Menu

ABŞ səfiri Rusiyanın koronavirus peyvəndindən imtina etdi

27.12.2020, 18:57
ABŞ səfiri Rusiyanın koronavirus peyvəndindən imtina etdi

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə Rusiyada koronavirusa qarşı hazırlanmış “Sputnik V” vaksini ilə peyvənd olmaq tövsiyəsinə görə minnətdardır, lakin onu yerinə yetirməyəcək.

“Report”un məlumatına görə, bu barədə ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyinin mətbuat attaşesi Rebekka Ross tvitterdə yazıb.

“Səfir Sallivan peyvənd təklifinə görə Rusiya Xarici İşlər Nazirliyinə təşəkkür edir, lakin Rusiya vətəndaşı üçün nəzərdə tutulan “Sputnik V” dozasını qəbul etmək istəmir”, - deyə Rebekka Ross tvitterdə yazıb.

Şərhlər

t.ədalət 2020-12-27 21:39:26

Çünki ABŞ bilir ki,fırıldaq üstündə qurulan bir dövlətin vaksini də fırıldaq olacaq.Rusiyanın vaksini onu alanlar üçün ölüm kabusu olacaq.Onsuz da düşmən olan bir ölkənin vaksininə,ancaq axmaqlar güvənə bilər.

Xalq 2020-12-27 20:22:33

rusun adı olan hər şeydən çəkinmək lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol