MÜDAFİƏ NAZİRLİYİ ERMƏNİ SİLAHLILARININ ORDUMUZA HÜCUMU İLƏ BAĞLI MƏLUMAT YAYDI - Şəhidimiz var, altı erməni məhv edilib

Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur.

Şəhid Elmir Qənbərov

Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.

Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcəkdir", - nazirlikdən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

Fariz 2020-12-28 18:14:06

Qarabağda Türkiyə sülh mətamlıları yerləşdirilməsə orada sabitlik gözləmək ağılsızlıqdlr.Bir az öncə oraya türk silahlıları gətirilməlisir.Yoxsa təxribatlar getdikcə güçlənəcək.

Elman 2020-12-28 18:11:05

Müdafiə Nazorliyinin məlumatı Xarici işlər Nazirliyi tərfindən Rusiya və Ermənistan XİN-nə noya verilməli və cavab istənilməlidir.Bəs Rus sülh məramlıları nə işlə məşğuldur?

Cəmşid Dərələyəzli 2020-12-28 16:06:52

Bu təxribatın iradı ilk növbədə Sülhməramlı adı ilə Qarabağa yerləşdirilən Rusiya Hökümətinə bildirilməlidir. Onların vəzifəsi tərəflərin arasında durub ən kiçik instentin qarşısını almaqdır. Yox ki, rejimin əlindən medal almaqdır.

Həsən 2020-12-28 13:00:43

Qəti tədbiri indi görməy lazımdır, növbəti əcgər ölümündən sonra yox .

t.ədalət 2020-12-28 12:39:17

"kapitulyasiya"nı pozduqlarına görə beynəlxalq cəza verilməlidir.Təxribatlara dəstək verən rus "quldurməramlılarına" etimadsızlıq göstərilməlidir.Bu nədir?Putin əvvəllərdəki kimi "atəşkəs" rejimi yaradım əsgərlərimizi nə vaxta kimi qətl edəcək?

Vətəndaş 2020-12-28 11:37:13

Bu müharibə neçə ki rus oradadır davam edəcək. Rus ölkəmizi artıq Suriyaya döndərib. Rusu çıxarmaq lazımdır. Necə gəlib elə də getsin torpaqlarımızdan.

Son yazılar