Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında noyabrın 10-da Qarabağla bağlı imzalanan üçtərəfli bəyanata əsasən, erməni hərbçiləri həm Ordumuz, həm də Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən çıxarılmalı idi.
Lakin bəzi erməni hərbi qruplaşmaların mövqeləri tərk etməkdən boyun qaçırır və əsgərlərimizə hücumlar etməyə cəhd göstərirlər. Sonuncu dəfə dekabrın 27-də Xocavənd rayonunun Ağdam kəndi istiqamətində Ermənistan silahlı bölmələrinin qalıqlarından ibarət altı nəfərli dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz şəhid olub, qanunsuz hərbi birləşmənin altı üzvü cavab atəşi ilə məhv edilib.
Bəs bu kimi insidentlərin baş verməməsi üçün Rusiya sülhməramlılarının üzərinə hansı vəzifələr düşür?
Bununla bağlı İctimai Televiziyada xüsusi videosüjet hazırlanıb.
Rusiya sülhməramlılarının vəzifəsi Qarabağda sülh yaratmaqdır. Bunun yolları noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda və beynəlxalq hüquqda öz əksini tapıb. Sülhməramlı öhdəliklərini yerinə yetirməli, terrorçularla bir masaya oturmamalı, xidmət apardığı ölkənin qanunlarına hörmətlə yanaşmalıdır. Lakin biz Rusiya sülhməramlılarının terrorçuların rəhbəri ilə qucaqlaşdığının, onların əski parçasının qarşısında şəkil çəkdirdiyinin şahidi oluruq. Bu isə sülhməramlı qüvvələrin neytrallığını şübhə altına alır.
Ətraflı süjeti təqdim edirik:

Şərhlər
araik я твою армянскую маму ,,,,,,,
xanim rusiya sozu sulh sozunun ,antonimudu meselen bele,heqiqet--yalan,xeyirxah--qeddar v.s.
...biz hələ də tam başa düşə bilmirik bu nə sənəddir,nə yazılıb irada. Növbəti mə oyundur bu?
deputat musabeyov var , onnan dorushun hamsin , ne meseledi bu O ... her sheyi yaxshi bilir !!!
Fikir verin bu Muradov nə dərəcədə bitərəfdir, belə sülhməramlı ancaq və ancaq ermənini qorumaq üçün göndərilib və ona tapşırılan missiyanı yerinə yetirir...
30 illik ayrılıqdan sonra nəhayət ki, "dədə-bala" görüşdülər. Çox "təsirli" videodur! "malades" operatora.
Mən ictmai televizyanın süjetinə baxdıqdan sonra, belə qənaətə gəldim ki , bir daha belə hadisələr baş verməcək . Axı bu qədər "sərt" və " qəti" mövqedən sonra ayrı cür ola bilməz. İndi Kremldə bütün dərin və dayaz dövlətin təmsilçiləri baş sındırırlar ki, " bəs necə edək bu İ T V- in süjetindən sonra." Putin qorxusundan şeker tutub, Şoyqu istehfa ərzəsinə qol çəkilməsini tələb edir, Muradyan da ki, altın batırıb. Ayrı cür ola bilməz. Hörmətli İ T V və süjetin xaç atası əgər belə davam etsəniz ruslar başını göturüb Qafqazdan qaçacaq.
Peqov , du ne itdi ,,, Lacin kolidoruynan stepanakerte qedir , Bizim prokuraturada ona ish acib , Nece oluree bu ?Demeli kolidor bizim deyil ,Ermenilerindi , Aciq bazar kim isteyir qedir qelir ((( bizden bashqa. Ay prokuror , peqov sherefsiz stepanakertdedi , bilesiz
Bizimkiler hara baxir ? ne fikirleshirler? Bes XIN niye susurlar? Desinner bilekdee ! ...