Menu

PKK Suriyada terror aktı törədib, ölən və xəsarət alanlar var

03.01.2021, 15:43
PKK Suriyada terror aktı törədib, ölən və xəsarət alanlar var

Suriyada terror aktı törədilib. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Afrində baş verib.

İlkin məlumata görə, terrorçular Cinderes qəsəbəsində çörək sexinin yaxınlığında minalanmış avtomobili partladıblar. Nəticədə 1 nəfər həlak olub, daha 8 nəfər xəsarət alıb. Onların hamısı dinc sakinlərdir.

Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Təhlükəsizlik orqanlarındakı mənbələr güman edir ki, terror aktını PKK terror qruplaşmasının Suriya qanadı törədib.

Qeyd edək ki, Cinderes qəsəbəsi 2018-ci ilin 8 martında “Zeytun budağı” əməliyyatı çərçivəsində terrorçulardan təmizlənilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol