Menu

TÜRKİYƏ HƏRBÇİLƏRİ AZƏRBAYCANDA - Monitorinq Mərkəzi yanvardan fəaliyyətə başlayacaq (Yenilənib)

26.12.2020, 18:00
TÜRKİYƏ HƏRBÇİLƏRİ AZƏRBAYCANDA - Monitorinq Mərkəzi yanvardan fəaliyyətə başlayacaq (Yenilənib)

Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə hərbçiləri Azərbaycana çatıblar. NTV xəbər verir ki, Rusiya və Türkiyənin qurduğu Ortaq Mərkəz yanvar ayının ilk həftəsində fəaliyyətə başlayır.

Telekanalın xəbərinə görə mərkəzin fəaliyyətində iştirak edəcək Türkiyə hərbi kontingenti briqada generalının (adı göstərilmir) komandanlığı altında Azərbaycana göndərilib.

Atəşkəsin pozulması ilə bağlı hər hansı bir hadisə baş verəcəyi təqdirdə həm Moskva, həm Ankara, həm də Bakı və İrəvanla birbaşa əlaqə qurulacaq və atəşkəs şərtlərinin qorunması üçün səylər göstəriləcək.

Bölgədəki yoxlamalarla yanaşı, Türkiyə hərbçiləri Azərbaycan silahlı qüvvələri ilə əməkdaşlıq çərçivəsində humanitar yardım və minalardan təmizlənmə fəaliyyətlərində də iştirak edəcəklər.

***

Ağdamda yerləşəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib.  "Report" NTV-yə istinadən xəbər verir ki, mərkəzdəki Türkiyə hərbçiləri yanvarın əvvəlində fəaliyyətə başlayacaqlar.

Türkiyə heyəti zabit və əsgərlərdən ibarətdir. Mərkəzdə Türkiyə ordusunun general-mayoru da fəaliyyət göstərəcək.

Mərkəzdəki Türkiyə hərbçilərinin sayı isə 60 nəfər olacaq. İlkin mərhələdə 25-ə yaxın hərbi qulluqçu Azərbaycana gəlib. Qarşıdakı həftələrdə digər heyətin də Azərbaycana gələcəyi gözlənilir.

Şərhlər

Barbaros Türker 2020-12-27 13:44:52

Rusların doğma Türk toprağı Azerbaycan' ımızda ne işi var?

Cəmil Dadaşov D.C 2020-12-27 07:53:40

Qardaşın qapısı qardaşın üzünə hər zaman açıqdır.

Ədalət 2020-12-26 22:08:46

Xəbəriniz olsun ki, Hülusi Akar elan edib ki, Qarabağa göndərilmə üçün 10 000 ( on min) türk əsgəri tam hazırdır.Onlar Azərbaycanın razılığını gözləyir.Bəs biz kimi gözləyirik?

Nəbi 2020-12-26 20:14:28

Şayiələr gəzir ki türklərin gəlməsini bizim müdürlər istəmirlər. Qorxurlar Türk paşaları hakimiyətlərinə müdaxilə edər

Yalçı 2020-12-26 20:03:09

Heç bir koridor olmalı deyil.bu bizi məhv edəcək.ancaq silah daşıyırlar

Sıravi vətəndaş 2020-12-26 19:53:50

RUSUN NE IŞİ VAR TÜRK TORPAĞINDA? HARDA QALDİ MEHMETÇİKLƏRİMİZ ?

Tahir 2020-12-26 19:28:17

zmonitorinq mərkəzi boş bir mərkəzdir.türkiyə birbaşa Qarabağda,Xankəndində ruslarla bir erdə olmasalar mənası olmadığı sirr deyil.Həm Laçın koridorunda hərəkət.həm məskunlaşma məsələləri nəzarər altında omalıdır Bir tərəfli iştirak Azərbaycanln zərərinədir.Çünki Rusiya erməniləri tərəf sayır və yalnız onlarla birgədir.Arutyunyanla bərabər olan Ruslardan biz nə gözləyə bilərik?jreun

Ədalət 2020-12-26 19:21:36

RUSLAR İKİ AYDİR BÜTÜN QARABAGİ ZƏBT EDİB,AMMA TÜRK ƏSKƏRİ HƏLƏ FİKİRLEŞİR !

Mehdi 2020-12-26 19:17:46

Rus bir diviziya terləşdirib orada

Xalq 2020-12-26 19:15:54

ruslar 10 min əsgər gətirir, hələ utanmaz-utanmaz "sülhməramlılarının" sayını yenə də artırır, bizim Türk qardaşlarımız cəmi 60 nəfər gətirir görəsən niyə?

İsmayıl 2020-12-26 18:11:18

Cəmi 60 nəfər,yoxsa ardı var ?

Elçin 2020-12-26 17:56:29

RUSDAR TÜRK TORPAĞINDA AT OYNADIR,BUNLAR HƏLƏ MANİTORİNG HAQQİNDA DANIŞIR

Şaiq 2020-12-26 15:57:39

Qədəmləriniz mübarək olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol