“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 11 oktyabr 2014-cü il tarixində Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri litseyində “Zərərli vərdişlərin fəsadları barədə gənclər arasında bilik və məlumatların artırılması” mövzusunda tədbir keçirib.

Tədbiri giriş sözü ilə birliyin sədri Həbibə Qəribova açaraq tədbir iştirakcılarını salamladı, narkomaniya, siqaret, alkoqol və s. zərərli vərdişlərin fəsadları barədə geniş məlumat verdi. Bu sahədə dövlət orqanları ilə yanaşı qeyri-hökumət təşkilatlarının üzərinə düşən vəzifələrdən danışdı.

Sonra Sumqayıt şəhər Təhsil şöbəsinin metodik kabinetin direktoru, Respublikanın əməkdar müəllimi Sabir Məmmədov mövzü ətrafında geniş çıxış etdi və gənclərə öz tövsiyələrini verdi.

Bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışdı və tədbir haqqında öz tövsiyələrini verdi. Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər və zərərli vərdişlərin mövzusu əks olunmuş köynəklər paylanmışdır.