MİLLƏTİMİZİN POLAD HƏŞİMOV SEVGİSİ... - Fəxri Xiyabanda möhtəşəm anım mərasimi + FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin yaxınlığından tıxac başlayır, yüzlərlə avtomobil üç cərgə ilə yavaş-yavaş Badamdar qəsəbəsində doğru hərəkət edirlər.

Maşınların çoxu doludur, ya ailə üzvləridir, ya da hərbçilər. Gənclərin üç bir, dörd bir əyləşdiyi avtomobillərdə var. Yox, bu səssiz-küysüz tıxacı karantin postları yaratmayıb, sükan arxasında darılan, səbir kasası daşıb siqnal verən bir sürücü belə yoxdur...

Badamdar dairəsinin yaxınlığında qələbəlik daha da böyüyür, avtomobil tıxacını burada insan seli əvəzləyir.

Gül dükanlarının qarşısında uzun növbələr yaranıb, qərənfil, qızıl gül alanlar dəstə-dəstə İkinci Fəxri Xiayabana doğru axşırlar.

Göz işlədikcə hər tərəf əlində bayraq, qərənfil tutmuş ziyarətçilərlə doldur. Atalarının, analarının əlindən tutmuş uşaqlar maraqla sağa-sola baxa-baxa irəliləyirlər...

Bu gün Azərbaycanın şəhid Milli Qəhrəmanı, general mayor Polad Həşimovun doğum günüdür. O, 14 iyul 2020-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Prezidentin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Bu izdiham, insan seli şəhid qəhrəmanı eləcə də Poladın döyüş yoldaşlarını, Qarabağ zəfərini qazanmış igid oğullarımızı məzarı başında yad etmək üçün toplaşmışdı.

Generalın və silahdaşlarının məzarı gül çiçək içində itib-batmışdı, məzar daşı qərənfil dağıdan zorla görünürdü. Ətraf isə Müdafiə Nazirliyinin və başqa qurumların gətirdiyi əklillərlə dolu idi.

İnsanlar sıraya durub yavaş-yavaş addımlayaraq Polad Həşimovun məzarı önündən keçməyə çalışırdılar. Fəxri Xiyabanını dolanan uzun sıra yaranmışdı.

Minlərlə insanın olmasına rəğmən məzarlıqda qəribə, hüzünlü bir səssizlik hökm sürürdü, sükutu yalnız avazla Quran oxuyan din xadimlərinin səsi, bir də şəhid analarının hıçqırıqları pozurdu.

Burada işğalda olan torpaqlarımızı azad etmiş böyük bir ordu yatır. O qəhrəmanları general Polad Həşimov əvvəl qələbəyə, sonra öz arxasınca əbədi şəhidlik zirvəsinə aparmışdı...

Allah sizə rəhmət eləsin, ruhunuz şad olsun, əziz Şəhidlərimiz!

Ad günün mübarək, GENERALIM!

Elçin Rüstəmli

“AzPolitika.info”


635x100

Şərhlər

ejder 2021-01-06 14:04:51

aye,be bu ,,rewadet,,ordenli necmeddin hani,hiyyy...eh satqin ..

Shahin 2021-01-02 22:11:03

Generalin helak oldugu yerde mutleq xatire kompleksi yaradilmalidir. Goy muharibenin sinvollari olan igidlerimizin xatiresi hemishe anilsin.

Xalq 2021-01-02 21:14:22

Allah şəhid generalımıza və bütün şəhidlərimizə rəhmət rəhmət eləsin!

VƏTƏNDAŞ 2021-01-02 18:51:35

Allah min rəhmət eləsin Polada. O millətimizin dirçəlməsində,erməni ordusunun məhv edilməsində bir stimul oldu. Bu gündən sonra da Polad bizim qəlbimizdə 20-ci əsrin qəhrəmanlıq simvolu kimi qalacaq,yenə də millətimiz bir örnək olacaq.

Eli 2021-01-02 18:42:19

Allah GENERALIMIZA ve büyün şehidlerimize rehmet eylesin mekanları Behişt ruhları şad olsun.

Son yazılar