görüşündə də qeyd etdi ki, mən Sizi dəvət etməmişəm. Biz qonaqpərvər xalqıq, amma yeri gələndə sözü deməyəndə o sözün kəsəri, çəkisi olmur. Əhsən Ali Baş Komandanımıza, sözünü vaxtında və yerində dedi. Yaxşı, bu işləri mən görürdümsə, siz nəmənəsiniz. Onlara qarşı da iddia qaldırılmalıdır. Bəli, Rusiya öz silahlı Qüvvələrini Azərbaycan ərazisini yeritməklə, faktiki olaraq ərazi bütövlüyümüzə təcavüz etdi (nəzərə alaq ki, bundan bizim də uduşumuz oldu. 3 rayonumuzun qansız-qadasız boşaldılması neçə-neçə oğullarımızın salamat qalması, demoqrafik vəziyyətin qorunub saxlanması deməkdir), ATƏT-in Minsk qrupunu offsayt vəziyyətində qoydu, bununla da özünün siyasətini həyata keçirmək məqsədi güddü və buna da nail oldu. Dəfələrlə qeyd etmişəm, əgər söhbət sülhməramlılardan gedirsə, BMT-nin nizamnaməsində, elə rus dilinin qrammatikasında «миротворческие силы» deyəndə “sülhməramlı qüvvələr” anlamına gəlir. Əgər bu qüvvələr tərəfləri bir-birinə qarşı silah tətbiq etməməyə dəvət edəcəksə, əmin-amanlığı qoruyub saxlayacaqsa, bu başadüçüləndir Yox, əgər tikinti işləri ilə məşğul olacaqsa, erməniləri məcburi Ermənistandan Xankəndinə daşıyacaqsa, onların müalicəsi ilə məşğul olacaqsa bunun nəyi “sülhməramlı qüvvələr” oldu. Bunun adını qoyaq məs., Rusiyanın fövqəladə, qaçqınlar, səhiyyə (təbib) sülhməramlı qüvvələri. Vladimir pütün çıxışlarında Qarabağı Azərbaycanın ayrılmaz, tərkib hissəsi olduğunu bəyan edir. Ay Vladimir Vladimiroviç, Azərbaycan gəlib sülhməramlı adı ilə uzaqda demirəm, qonşu Dağıstanda və ya Çeçenistanda siz Qarabağda etdiyinizi etsə buna nə qiymət verərdiniz, adın nə qoyardınız? Deyəsən monqol-tatar həmlələrindən dxərs almısınız. Qayıdıram yuxarıdakı qeydə. Qarabağda ermənilərin silahlanmasında ATƏT-in Minsk qrupunun həmsədrləri deyil, məhz Rusiya, onun rəhbərliyi məsuliyyət daşıyır. Bizim itirəcəyimiz bir şey yoxdur. Artıq pütün dünya bizim nəyə qadir olduğumuzu, siyasətimizi, ölkəmizin başında kimin olduğunu, informasiya blokadasını necə yardığımızı gördü, ona görə də ezop dili ilə dünyaya mesaj vermək lazımdır ki, hansı missiya adı ilə gəşlməsindən asılı olmayaraq, bəli Rusiya faktiki olaraq Qarabağa işğalçılıq siyasəti yürüdür.... Deyəsən çox uzun oldu. Xoda düşəndə tormozum sözümə baxmır.

Eli 2020-12-26 01:46:41

Putin ağıldıx adam deyil o habayı yere demir ki Rusiyyada 30 million muselman 16 milliondam artıq turk taşayır ve biz bunu nezere almaşıyıq.Türkiyye Ukrayna ile gözel münasibetler qurur ve Krımın ilhawink tanımır be bunu açıq da deyir İndi tesevvur edin burda Türkiyye Cenubu ve Şimali Azebaycan orta Asiya be Rısiyyadakı etnik türkler.Zamanda Türklerin xeyrine işleyir.Obyektiv bir sıa subyrktiv faktorları mezere alsaq bizi çox gözel Helecek gözleyir.Bu fikirle da öem razoyam ki bu esr TÜRK esrid olaca İnşaallah.

Eli 2020-12-26 01:36:23

Türkiyye artıq Qafqazdadır Ruslar Ermenistznı ona göre yaratmışdı ki Türkiyye İran ve biz birleşe bilmeyek.Atatürk rehmetlik dle bil mehz bu günü görürdü.O öz şexsi vesaiti hesabına İrandan torpaq alıb Naxçıvanka serhed yaratdı ki Ermenistan ruslarla bir de Maxçıvan sevdasına düşe bilmesin.İndi Zengezur dehlizi açilir Azerbaycan Naxçıvan Turkiye elaqesi ve nu biri teregden Türk dünyasına Be Rusiyaya çıxış elde olunur.Bele bir tarixi fürseti Türkler heç vaxt elde vermez Ona göre ruslar mecburdurlar ki onlarla yola getsinler

Eli 2020-12-26 01:10:39

Müellim menim istediyim odur ki biz Qarabağın işğalından da daha artığına nail olmuşuq -Milli birliye ki bunu dünyada heçbir qüvve sarsıda bilmez.Biz bir Millet olaraq bu Milli birliyi qorumalıyıq

Eli 2020-12-26 00:48:19

Eliye cavab yazan müellime.Müellim men kimese sğıl vermek fikrinden uzağzm.Demek isteyirem ki biz hamımız eyni şeyi isteyirikAzad müsteqil Azrebacan biz

OQTAY 2020-12-25 23:12:19

Eli muellimle,tam raziyam!!!Hec fikirlesmeyin,Allah Reisimiz R.T.Erdoqana can saqliqi versin,Ali Bas Komandanimizin arxasinda durur ve Boyuk Imanli Turk Ordusuda,Qehreman Ordumuzla birlikdedir!!!Eqer bu defe muharibe baslarsa,Rus ve ermenilere cox-cox boyuk ders verlecekdir,das-das uste qalmayacaqdir,b

Səid 2020-12-25 22:21:26

Şərhləri oxuyuram, yadıma "Ölülər" əsəri düşür.

ELSAD 2020-12-25 22:06:49

Hormetli Azpolitika artiq burada da trollar meydan sulamaga basladi. Amma sizin elinizde bir ricaq var sadece o serhleri derc elemirsiniz. Yoxsa bu deyerli muzakire hece cxir kimi...

Əliyə 2020-12-25 21:26:32

Əli millətimiz xalqımız 200 ildir bizə divan tutan rus ordusunun 30 ildən sonra yenidən ölkəmizin ortasına girdi. Vu bu narahatçılığı sadə əhali bir və ya bir neçə cümlə ilə bildirmək istəyir. Siz niyə narahat olursuz? Millətə ağıl öyrədirsən.

Eli 2020-12-25 21:16:31

Azpolitika Siz indi ele yazılar bermelisinşz ki Milli ruh daha güclendin bizi millet olaraq dzha dz birleşdirsin Siz dle bil 92-ci ildesiniz ayılın ve qorxmayın kişi olun biz Qalibik ve bu işi de Azerbayca erazi bütövlüyünü bir millet olaraq çox gözel axıra çatdoracağıq

Eli 2020-12-25 21:08:47

Öen nir şey teecüb edirem hörmetli Azpolitika Siz ele yazıları”efire “verirsiniz ki ele bir qalib yox meğlub ölkenin insanlarısınız.Ele bir Qarabağda görulen işleri görmürsünüz Çekildn yollar mühendis kommunikadiyz işleri ve saire

Eli 2020-12-25 21:03:00

Bir de Dövr deyişmesydi bu 44 günde böyük gücler müharibeni çoxdzn dayandırardılar.Anca bu baş vermedi bir neçe sebebe göre.Bir de birinci günde Tütkiyye bsşda Erdoğan olmaqla Dövlet ve Millet olaraq bir gün de olsun Azerbaycanı meydanda tek qoymaido o cümleden Prezidentimizi ki ona çox öeneüvi destek oldu.İndi Qarabağda Rusiya çox gözel bilir ki bir dene artıq hereket Turkiyyesiz edilse Türkiyye Rusiyyanı Suriyyadz Livanda meve meledibse burda onda qat qat attıq olacaq çunki Azerbaycan ona qardaş ölkedir çox ezizdir.Siz narahat olmayın.

RR 2020-12-25 20:55:40

Ne oldu bes

Eli 2020-12-25 20:50:23

Prezidentimiz butun dunyaya car çekdi ki Status kvo getdi Cehenneme yoxdu Satus kvo.Bu birincisi.İkinci yene dınyaya elanetdi ki meseleni hell etmeli olan MQ hemsedr ölkeler başdz Rusiya olmaqla Ermenistana silah sursat daşınıd ve ne ile ddşınır hamısı reyslwtıne kimş Azerbaycana melumdır.Üçüncusu sulhmetamlı meselesi Türkiyye ilebirlikdr heyata keçirilecek ki Türkiyyenin de gücü mövqeyi ve seviyyesi butun dünyaya melumdur.Ona göre narahatçılığa esas yoxdur ve memce her şey nezaretdedir.Ve biz bu qafer itki vermemişik ki taleyimizi kimlerse hell etsi bu qeyri mümkündür .Dövr deyişib.

t.ədalət 2020-12-25 19:48:00

Qarabağa Rusiyanın dürtdüyü hərbiçilərin hamısı erməni ordusudur.Putin "Qarabağ Azərbaycandır"-deməklə bizi lağa qoymuşdu.Nəticəni gözləyək.

Xalq 2020-12-25 18:53:29

bircə çıxış yolu var. Türkiyə Ordusu Qarabağa yeridilməlidir. Yoxsa ruslar burada baza yaratsalar bizim müstəqillik batdı.

Babel Mamedov 2020-12-25 18:52:34

Chox beysavad va garazli sharhdir!Bizim bankrupt muxalifat deyir ruslar ganunsizdir,Kim nan Ava’s etmak istayillar bizim dushman garb xristanlarla?

Vahid Quliyev - ə 2020-12-25 18:23:25

Vahid Quliyev, siz oz suallarinizin cavabini da, chox yaxshi və deqiq bilirsiniz, chunki, raziliqi......... verilib 10 noyabrda və ............

Vahid Quliyev 2020-12-25 18:01:11

Bizim XIN, nə üçün səsini çıxarmıt? Bəlkə pərdə arxası razılaşmalar var7 Bundaməqsəd qaranlıq olduğundan XİN və Prezident dərhal məsələyə qarışmalıır.Çünki bunun sədası heç yaxşı gəlmir.g

Amon 2020-12-25 17:49:37

Azpolitika saytina da oz minnetdarligimizi bildirmeliyik ona gore ki rusiyanin ve onun sulhmeramlilarinin qarabagda oynadigi oyunlari bizlere c

Son yazılar