MÜHARİBƏNİN DƏ DƏYİŞƏ BİLMƏDİYİ MİLLİ MƏCLİS... – Son iclasda deputatlarımız yenə özlərini “göstərdilər”...

Müharibədən yeni çıxmış ölkəninin millət vəkilləri ayda 5-6 min maaşla yetinməyib, pandemiya dövrü ezamiyyə xərclərinin artırılmasına çalışırsa...

Deyəsən axı, bizim Milli Məclisi heç müharibə də düzldə bilmədi. Milli Məclis deyərkən təkcə sonuncu çağırış parlamenti deyil, ümumilikdə bizdəki parlament institutunu nəzərdə tutmaq olar. Çünki deputatların əhəmiyyətli hisəsi dəfələrlə “seçilmiş” şəxslərdir. Yenilər isə təəssüf ki, əsas etibarilə yalnız yaş və görkəmə görə yenidirlər...

Həmin bizim bu yeni parlamentimiz dekabrın 24-də növbəti iclasını keçirərək, büdcə müzakirələri aparıb. Belə baxsaq, adətən Azərbaycan parlamentində bütünlükdə büdcə müzakirələri məsələn, Türkiyə Millət Məclisinin komitələrində kənd təsərrüfatında toxumçuluq sahəsinə dair qanuna hansısa kiçik dəyişikliyin aparılmasına həsr olunan qədər müzakirə və vaxt ayrılır. 

Yəni parlamentimizdə istər komissiyalarda, istərsə də plenar iclaslarda müzakirələr formal xarakter daşıyır və indiyə qədər büdcəyə Milli Məclisin tələbilə hər hansı ciddi dəyişikliyin edilməsi halına demək olar rast gəlinməyib.

Əvəzində, adət etdiyimiz mədhiyyə yarışları, kağızdan höccələyə-höccələyə mətn oxunması, eləcə də “baməzə” çıxışlar və təkliflər yenə öz axarı ilə davam etdirilir.

Məsələn, Siyavuş Novruzov şəhid ailələri, qazilər, hətta ön xətdəki əsgərlərimizin təchizat və sosial təminatı ilə bağlı problemlərin, pandemiyanın yaratdığı səhiyyə və sosial-iqtisadi çətinliklərin fonunda “tam yerinə düşən” təklif irəli sürüb: “Milli Məclisin ezamiyyə xərcləri artırılsa daha yaxşı olar. Milli Məclisin büdcəsinin artırılmasının qismən də olsa tərəfdarıyam”.

Yox, bu çıxışına görə Siyavuş müəllimi qınayanları haqlı çıxara bilmərik. Çünki Siyavuş müəllim əslində, hər zaman təkcə özünün deyil, parlamentdə oturanların böyük əksəriyyətinin ürəyindən keçənləri deyir. Sonra da onların əvəzinə tənqid və ironiya hədəfinə çevrilir...

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti əhali arasında kifayət qədər rəğbətlə qarşılanır, bu qurum kifayət qədər populyardır. Bəlkə bu nazirliyin adı dəyişdirilsin, bir az sadələşdirilsin. Məsələn, Əmək Nazirliyi, Sosial İşlər Nazirliyi, yaxud Sosial Nazirlik ola bilər. Bu, sadəcə mənim fikrimdir”.

Bu təşəbbüs isə deputat Aydın Hüseynova aiddir. Olmağına Aydın müəllimin də təklifi pis təklif deyil, xüsusilə də ilin – günün bu vaxtında, hətta çox vacib təklifdir...

Lakin sözügedən nazirliyin fəaliyyətinin əhali arasında rəğbətlə qarşılandığına dair dediklərilə nəinki bütünlükdə əhalinin, elə hörmətli deputatımızın öz seçicilərinin də neçə faizinin razılaşdığını söyləmək bir qədər çətindir.

"Yoxa çıxan dərman vasitələri toplu şəkildə, həm də od qiymətinə "qara bazar"da peyda olub. Qiymətin "od"u isə xəstəni qızdırmanın hərarətindən daha çox yandırır. O dərəcədə ki, pulun yoxdursa, sonuna hazır olmalısan düşüncəsinə qapılırsan. Defisitin baş verməsi yalnız monopolistlərə lazımdır. Bu, nə vətəndaşın, nə də dövlətin xeyrinədir.

Dərman bazarında yaranan qıtlıqla bağlı Azərbaycanda dərman siyasətini idarə edən qurumlar birbaşa bütün dərman şirkətlərinə müraciət etməlidirlər. İnandırım sizi, mövcud strukturlar belə müraciət etsə ki, bütün bürokratik əngəllər aradan qaldırılır və bu adda dərmanların ölkəyə gətirilməsini təmin edin, 15 günün içərisində bütün dərman bazarı dolar, qiymətlər də ucuzlaşar".

Bu çıxış isə deputat Musa Quliyevə aiddir. Doğrusu, ondan belə cəsarətli çıxış gözləyənlərin sayı yəqin ki, çox olmayıb.

Ancaq nədənsə, hamı kimi o da dərman monopolistlərindən danışsa da, konkret ad çəkmir. Özü də nədənsə dərman mafiyası və minopoliyasından “danışmaq haqqı” daha çox Cavanşir Feyziyevə aid olsa da, Musa müəllim sinəsini irəli verib.

Lakin heç kimə sirr deyil ki, Cavanşir müəllim bu işləri daha yaxşı bilir və deyilənə görə, monopolisti də, möhətkiri də, “qara bazarı” da 5 barmağı kimi tanıyır. Ancaq nədənsə susur...

Təbii ki, əhalinin bütün millət vəkillərinə münasibəti eyni deyil, insafən aralarında az-çox peşəkarlığı, mükün olan qədər dürüstlüyü və insanların rəğbətlə yanaşdıqları da var.

Ancaq müxtəlif yollarla mandat alan bu deputatların əksəriyyətinin nəinki sadə vətəndaşın, heç dövlətin strateji maraqlarını belə düz-əməlli müdafiə etmədikləri, yaxud edə bilmədikləri qənaətindədir. Bu fikrin yaranmasını şərtləndirən amillər və faktlarsa olduqca çoxdur.

Təkcə Vətən Müharibəsinin gedişində deputatların davranışları və açıqlamaları Milli Məclisin keyfiyyət səviyyəsini ortaya qoydu. Deputatların böyük əksəriyyətini müharibənin gedişində nə qazi, nə şəhid ailəsinə, nə də xəstəxanalardakı yaralılara baş çəkən gördük.

Əvəzində, Rasim Musabəyov, Bəhruz Məhərrəmov, Zahid Oruc və digərlərinin ümumi işə və Azərbaycanın maraqlarına zərərli olan açıqlamalarını müşahidə etdik.

Yeri gəlmişkən, yeni seçilən gənc deputatlarımızdan isə demək olar ümumiyyətlə səs-soraq olmadı. Və bir daha sübut olundu ki, “yenilənmiş” parlament də elə həmin “köhnə hamam, köhnə tas”-dan başqa bir şey deyil...

Ancaq nə olsun, həmin bizim bu millət vəkilləri 5-6 min maaş alır, hələ ezamiyyə xərclərinin də artırılmasını istəyirlər. Həm də ölkənin müharibədən yeni çıxdığını, pandemiyanın iqtisadiyyata ciddi zərər vurduğunu bildikləri halda...

Ötən gün Ermənistanın Vatikandakı sabiq səfiri Ermənistan prezidenti Armen Sarkisyanı “müftəxor və elitar turist” adlandırıb. Doğrusu, bizim parlamentə də baxanda bu epitetə uyğun gələn bir xeyli adam görmək olur...

C.Məmmədov

“AzPolitika.info” 

635x100

Şərhlər

Boris Ocaqov 2020-12-28 17:37:32

Aşağı Qarabağ Müharibəsini dayandırmışıq? Amma, Vətən Hərbi İşğallardan qurtulmayıb? İqtidar MM bəyan etmişdilər ki, sonuncu əli silahlı işğalçı ölkəmizi tərk edənə qədər müharibə davam edəcək!?

azad insan 2020-12-28 13:36:12

müharibenin deyihse bilmedyi diger gurum xarici ishler nayizliyidir_, burada hele de ermeniler ishleyir, rusiyanin adamlari sih bashindadir, nayir mwavinlerinin ekseriyyeti rusiyaperstdir, heeta iranperset de vardir. taze nazir ise sükut etmekde davam edir, ,coxlu sayda diplomatlr bu qurumu terk etmekdedir ve ya dilenci heyati sürmeye mehmkumdurlar.

OQTAY 2020-12-28 11:50:12

boris,rusiya oz esas torpaqlarina sahib cixa bilmir(zolotoy kolso),Qarabaqa nece sahib cixsin,rusya omuru boyu ya almanlar,yada yehudiler sahib cixib,aqa kimi yasayan onlardir!!! Paxat eliyen,babuska basda olmaqla,alqas ivandir!!!Kim isleyir,kim yeyir!!!

RR 2020-12-27 23:36:46

Milli meclis ezamiyye xerclerini artırıb be onu bu il bütünlüle Yaşat fonduna bağışlayıb. Buna yekdillikle ses veribler yalnız bir neferden başqa o da yatıbmış.

Vetene xeyanet edenlere....... 2020-12-27 17:21:18

Hormetli oxucular, bu videoya baxin ve taniyin XALQIMIZIN DUSHMENI Abutalib Semedovu ( Alyans partiyasinin sedri ) : https://www.youtube.com/watch?v=ZkmhlIVmf_k

QAXLİ 2020-12-27 15:42:54

Bir Milli Məclisdə ki Azər Kərimli kimi,alverçi ,iki kəlməni dalba dal deyə bilməyən deputat varsa daha nə qoyub nə axtarırıq.Allah bir milləti imtahana çəkəndə belə bir Milli Məclis göndərir.Vəssalam.

Amil 2020-12-27 13:35:36

Allah hamısına lənət eləsin bəlkə onda biləcəklər biz nə çəkirik

MİRQAFAR 2020-12-27 12:43:02

Niyə pensiya yaşı aşagı salınmır 65-dən yuxarı ancaq məmurlar,deputatlar yaşəyir.

Aborigen 2020-12-27 10:02:39

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!.

RT 2020-12-27 07:39:05

Bedbaxt milletik ,,, hele neler bizi qôzleyir , Allah bilir!!! Mûharibede bizi ayiltmadi , ,,,,Birincinin yerinde olsam , bu deputatlarin yarisini zindana yarisinida sibire yollayaram ( 1/2 debutat istisna olmaqla,Vessalam shût tamam((((

Şəkili 2020-12-27 01:54:49

Uşaq pulu və Bank kreditlərinin faizlərinin aşağı salınmasında da danışan.Gələcək əsgərləri sağlam böyütmək üçün.İnanın uşaq böyütmək valideynlərin üçün çox çətindir.Sahil müəllim bu məsələ barədə konkretlik göstərməyə məcbur edin.Elman

Şəkili 2020-12-27 01:39:31

Cənab deputatlar, sizlərə dəfələrlə seçicilər tərəfindən deyilib UŞAQ pulunu həll edin.Gələcəkdə orduya sağlam əsgərlər

Pisi 2020-12-27 01:19:02

Deputatlara ayrilan vesaitin hamisi hikmet haciyeve verilmelidi.44 gunde en cox eziyyet ceken o oldu

Eli 2020-12-26 23:37:53

Bınların. böyük ekseriyyeti “Milletin erköyünleridir”

rasim quliyev 2020-12-26 23:37:35

Mene cox maraglidir silahli quvveler ve YASAT fonduna bunlar ne qeder pul kecirdib.Bu gun xetai bazarstorun dayanacaginda idim.2 deqiqeden bir kimse gelir nese isteyir ya evinde coreyi yoxdur,ya da xeste usagi var .Hormetli deputatlar 500-5000manatliq kostyumlar geyinmeyin.Bir az yigidiginiz obyektlerden pullardan ehaliye verin.Onsuzda o biri dunyaya aparmayacaqsiz.

Kələntər 2020-12-26 23:05:59

Azərbaycanda harda anti-milli adam varsa doldurublar Antimilli Məclisə.

Allahverdiyeva Gülnarə 2020-12-26 23:04:14

Mən onlardan heç nə gözləmirəm.Çünki bilirəm ki nə isə eləyəsi deyillər

seçici 2020-12-26 22:49:43

Anti milli deputatlar da öz qohum,yerli məmurlar kimi heç biri nə müharibəyə getdilə,nə də yaşı düşən uşaqlarını qoymadılar vətəni qorusular şəhid olsunlar. Antimilli dedim və sübut etdim

Abdulla 2020-12-26 22:01:36

Milli Məclis yox, təsadüfilərin toplumu adlandırsanız daha doğru olar.Oradakıların 95 faizi yalandan seçilmişlərdir.Bu Siyaquşun,təşkil etdiyi siyahidəkilər olduğundan bundan artıq işə yaramazlar.Parlament buraxılmalı və namuslu,təmiz seçki keçirilərək millətin layiqli insanları seçilməlidirlər ki, millətin halını,ağrı.acısını hiss etsin,müvafiq qərarlar qəbul eisinlər....

Seçici - yox, yox seyirçi 2020-12-26 21:04:53

Deputatları qınamayın. Bölgələrə getmək üçün ezamiyyə xərci olmalıdır. Ezamiyyə xərci isə yayda istirahətə gedəndə xərclənib qurtarıb. İstəmirsiz ki, bu duptatlar QARABAĞ bölgəsinə də getsinlər?

pensioner 2020-12-26 20:57:08

Bir neçə deputatdan başqa hamısını başda Siyavuş olmaqla Şuyaya-yol tikintisnə cəlb etmək lazımdır.

Kaku 2020-12-26 20:52:44

Rasim musabekovun ezamiyyet xercini artirin ki moskvaya gedib dincele bilsin.bizim deputatlar secki vaxti olanda kendlerde gezirler secki qurtaranda moskvada.biraz islemek isteyen secicisini dusunen razi nurullayevdi onu da fezail agamaliya doydurub mandatini elinden almasalar yaxsidi

Şəkidən 2020-12-26 20:06:26

Hörmətli C.Məmmədov Cavanşirlər başda olmaqla təyin olunduqlarına görə xalqın aşağı təbəqlərinin sosial vəziyyətləri onları düşündürmür, əyin olunan deputatların heç birini Şəhidlərin dəfn mərasimində görmədim. Onlar yalnız pakazukalıq edərək Televiziya kanalarına mənasız müsabiqə verməklə məşğuldurlar, xüsusilə Vüqar İsgəndərov...Verdikləri müsabiqənin mənasıda bilinmir .Bu ağılnan biz hara gedirik ?

Shahin 2020-12-26 19:49:32

Siyavush Novruzov niye bu muharibede ishtirak etmedi? Yeqin sagliq olsun ki, bir nece ilden sonra nazir ile birlikde vurushdugunu deyecek.

boris 2020-12-26 19:47:39

sevinc eyforiyasından sonra görəcəyik ki, Qarabagın əsl sahibi Rusiyadır

Mozalan 2020-12-26 19:43:49

Olanımız budur... təəssüf ki...

Rəfail 2020-12-26 19:16:40

Qənirə xanım Paşayeva istsina olmaqla!

siyase ci 2020-12-26 19:16:05

Parlament buraxılsa.5-ci kalon işsiz qalacaq.

ejder 2020-12-26 18:49:04

ha ha ha

miri 2020-12-26 17:43:34

Milli .əcisi tənqid etmək, heç də yararlı hal deyil. Çünki, onları ora təyin edənlər kim nə etməli və nəyə qadirdir kriteriyasina uyğun qərar verib. İndi "qısır heyvandan bala almaq" sadəlövhuyu kimə lazım? Hiy?

SAVALAN 2020-12-26 17:37:07

Qalib ölkənin demokratik yolla seçilmiş qalib vəkilləri olmalıdır.

Veteran 2020-12-26 17:23:01

Bir neşə nəfəri çıxmaq şərtilə İstər qocalar,istərsə də cavanlar heç nəyə qadir deyillər.Yəqin ki qısa zaman kəsiyində bu özfəaliyyət orkestri buraxılar və yeni demokratik parlament seçkilərinə start verilər.Ğözləyirik,özu də səbirsizliklə. ol

Amon 2020-12-26 16:59:50

Ilk one sehid ailelerinin teminati en yuksek seviyyede teskil edilmelidi dovlet terefinden

безымянный 2020-12-26 16:59:34

коздримиз мозол олуб,гозбели гебир дузелдер

Oxucu 2020-12-26 16:49:01

Hörmətli Cəlal müəllim! Bu deputatlardan heç biri xarici jurnalist, xarici ölkə parlamentinin qarşısına çıxıb, ölkəmizin milli maraqlarını qorumaq, Milli Məclisdə ölkənin suverenliyinə qarşı yönəlmiş hər hansısa hadisənin qarşısını almaq üçün nə isə etmək iqtidarında olmayaq, şəxsi mənafeyini dövlət mənafeyindən üstun tutan şəxslərdirlər. Buna görə də Azərbaycan əhalisi deputat seçiminə ciddi yanaşmalıdır və onları təyin edilməsinə imkan verməməlidir!

Son yazılar