Menu

“Apple” bir ölkəni necə “çökdürdü” ?

13.10.2014, 16:29
“Apple” bir ölkəni necə “çökdürdü” ?

Finlandiyanın Baş naziri Stubb, texnologiya nəhəngi “Apple”i ölkəsinin iki ən böyük sektorunun çöküşünə səbəb olmaqda günahlandırıb.

Finlandiyanın Baş naziri Aleksandr Stubb, “Apple”i ölkəsinin ən böyük iki sənaye sektoru olan kağız və cib telefonu istehsalına zərbə vurmaqda günahlandırıb.

Stubb, bu sektorlardakı pis gedişin Şimal ölkəsində iqtisadi durğunluq yaratdığını və bunun da reytinq endiriminə səbəb olduğunu bildirib.

ÇÖKƏN ÇEMPİONLARIMIZ VAR

Stubb, “Çökən iki çempionumuz var” deyib. Baş nazir, bu sözü ilə rəqibləri qarşısında istədiyini edə bilməyən “Nokia”ya və Finlandiya iqtisadiyyatının onurğa sümüyü olan kağız istehsalçılarına işarə edib. Finlandiyada, Avropanın ən böyük kağız istehsalçıları “UPM-Kymmene” və “Stora Enso” şirkətləri fəaliyyət göstərir. Finlandiyalı Baş nazir, “Bir az məntiqə zidd olsa da biri çıxıb “iPhone”un “Nokia”nı, “iPad”ın isə Finlandiyanın kağız sənayesini öldürdüyünü söyləsə buna böyük etiraz olmaz, amma geri dönəcəyik” deyib. Finlandiya Meşə Araşdırmaları İnstitutu “Metla”ya görə, ölkədə kağız sektoru pis günlərini yaşayır. Yayımlanan bir hesabatda, ölkədə kağız istehsalının zəiflədiyi xəbərdarlığı edilib.

ABŞ-lı NƏHƏNG SATIN ALDI

Cib telefonu sektorunun ilk oyunçularından və ən böyük istehsalçılarından “Nokia”, xüsusilə ağıllı telefon bazarında “Apple” və Cənubi Koreyanın “Samsung” şirkəti qarşısında rəqabət apara bilməməsindən sonra pis günlər keçirmiş və 2014-cü ilin Aprelində ABŞ-ın “Microsoft” şirkəti tərəfindən satın alınmışdı. “Nokia”, 1990 və 2000-ci illərdə cib telefonu istehsalında bir nömrə idi və Finlandiya iqtisadiyyatı da böyük kömək təmin edirdi.

Qeyd edək ki, “Standart & Poor's” Finlandiyanın “AAA” olan kredit reytinqini bir pillə salaraq “AA +”a endirib.  /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol