Menu

Qarabağda Rusiya sülhməramlılarının təhlükəsizliyi gücləndirilir - VİDEO

04.01.2021, 09:33
Qarabağda Rusiya sülhməramlılarının təhlükəsizliyi gücləndirilir - VİDEO

Qarabağda atəşin dayandırılmasına nəzarəti və monitorinqi həyata keçirən Rusiya sülhməramlılarının müşahidə postları istehkam blokpostları ilə təchiz edilir.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, blokpostlar atıcı silahlardan və qəlpələrdən müdafiə, həmçinin ərazinin dairəvi müşahidəsinin aparılması üçün nəzərdə tutulub.

Şərhlər

Moshu 2021-01-04 10:58:45

Kadrlardan da görünür ki, Rusiya sülhməramlılarının müşahidə postları istehkam blokpostları ilə təchiz edilir. Belə məlum olur ki, bu blokpostlar atıcı silahlardan və qəlpələrdən müdafiə, həmçinin ərazinin dairəvi müşahidəsinin aparılması üçün nəzərdə tutulub. Əvvəlcə 35 seriyalı nəqliyyat vasitələrini görəndə elə bildim ki, bu Qazax rayonunun dövlət nömrə nişanıdır. Sonra belə məlum oldu ki, bu Ermənistanın dövlət nömrə nişanlarıdır. Bu abırsızlar özlərini elə aparırlar ki, elə bil biz bunların ərazisindəyik, biz muxtariyyət istəyirik. Laçın koridoru o anlama gəlmir ki, ermənilər Azərbaycan ərazisində at oynatmalıdırlar. Bəs onda biz niyə onların ərazisini şmon etməməliyik? Qaldı Rusiya "sülhməramlıları"na, onlar kimdən özlərini qoruyurlar, kimdən ehtiyatlanırlar? Allah kimsənin ağlını əlindən alırsa, vay o kəsin halına. Rusiya hegemonluq iddiasındadırsa, bunu ağıl-başla etməlidir. Əfsuslar olsun, bunların heç hansı onlarda yoxdur. Rusiyanın ərazisi, əhalisi Azərbaycan qədər olsa idi, nə qələt edib bizim qarşımızda şərt qoya, at oynada bilərdi. Eybi yox, hər şeyin zamana ehtiyacı var. Heç vaxt buynuzlu qoçun heyfi buynuzsuz qoçda qalmayıb. Allah hər şeyi görür

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol