Menu

“Azərbaycanın sərhəd təhlükəsizliyi təmin olmalıdır" - "Rusiya ilə atılacaq addımları nəzərdən keçirəcəyik”

28.12.2020, 16:10
“Azərbaycanın sərhəd təhlükəsizliyi təmin olmalıdır" - "Rusiya ilə atılacaq addımları nəzərdən keçirəcəyik”

"Rusiya ilə bir çox sahələrdə əməkdaşlığımız var. Regional məsələlərlə bağlı fərqli mövqedə olasaq da, rəsmi Moskva ilə bu sahədə də iş birliyimiz mövcudur. Suriya məsələsində də fərqli tərəflərdə olmağımıza baxmayaraq, Astana prosesi ilə başlayan əməkdaşlığımız davam edir".

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Deyə bilərəm ki, Liviya məsələsində də fərqli mövqedəyik, amma orada atəşkəsin davamlı olması üçün Rusiya ilə yüksək səviyyədə əməkdaşlığımız davam edir", - o vurğulayıb.

M.Çavuşoğlu bildirib ki, rusiyalı həmkarı Sergey Lavrovla sabah Soçidə keçirəcəyi görüşdə Azərbaycan-Ermənistan məsələsini də müzakirə edəcəklər: “Azərbaycanın sərhəd təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində təmin olmalıdır. Bununla bağlı gələcəkdə atılacaq addımları nəzərdən keçirəcəyik”.

Şərhlər

Xalq 2020-12-28 21:50:58

Sağ ol!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol