Menu

Somalidə Türkiyə şirkətinə hücum olub - 4 nəfər ölüb, 4 nəfər yaralanıb

02.01.2021, 15:58
Somalidə Türkiyə şirkətinə hücum olub - 4 nəfər ölüb, 4 nəfər yaralanıb

Somalidə Türkiyə şirkətinə edilən terror hücumu nəticəsində biri türk olmaqla 4 nəfər ölüb. Türkiyənin daha 4 vətəndaşı yaralanıb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamaya əsasən, terror hücumu Somalinin Moqadiş-Afqoye avtomobil yolunun tikintisi ilə məşğul olan Türkiyə şirkətinə qarşı törədilib:

“Türkiyə şirkətində işləyənləri hədəfə alan bu mənfur hücumu kəskin şəkildə qınayırıq. Yaralananlara şəfa diləyirik. Dost və qardaş Somali hökuməti ilə xalqının yanında olduğumuzu bir daha vurğulayırıq”.

Şərhlər

Qarabağlı 2021-01-02 20:36:37

terrorçuların kökünü kəs Türkiyə!

Eli 2021-01-02 16:45:24

Azpolitika yazdığınıza diqqet edin Siz Türkiyyennin yanında olmalısınız terror döredenlerın yanında yox Yeqin ki mexanisehdir diqqetli olun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol